PDF Oxu

Müxalifət

  • 12

Etibar Məmmədovun görünən və görünməyən üzü

Etibar Məmmədovun görünən və görünməyən üzü

Radikal müxalifət düşərgəsində müxtəlif kontekstlər müstəvisində "hədəflər"in konkret bəlli olması prosesinə start verilib. Hələ ki, ortada olanlar bəzi partiyalar tərəfindən "qənaətedici" qarşılanmaqdadır. Belə ki, müxalifətə aid mətbuata nəzər saldığımız zaman, bütün maraqların nəzərə alınması, eləcə də, "liderlər"in qarşılıqlı anlaşması məsələləri gündəmdə saxlanılmaqdadır.
Maraqlıdır, bəs görəsən, bu tip "anlaşmalardan" kənarda qalmaq istəyən partiyalar mövcuddurmu? Və belə müxalifət partiyaları mövcuddursa, onlar başqa hansı məqsədləri daşıyırlar? Bu suallara cavab axtarmamışdan öncə, nəzərə çarpan bir nüansı qabardaraq, oxucuların nəzərinə çatdırmağı vacib bildik. Belə ki, başqa partiyaların yan-yörədəkilərdən üstün olmaması istiqamətində gördükləri işlər və qurduqları planlardan da bəlli olur ki, burada yeni addımların atılması prosesinə hazırlıq görülür...

Niyə Yusif Bağırzadənin, yaxud Etibar Məmmədovun AMİP-i?

Burada incə və maraqlı məqamlara diqqət yetirək. Yaxın keçmişə nəzər salsaq, görərik ki, AMİP-də sədr seçkisi baş tutduğu zaman, AMİP sədrliyinə Yusif Bağırzadənin gətirilməsi istiqamətində müəyyən işlər görüldü. Amma mətbuata bir sıra açıqlamaları Etibar Məmmədov verir. Y.Bağırzadə müxalifət mətbuatının hədəfinə düşsə də, susur. Sanki ona qarşı yönəlmiş ittihamlardan çəkinir, Etibar Məmmədov isə hadisələrin bir növ "fövqündə" dayanır. Bundan məlum olur ki, AMİP "lideri" E. Məmmədov öz xarizması üzərində işləyəcək, Y. Bağırzadə isə deyilənlərin icrası ilə məşğul olacaq. Söhbət konkret nədən gedir? Məsələn, az çox tanınmış müxalifətçilərin partiyaya cəlbi təmin edilir və onlar ACXP (i)-Müsavat cütlüyündən deputatlığa namizəd olan şəxslərə rəqib edilir. Partiyanın sosial bazasına artım etmək üçün, bölgələrdə AXCP (i) -Müsavat cütlüyünün sosial bazasına qarmaq atılır. Azərbaycanda aparıcı müxalifət adına iddia ortaya qoyulur. Qarşılığında eyni ittiham və iddialarla savaş dərinləşir. E. Məmmədov isə gərəkli olan zaman "barışdırıcılıq missiyasını" üzərinə götürür. Bütün bunlar isə təsdiqləyir ki, AMİP bu gün siyasətə şəxsi kapital mənbəyi kimi baxır və 2-3 illik "siyasi biznesdən" sonra növbəti seçkilərdə bir tərəf olmaq istəyir.
Deyilənlərə görə, E.Məmmədov yenidən "siyasətə" qayıdır. Buna görə Y.Bağırzadə kimi funksioner meydana gətirilir. Onun həm adından, həm də kapitalından istifadə edilir. Y.Bağırzadə isə E.Məmmədovun kölgəsində bir-iki il ərzində özünü tamam bitirəcək. Daha sonra isə özü müflis halda partiyadan gedəcək. Bu müddətə qədər isə AMİP loyal tərzdə fəaliyyət göstərəcək. E.Məmmədov isə bu müddətdə böhranlı durumunu bərpa etmiş, AXCP (i)-Müsavat cütlüyü qarşısında duruş gətirmək gücündə olan bir siyasi təşkilata yenidən sahib olmaq imkanını əldə edəcək. Əksər siyasi ekspertlər hesab edirlər ki, bir neçə ildən, daha doğrusu, təxminən bir ildən sonra, AMİP yenidən qurultaya gedəcək və E.Məmmədov yekdilliklə partiyanın sədri seçiləcək. Bu vaxt isə artıq kapitalını, sosial bazasını həll etmiş, partiyadaşları tərəfindən bəraət almış E.Məmmədov partiya daxilində diktatorluq iddialarını ortaya qoyacaq...

Digər xəbərlər