PDF Oxu

Siyasət

  • 1 227

Zaqatalada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

image

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edib.İlk olaraq Heydər Əliyev adına İstirahət və Mədəniyyət Parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Daha sonra Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda millət vəkili Asif Əsgərov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Milli Məclisin deputatı Asif Əsgərov Ulu Öndər Heydər Əliyevin xilaskar missiyasından bəhs edib. O qeyd edib ki, Ümummilli Lider ölkəmizin müstəqilliyinin qorunması və dövlətçiliyin möhkəmlənməsi naminə misilsiz xidmətlər göstərib. Vurğulanıb ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən birinə çevrilmişdir. Ümummilli Liderin əbədiyaşar ideyaları ölkəmizin inkişaf yoluna daim istiqamət verəcəkdir. Xalqımız Ulu Öndər Heydər Əliyevi dərin hüzn və sonsuz hörmətlə anır.
Həmçinin, tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon prokuroru, YAP Zaqatala rayon təşkilatının sədri və Heydər Əliyev Mərkəzinin direktoru öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin inkişafı uğrunda tarixi xidmətlərindən danışıblar. Onlar Ümummilli Liderin siyasi irsinin ölkəmizin inkişaf strategiyasına töhfə verən əsas mənəvi dayaqlardan biri olduğunu vurğulayıblar.

Digər xəbərlər