PDF Oxu

Xəbərlər

  • 2 312

"Təlimlər iki qardaş ölkə üçün əhəmiyyət daşıyır" HƏRBİ EKSPERT AÇIQLADI

image

“Azərbaycan və Türkiyə hərbiçiləri arasında olan dostluq durmadan inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, artıq hərbi sahədə elə bir istiqamət yoxdur ki, Azərbaycan və Türkiyənin hərbiçiləri birgə çalışmasınlar və yaxud müştərək olaraq bir yerdə hansısa tədbirlərdə iştirak etməsinlər: “Anatolian Phoenix-2021” kimi təlimlər həmişə keçirilir. Bu planlı təlimdir. Azərbaycanın istər hərbi hava qüvvələrinin nümayəndələri, istər hərbi dənizçilərinin nümayəndələrinin bu kimi təlimlərdə iştirak etmələri birinci dəfə deyil. Bu təlimlərdə iştirak edərkən Azərbaycanın nümayəndələri qardaş Türkiyənin hərbiçiləri ilə müvəffəqiyyətlə yüksək nailiyyətlər göstəriblər. Azərbaycan hərbiçilərinin peşəkarlığını türkiyə təlim rəhbərləri yüksək qiymətləndiriblər”.

Hərbi ekspert həmçinin qeyd edib ki, bu çox maraqlı təlimlərdir: “Azərbaycan üçün də aktual təlimlərdir. Azərbaycanın Türkiyə silahlı qüvvələrinin nümayəndələri ilə birgə fəaliyyət göstərməsi çox vacibdir. Azərbaycan və Türkiyə hərbiçilərinin birgə fəaliyyəti nəticəsində qarşıda qoyulan tapşırıqların yerinə yetirilməsi çox vacib amildir. Bu, iki qardaş ölkə üçün əhəmiyyət daşıyır. Beynəlxalq aləmdə və geosiyasi arenada Azərbaycan və Türkiyənin qardaşlığı birliyi bir daha təsdiq olunur. Ulu öndər Heydər Əliyev tərəfindən deyilən "bir millət, iki dövlət" deyimi böyük perspektivlərə yol açmaqdadır".

Arzu Elsevərqızı

Digər xəbərlər