Xəbərlər

  • 5 120

Rüfət Dadaşov bu tur məhsuldar ötürmə ilə yadda qalıb

image

Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları davam edir.SİA xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” bu turda doğma meydanda Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.Dadaşov görüşün 77-ci dəqiqəsində - rəqib hesabda 1:0 öndə olarkən meydana daxil olub. O, komandasının 86-cı dəqiqədə vurduğu qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.Münster klubu hazırda 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

sia.az

Digər xəbərlər