PDF Oxu

Müxalifət

  • 10

“İctimai Palata” fəaliyyətini tamamilə dayandırdı

“İctimai Palata” fəaliyyətini tamamilə dayandırdı
Bir neçə gün öncə "İctimai Palata"nın fəaliyyətinin dayandırılması ilə bağlı ortaya çıxan faktlar artıq öz təsdiqini tapıb. Ötən gün "İP"-dəki mənbəmiz təşkilatın tamamilə dayandırılmasının həqiqət olduğunu bildirib. Məlumatda, həmçinin, buradan hər kəsin artıq imtina etdiyi ancaq Əli Kərimovla, İsa Qəmbərovun məsələni ört-basdır etməyə çalışdığı qeyd olunur.
"İP"-in fəaliyyətinin hansı səbəbdən dayandırması, burada kimlərin maraqlı olması ilə bağlı apardığımız araşdırmalar nəticəsində məlum olub ki, İ.Qəmbərovla Əli Kərimov təşkilata ayrılan 10 milyon dolları aralarında "ata" malı kimi bölüblər. "Soros" fondu tərəfindən ayrılan bu vəsaitin planlaşdırılmış qaydada bölüşdürülməsi Kərimov-Qəmbərov cütlüyünə baha başa gəldi. Onlar başqalarına buradan pay vermədiklərinə görə, digərlərinin minnətini də üzərlərinə götürməli olublar. Eyni zamanda, "İctimai Palat"nın məhz pul qoparmaq üçün əvvəlcədən "Soros" fondunun rəhbərliyi ilə məsləhətləşmədən sonra yaradılması ila bağlı da ilginc məlumatlar öz təsdiqini tapmaqdadır.
Ucuz şou və iftiraçılıq
adı altında gizlənənlər
"İctimai Palata"nı az qala göydəndüşmə bir qurum kimi təqdim edən müxalifət yetkililərinin bu barədə ağızdolusu danışanların heç birini indi görmək olmur. Sanki qurbağa gölünə daş atılıbmış kimi hazırda "İP" haqqında müxalif düşərgədə heç kəs bir kəlmə olsun belə söz demir. Geridə buraxdığımız qış fəslində bir yerə toplaşıb "isti" münasibətlərdən danışanlar indi, deyəsən, buxara çevrildilər. Hətta düşərgədə "İctimai Palata" təsis edilənə qədər saya salınmayan, adı heç bir yerdə hallanmayanlar da üzə çıxsalar da, indi onlardan bir xəbər yoxdur. Adıçəkilən qurumun ötən həftə artıq fəaliyyətinə tamamilə xitam verildikdən sonra AXCP (i) sədri Əli Kərimov yeni təşəbbüslə çıxış etməyə başlayıb. Həmişə olduğu kimi, olduğu yeri tamamilə iflic edib sonradan da geri dönərək "buranı kim belə hala saldı" deyən Ə.Kərimovun indiki halından nə gözləməyin mümkün olduğunu da hər kəs bilir. Çünki AXCP (i)-nin artıq fəaliyyəti sual altındadır və Ə.Kərimova təsəlli üçün bir qondarma qurum lazımdır. Ona görə də, Ə.Kərimovu "İctimai Palata"nın müdafiəçisi rolunda görmək mümkün olub. Digər bir məsələ isə onun bu quruma görə İ.Qəmbərovla 10 milyon dolları mənimsəməsidir.
İsa Qəmbərov boynuna
qoyulan minnətin
yükü çox ağırdır
Dünənə kimi müxalifətçilikdə "qardaş"lıq tendensiyasına riayət etməyə çalışan İ.Qəmbərov və Ə.Kərimov cütlüyü indi bölüşdürdükləri vəsaitin ağrısını yaşayırlar. Onlar, qeyd etdiyimiz kimi, ayrılan vəsaiti aralarında necə bölmüşdürlərsə, hazırda da onun ağırlığını üzərlərində hiss etməlidirlər. Çünki Ə.Kərimov "İctimai Palata"nı uçurumdan geri qaytarmaq istəyir və bunun üçün də, İ.Qəmbərovdan yardım umur. Eyni zamanda, bir neçə gün öncə, bu qondarma qurumu yenidən bərpa etmək üçün addım atmaq niyyətinə düşən Ə.Kərimov İ.Qəmbərova "Niyə köməklik etmirsən?" kimi minnət dolu mesaj da göndərib. Müsavat başqanı isə dırnaqarası formada dəstək olurmuş kimi, görüntü nümayiş etdirərək, partiyasının Salyan rayon təşkilatında guya "İP"-nin şöbəsini yaratdırıb. Bu isə növbəti dəfə tərəflərin bir-birinə gəlmiş olduğu kələyin görünən üzüdür.

Digər xəbərlər