PDF Oxu

Müxalifət

  • 12

Sərdar Cəlaloğlu yenidən ABŞ-a üz tutur

Sərdar Cəlaloğlu yenidən ABŞ-a üz tutur

Siyasi proseslərdə təkbaşına fəaliyyət göstərməkdə çətinlik çəkən, hətta ağır durumlara düçar olub başqa-başqa ünvanlara üz tutan ADP sədri Sərdar Cəlaloğlu yenidən 180 dərəcə mövqeyində dəyişiklik etmək qərarına gəlib. Bir müddət öncə "İctimai Palata"ya üz tutaraq "Soros" fondunun ayırmış olduğu 10 milyon dollardan pay uman ADP sədrinin gümanı növbəti dəfə də puç oldu.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, siyasətlə məşğul olmağı tək-tənha bacarmayan S.Cəlaloğlu, həmçinin, maraqları naminə də addım atmaq qərarına gəlib. ADP-dən verilən məlumata görə, S.Cəlaloğlu "İctimai Palata"da olanların riyakar və ikiüzlü olduğu- nu, ayrılan pulları ancaq öz şəxsi mənafelərinə xərclədiklərini də söyləyib. Elə bu səbəbdən də, yaranan hər hansı quruma qarşı mübarizə aparacağını bildirib: "Qalmaqalla "doğulan" qurumda hansı birlik və mənəviyyatdan danışmaq olar? Ona görə də, qalmaqallar yaşayan qurumdan nə qədər uzaq olsan bir o qədər xeyirədir. Çünki müxalifət düşərgəsində olan ikiüzlülər yaxşı bilir ki, mən onların hansı səviyyədə olduqlarını, daha doğrusu, paxırlarını açıb göstərərəm. Ona görə də, belə mənəviyyatsızlarla bir masada əyləşmək istəyində olmamışam".

Qalmaqallı, başıbəlalı müxalifətçilik anlayışı

Təmsil olunduğu düşərgədə çılğınlığına görə, özündən sonra Pənah Hüseynovla rəqabət apara biləcək S.Cəlaloğlu onu da bildirib ki, meydanda heç tək qalmayıb. "Müxalifətin keçdiyi bu 18-19 il ərzində kimin-kim olduğunu aydın gördüm. Üzümə gülüb, dalda danışanlarla bir siyasi meydanda olduğuma görə çox peşmançılıq çəkirəm" fikirlərinə aydınlıq gətirən S.Cəlaloğlu ABŞ prezidenti Barak Obamaya məktub göndərmək qərarına gəlib. Daha dəqiq desək, müxalifət düşərgəsində baş verənlərdən və orada olan "liderlər" tərəfindən kənarlaşdırılan ADP sədri ümidini okeanın o tayına bağlayıb. Görünür, ADP sədrinin keçmiş havadarı "ACP" lideri Rəsul Quliyevin də hal-hazırda ABŞ-da olması S.Cəlaloğluya müəyyən təskinlik verir. Elə buna görə də, bir müddət öncə, S.Cəlaloğlunun yenidən R.Quliyevə geri dönmək üçün müraciət etməsi məsələsi gündəmə gəlir. İkinci bir tərəfdən, ADP sədri "pulu kim çox verərsə, onun yanında olmağa hazıram" deməsi isə, ortaya müəyyən suallar çıxarır. Belə ki, başqa bir səbəb isə, R.Quliyevin yazdığı kitabdan S.Cəlaloğluya göndərməməsidir. Ancaq S.Cəlaloğlu R.Quliyevin ona kitab göndərəcəyi ümidi ilə yaşayırdı. Əgər o, kitab göndərsəydi, ADP sədri dərhal təşəkkür məktubu yazacaqdı və beləliklə də, aralarındakı buzların əriməsi üçün ilk addım atılmış olacaqdı. Amma bu, baş vermədi və S.Cəlaloğlu büruzə verməsə belə dərindən köksünü ötürməklə "axı mən Rəsula neynəmişəm" deyərək özünə sual verməyə başladı. R.Quliyev üçün bir zamanlar küçələrdə başını əzdirən S.Cəlaloğlu ona bunları xatırlatmaq və köhnə küsülülükləri bir yana atmaq üçün bəhanə axtarışına çıxdı. Bu isə ABŞ prezidenti B.Obamaya məktub yazmaqla nəticələndi. Həmin məktubda ADP sədrinin nə yazmasını açıqlanmasa da, hər halda güman etmək olar ki, ADP sədri ABŞ prezidentindən ölkəsində yaşayan bir şəxsin onunla münasibətlərini bərpa etməsi üçün xahiş etməsi şübhəsizdir.

Digər xəbərlər