Minskdəki Milli Kitabxana binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. SİA xəbər verir ki, bu barədə "Report"a Belarusun Bakıdakı səfirliyindən məlumat verilib.Qeyd edilib ki, kitabxananın mavi-qırmızı-yaşıl tonlarla işıqlandırılması 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunub.