Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 233,4 milyon manat olub. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 % çoxdur.Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 975,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ini təşkil edib.Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1 292 manatlıq və ya 2024-cü ilin eyni dövrüı ilə müqayisədə nominal ifadədə 175,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.