PDF Oxu

Müxalifət

  • 9

Müxalifət keçmişi qarşısında aciz qalıb

Müxalifət keçmişi qarşısında aciz qalıb
Müəyyən dövr radikal müxalifət partiyalarındakı ağır və çıxılmaz duruma, yürüdülən yanlış istiqamətə etirazı əlaməti olaraq buranı tərk etmiş şəxslər indi-indi bəzi detalları açıqlayırlar. Onlar bu günə qədər müəyyən psixoloji amillərə görə sussalar da, sonda bütün qaranlıq məqamlara işıq salmağı bacarıblar. Azərbaycan Demokrat Partiyasının təsisçilərindən olan Qurban Məmmədov qurumdan çoxdandır uzaqlaşsa da, əsil detallara indi aydınlıq gətirməyə başlayıb. Onun iddiasına görə, bu gün müxalifət düşərgəsində elə partiyalar var ki, onların varlığı ilə yoxluğu arasında fərqi görmək mümkün olmur. Q.Məmmədov bir zamanlar həmrəy olduğu müxalifət təmsilçilərinin də, bütünlükdə, qaranlıq işlərini aşkarlayıb. Bu sırada o, ADP sədri Sərdar Cəlaloğlunu xüsusi ilə qeyd edib. Bildirib ki, onun kimi siyasətçilər üçün sonluq çoxdan başlayıb. Sadəcə olaraq, mənə çox maraqlıdır ki, bu şəxslər indiyə kimi hansı səbəblərə görə müxalifətçiliklə məşğuldurlar deyən Q.Məmmədov müxalifət düşərgəsində yeni ayrıseçkiliyin və qarşıdurmanın da əsasını qoymuş olub. "Bu gün müxalifət düşərgəsində var olmaq özlərini göstərmək istəyən bir sıra qurumlar nəzərə çarpır. Amma hər bir halda, isə, onların kənarda görüntüsü əsil həqiqətin üzə çıxmasına dəlalət edir. Onlardan misal olaraq ADP, ALP, "Ümid" partiyası vaxtilə var idi, indi faktiki yoxdular. Onlar ictimai proseslərin istiqamətləndirilməsi, situasiyanın dəyişdirilməsi baxımından heç bir gücə malik deyillər. Məsələn, ADP-nin strukturu tam məlumdur. Qalıb sədri və onun ətrafında beş-on nəfər. "Ümid" partiyasında yalnız İqbal Ağazadə qalıb. Eyni zamanda, bu gün xalq kütlələrinin böyük əksəriyyəti bilmir ki, Sərdar Cəlaloğlu mövqeyini necə və neçə dərəcə dəyişib" deyə Q.Məmmədov əlavə edib.

Digər xəbərlər