PDF Oxu

Müxalifət

  • 11

“Birləşərkən” ayrılanlar...

“Birləşərkən” ayrılanlar...
Partiyaların, müxtəlif siyasi təşkilatların və qurumların istər siyasi kampaniyalar ərəfəsində, istərsə də qarşılıqlı münasibətlər çərçivəsində ortaya qoyduqları müəyyən mövqe cəmiyyət arasında onların hansı maraqlara xidmət etmələri barədə rəylər formalaşdırır.
Həmçinin, siyasi səhnədə və kuluarlarda indiyəqədərki proseslərdə müxtəlif tipli mövqe sərgiləyən siyasi təşkilatlar birdən-birə, heç kəsin təsəvvür etmədiyi ani addımlar atdığı zaman da ictimaiyyətdə fərqli fikirlər yaranır. Yaranmış həmin fikirlər ya haçalanır, ya da ümumiyyətlə, üst-üstə düşmür. Məsələn, sonuncu seçkilər ərəfəsində Müsavat və AXCP (i)-nin "birlik" yaratması kimi hoqqaları da ictimaiyyətdə müəyyən və əsası olan fikirlər yaratdı. Eyni zamanda, nəticədə onsuz da birləşməkdən məhrum olan bu siyasi təşkilatlar xalq arasında küçə artistlərinin çıxardıqları təlxəklər təsirini bağışladılar. Zaman-zaman özlərini bu cür düşük durumlara məruz qoyan radikal təxəyyüllülər isə ümumiyyətlə, nə etdiklərini bilmirlər.
Dəyişilməz simasızlıq və təkrarlanan tarixlər
Tarix də göstərir ki, Müsavat və AXCP (i)-nin keçmişi ziddiyyətlərlə dolu olub. Bu partiyalar bir-birinə qarşı gözdənsalma, iflasa uğratma, alçaltma, təhqiretmə və bu kimi digər murdar siyasət istiqamətində fikirlər səsləndiriblər. Daha dəqiq desək, onlar üçün heç bir yenilik baş vermir, sadəcə, tarix bu və ya digər tərzlərdə təkrarlanır. O da bəllidir ki, radikal müxalifət düşərgəsinin hakimiyyətə qarşı vahid platforma əsasında çıxış etmək planlarının iflasının əsas səbəblərindən biri də məhz AXCP (i) ilə Müsavat arasında dərin qarşıdurmalar, böhran və ziddiyyətlər olub.
Hələ 2000-ci ildə, Milli Məclisdə deputat yeri əldə etmiş AXCP (i)-yə qarşı Müsavatın, 2005-ci ildə isə Milli Məclisdə təmsil olunmaq qərarı vermiş Müsavata qarşı AXCP (i)-nin murdar kampaniyaları hələ də cəmiyyət, siyasi ictimaiyyət tərəfindən unudulmayıb.
Vaxtilə "Azadlıq" adlı blokda təmsil olunmuş AXCP (i), ALP və "VİP"-lə Müsavat arasında kəskin qarşıdurma müşahidə olunur, bu partiyaların funksionerləri bir-birinə qarşı küfrlərlə dolu, təhqiramiz müsahibələr və açıqlamalar verirdilər. Lakin qısa müddətdən sonra, bu "dərə dibi düz gedənlər" anidən "barışırlar", hətta bir az da irəli gedərək, dodaq-dodağa öpüşürlər...(kim necə istəyirsə, elə də başa düşsün-R.R.) Burada istər-istəməz, sual yaranır ki, bəs necə ola bilər ki, bir-birinin qanını içməyə hazır olanlar bir neçə günün içində mövqelərini tamamilə əksinə dəyişirlər? Müsavat və AXCP (i) ənənəvi müttəfiqlərindən imtina edir və bu partiyaların "birliyi" ideyası ortaya atılır, bu qondarma ideyanın reallaşdırılması istiqamətində dırnaqarası "əməli tədbirlər" görülür.
Əcnəbi ağalarına satılan iki qaraqəpiklik "bəylər"
Əgər hər iki siyasi təşkilatın "liderlərinin" partiyanın deyil, şəxsi maraqlarını əsas götürməsini də nəzərə alsaq, o zaman, Müsavat və AXCP (i)-nin birləşməsini belə düşünməməli idik. Amma bir halda ki, bu iki fərqli oriyentasiyalı təşkilatların "birləşməsi" qondarma "fakta," yaxud da başqa nəyəsə çevrilirsə, demək ki, bu işdə üçüncü bir əlin rolu mövcud olur. Təsadüfi deyil ki, siyasi ekspertlər də bu tipli "birliklərin" xarici dairələrdən gələn sifariş əsasında həyata keçirildiyini, görüntü xarakteri daşıdığını və ictimai rəyi çaşdırmağa yönəldiyini bildirirlər. Yəni bu iki qaraqəpiklik "bəylər" bütün hallarda əcnəbi ağalarının sifarişlərini canla-başla reallaşdırmağa çalışırlar. Əslində, siyasi ekspertlərin bu qənaətini düzgün hesab etmək olar. Çünki keçirilmiş bütün növ seçkilərdə dəfələrlə məğlub olmuş radikal müxalifət artıq ictimaiyyət tərəfindən qəbul edilmədiyini anlayır. İstənilən növbəti seçki kampaniyalarında da öncələr olduğu kimi, onların son şansı olduğunu anlayan radikal müxalifət hər dəfə və hər cəhddə gözdən pərdə asmağa və ictimaiyyəti çaşdırmağa səy göstərir.
Eyni zamanda, ölkədə iqtidarın yürütdüyü siyasət ölkənin inkişafına, insanların maddi rifah halının yüksəlməsinə səbəb olduqca, xalq-iqtidar birliyi möhkəmləndikcə, xarici qərəzli dairələrin Azərbaycanla bağlı çirkin planları elə kağız üzərində də qalmış olur. Bu vəziyyətlə barışmaq istəməyən xarici dairələr isə Azərbaycanın daxilindəki əlaltıları vasitəsilə şəraitə təsir göstərməyə cəhd göstərir.
Gözlər önünə
sərilən çılpaqlıq
Hər kəsə aydındır ki, seçkilərdə iştirak etmək və qələbə qazanmaq üçün təbliğat-təşviqat sistemi qurmaq gərəkdir. Bu kampaniya çərçivəsində görülən işlərə, əlbəttə ki, böyük miqdarda maliyyə vəsaiti də lazımdır. Bu maliyyə vəsaiti isə, ya partiyanın üzvlərinin, ya da seçkidə iştirak edən namizədlərin hesabına formalaşmalıdır. Amma üzvlərinin sayı barmaqla sayıla biləcək qədər olan partiyaların seçkilərdə iştirak etmək üçün maliyyə vəsaitini haradan alacağı hər kəsdə şübhə doğurur. Bu fikir, eləcə də, daima "birlik" yaradacaqlarını reklam edən Müsavat və AXCP (i)-yə də aiddir. Aparılan təhlillər onu da göstərir ki, Müsavat və AXCP (i)-nin zaman-zaman, müxtəlif şəkildə bu tipli "birləşmək" oyunu arxasında məhz Qərb dairələrinin sifarişi, onların maliyyə və digər yardımlar göstərmək vədləri dayanır.
Bununla da, aydın olur ki, müxalifətin birlik istiqamətində cəhdləri təbii proses deyil, süni şəkildə xarici dairələr tərəfindən ortaya atılmış oyundur. Belə oyunların isə son nəticəsi bütün çılpaqlığı ilə gözlər önünə sərilib...

Digər xəbərlər