PDF Oxu

Müxalifət

  • 14

Müsavatın bölgə təşkilatları dağılır...

Müsavatın bölgə təşkilatları dağılır...

Müsavat partiyasının Sumqayıt şəhər təşkilatının fəaliyyətini dayandırmasını bu qurumun mətbuat ruporu az qala böyük qalmaqal kimi təqdim etməyə çalışırdı. Qurumun daxilində olan funksionerlərdən Sübhi Zeynalov, Hətəm Mirhəsənli və Fazil Babayev "Səs"ə verdikləri açıqlamalarında bildirdilər ki, bu hadisənin çoxdan baş verəcəyindən xəbərdar idilər: "Zaman-zaman müxalifət düşərgəsində özünü "ana müxalifət" adlandıran Müsavat başqanı artıq bütün düşərgə funksionerləri tərəfindən nifrətlə qarşılanır. Ona görə də, bundan belə İ.Qəmbərovun heç bir hiyləsi baş tutmayacaq" deyən müsavtçılar qurumun iflasının da qaçılmaz olduğu qənaətindədirlər. Digər bir səbəb isə müxalifətdaxili inteqrasiya məsələsində düşərgədəki ikitirəliyin geniş yayılmasında başlıca rolu oynayan İ.Qəmbərov mənsub olduğu qrup tərəfindən də arzuolunmaz şəxs kimi qəbul olunur. Baxmayaraq ki, İ.Qəmbərov hələ də, özünü bu cür məsələlərdə kənar tutmaqla əsil həqiqəti başqalarının adına çıxmağa çalışır.

İstefalar və qurumdan qopmalar Müsavatın sonunu daha da yaxınlaşdırır

Müsavat partiyasını tərk edən sıravi üzvlərin ardınca, indi də qurumun yerdə qalmış rayon təşkilatları bir-birinin ardınca fəaliyyətini dondurmaqdadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu prosesə də özlərinə məxsus formada ad qoymağa çalışan Müsavat rəhbərliyi yenə də kənar təsirlərdən danışır. Amma çox maraqlıdır ki, bu günə qədər onlar səsləndirdikləri bu fikirləri bir dəfə də olsun təsdiqləyib ictimaiyyətə təqdim etmək təşəbbüs göstərməyiblər. Bu isə onların, ənənəvi olaraq, yalan danışdıqlarını bir daha üzə çıxarmış olur. Ona görə də, "yalançının evi yandı, inanan olmadı" məsəlinə uyğun olaraq bu gün nə müxalifət düşərgəsində, nə də ondan kənarda müxalifətçilərin fikirlərinə əhəmiyyət verən yoxdur. Odur ki, indi İ.Qəmbərov başına bir panama keçirib əlinə bir nağara alıb küçələrə düşüb qışqırsa da ki, "mənim partiyamı dağıtdılar" buna inanan olmayacaq. Çünki ilk növbədə, ondan soruşulacaq ki, yaxşı sənin partiyanı dağıdırlar bəs sən nə işin-gücün yiyəsisən? Məhz bu baxımdan da İ.Qəmbərovun yalan bəyanatlarına, onun üzdə nurani görünmək kimi cəhdlərinə heç kəs əhəmiyyət vermir. Hamı bilir ki, o nə yuvanın quşudur və kimlərin yedəyindədir. Belə şəxsin isə müasir və modern cəmiyyət daxilində partiya sədri olması və üstəlik də ictimaiyyətə abstrakt ideyalardan danışması gülünc məsələdir.

Digər xəbərlər