PDF Oxu

Müxalifət

  • 8

Radikal müxalifət uçurum astanasında

Radikal müxalifət uçurum astanasında

Azərbaycan böyük siyasi dəyişikliklər dövrünü yaşayır. Bu ərəfədə müxalifət düşərgəsində qəribə proseslər gedir. Radikal düşərgədə cərəyan edən son hadisələr onu deməyə əsas verir ki, onların ümumi məqsədi və maraqları yoxdur. Hazırda son parlament seçkisindən sonra bir neçə nüfuzdan düşmüş radikal müxalifət partiyaları "İctimai Palata"da birləşsə də, hələ ki, birlik yaratma cəhdləri heç bir nəticə vermir. Üstəlik, belə qondarma qurumlarda birləşən partiyalar da heç öz aralarında vahid mövqeyə gələ bilmirlər.
Özlərinin də etiraf etdikləri kimi, həqiqətən də, müxalifət partiyalarının özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu hamının bir yerdə olmasını əngəlləyir. Nəticədə "Əli aşından da, Vəli aşından da olurlar". Bəs bölünməyən nədir? Axı, bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur.

Onlar qazandıqlarını qazanıblar

Məntiqlə düşünəndə belə çıxır ki, liderlər, sadəcə, siyasi oyun oynayırlar. Məqsəd, həmişə dediyimiz kimi, eynidir - özünü xarici ağalara real müxalifət qurumu və siyasi güc mərkəzi kimi satmaq və bununla da ölkəyə axan qrantları ələ keçirmək. Məhz buna görə də, bir çox partiyalar müxalifətin ümumi marağı naminə özlərinə edilmiş müraciətə rədd cavabı heç bir ümumi qurumda birləşmədi. Bu isə onu təsdiqləyir ki, bütün müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırıb. Məsələn, Rauf Arioğlunun nə vecinədir ki, Müsavat dağılıb gedir, silahdaşları pis vəziyyətdə qalır. Çünki bu adamın Novxanıda bir villası, bağı-bağçası var ki... Və yaxud da AXCP (i) sədri Əli Kərimov da eyni simalı zaddır. Bu adamın əlindən satqınlıqdan və xəyanətdən başqa nə gəlir ki? Görmədinizmi, o vaxt bu uşağı götürüb qoydular dövlət katibi, nə həngamə çıxardı. O boyda Xalq Cəbhəsini necə parçaladı. Deyilənə görə, xasiyyəti də yaman pisdir, heç kimlə yola getmir. Elə bu xasiyyətinə görə də, onu heç müxalifət düşərgəsində də heçə saymırlar. Bu günə kimi başını oralarda güclə girləyir.
Heç AMİP "lideri" Etibar Məmmədov da onlardan geri qalan deyil. Ancaq E.Məmmədovun fərqi ondadır ki, o, siyasi cəhətdən hay-küy salmağa gücü qalmayıb, amma iqtisadi cəhətdən isə, durumu heç də fəna deyil. Bu da təəccüblü qəbul edilmir. Çünki o qədər onu-bunu aldadaraq nala-mıxa döyüb ki, indi bir "köpəyoğlu" ona yaxın durmur. O da işini başa düşüb partiya sədrliyindən əkilib və özünü AMİP-in "lideri" elan edib.
Mühacir ömrü yaşayan Rəsul Quliyevə gəldikdə isə, bu adam haqda söz deməyə ehtiyac yoxdur, çünki onu hamı yaxşı tanıyır. Amerikada şellənən bu adam Azərbaycanda ara qarışdırmağa can atsa da, heç nəyə nail ola bilməyib. Bu, o R.Quliyevdir ki, iqtidardan qurtardı, keçdi müxalifətə, ağzına gələni yağdırır okeanın o üzündən. Bəzi "badbaxtlar" da onu özlərinə "lider" seçmələri ilə peşmançılıq çəksələr də, artıq çox gecdir.
Yerdə qalır bir neçə böyük iddiaya malik kiçik "lidercik" ki, onlar haqda da heç yazmağa belə dəyməz. Bu adamlar "dərəni xəlvət" hesab eliyib, ortalığa atılıblar. Amma heç bir "zad" yeyə bilməyiblər. Deyəcəksiniz, nə oldu, bəs bu boyda müxalifət düşərgəsində bir əməlli adam yoxdumu, hamısını yıxıb sürüdün. Var! Niyə yoxdur? Əmma məsələ burasındadır ki, belələri papaq altında qalıb. Gözləyirlər ki, görək nə vaxt bu qoca kaftarlar yorulub-usanıb, nə bilim utanıb meydanı tərk edəcəklər. Amma bu qoca kaftarlar onlara imkan vermir. Belələri bir az qanacaqlı olurlar, böyük-kiçik yeri bilirlər. Maraqlıdır onların adları nədir? Bu barədə yaxınlarda biləcəksiniz. İndiki qoca "liderlər" xalq tərəfindən fitə basılaraq, siyasi səhnədən birdəfəlik qovulandan sonra... Yəni tezliklə...

Digər xəbərlər