PDF Oxu

Müxalifət

  • 20

ADP-də sədrlik problemi üzə çıxır

ADP-də sədrlik problemi üzə çıxır

Müxalifət düşərgəsində daha çox mövqe dəyişkənliyi və qalmaqallarla yadda qalan partiyalar sırasında Azərbaycan Demokrat Partiyasını xüsusi ilə qeyd etmək mümkündür. Çünki bu qurum son bir neçə il çərçivəsində dəfələrlə mövqe dəyişkənliyi və ayrı-ayrı şəxslərin kurasiyasında fəaliyyətini davam etdirib. Elə bunun nəticəsi olaraq da müxalifət düşərgəsində də, belə bir fikir formalaşıb ki, ADP kiminsə himayəsində olmayanda fəaliyyətsiz olur. Bunu ADP-çilər də dərk edirlər.
Sadəcə olaraq, məsələnin mahiyyəti odur ki, quruma Sərdar Cəlaloğlu kimi bir şəxs rəhbərlik edir. S.Cəlaloğlunu xüsusi ilə qeyd etməkdə məqsədimiz odur ki, bu şəxsin əsil mahiyyətindən xəbəri olmayanlar da xəbərdar olsunlar. Eyni zamanda, S.Cəlaloğlu özü də sonradan ittiham irəli sürməsin ki, o, niyə "çoxtərəfli siyasətçi" kimi təqdim edilir. İlk növbədə, S.Cəlaloğlunun özü də bilir ki, düşərgədə ağılı başında biri qədər taraz olan adam onun yanında əyləşmək belə istəmir. Çünki hər kəs gözəl bilir ki, kim onunla eyni masanı paylaşsa iki dəqiqədən sonra S.Cəlaloğlu onu ən azından hakimiyyətə işləməkdə günahlandıracaq. İkinci bir məqam isə odur ki, S.Cəlaloğlu bəzən içindəki "hisslərini" aşkara çıxaranda etik norma və prinsiplərə demək olar yaddan çıxarır. Bunu dəfələrlə ictimaiyyətimizin ayrı-ayrı xanım nümayəndələri ilə dialoq formasında S.Cəlaloğlundan çılğınlığını cilovlamaqdan nə dərəcədə acizlik nümayiş etdirməsində yəqin hər kəs görüb. Digər bir amil isə onunla dostluq edənin belə ona etibar etməməsi məsələsidir. Açıq şəkildə desək, S.Cəlaloğlunun özünə "dost" kimi qəbul etdiyi şəxslər onunla ehtiyatlı davranırlar. Bu da ADP sədrinin keyfiyyət kriteriyalarının, siyasi prizmada nümayiş etdirdiyi mövqeyə, təbii ki, öz təsirini göstərib.

Müxalifətçi niyə müxalifətçiyə nümunə ola bilmir?

Bəlkə bu problem öz həllini tapsa müxalifət adlandırdığımız məhfum içindəki qurdu tökməkdə o qədər də çətinlik çəkməz. Və yaxud düşərgədəki "Mən niyə getməliyəm? Başqaları 20 ildir kor tutduğunu buraxmayan kimi postundan bərk yapışıb" məsəli indi müxalifətin əsil mənzərəsini özündə ehtiva edən reallıqdır. Çünki düşərgəyə yenicə ayaq basmışlar da, burada göydən qoz tökülürmüş kimi nəyinsə yaxşı olacağını deyil, burada 20 illik axmaq təcrübəyə malik olanların yolunu getmək iştahasına düşür. Ona görə də, müxalifətçinin müxalifətçiyə nümunə olmaq məsələsi, hələ ki, bu düşərgə üçün başlıca problemdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, elə əsil maneə də budur ki, düşərgəyə yeni nəfəs gəlsin və gələn şəxsin simasında bura da inteqrasiya dövrünə qədəm qoysun. Əksinə isə, bu gün müxalifət düşərgəsində yaradılmış olan cəngəllik ada təsəvvürü geriliyə xidmət edən başlıca amildir.

Çılğınlıq və hay-küylə siyasətçi ola bilməmək təxəyyülü

ADP sədrini müxalifət düşərgəsində elə bu adla çağırırlar. Cığal, özündən tez çıxan, bilmədiyi məsələyə görə mübahisəyə girən adam kimi. Əslində isə, onun nəyi və necə görməsi çox maraqlı idi. Amma dəfələrlə qəzet olaraq ona verdiyimiz tribunalarda S.Cəlaloğlu olmağından uzağa getməyi heç cür bacarmadığını açıq şəkildə göstərdi və bizə son sözü də, o oldu ki, "mən kim çox pul verir, onun yanında olmağa hazıram". Bu yanaşmadan hər şeyi gün kimi aydın görmək elə də, problem deyil. Sadəcə olaraq, S.Cəlaloğluna bəd xəbərimiz var. Xəbər də odur ki, Sərdar "bəy" gərək beş on günə özünə iş axtarsın. Çünki partiyası ondan imtinaya hızırlaşır. ADP sədrinin müavini Həsrət Rüstəmov mətbuata açıqlama verib ki, "biz heç də əbədi olaraq S.Cəlaloğlu ilə addımlamaq fikrində deyilik. Bu il partiyanın qurultayı təxirə salındı. Amma yaxın gələcəkdə qurultay keçirilən kimi sədrin dəyişdirilməsi məsələsi aktual olacaq". Elə bu bəyanatdan sonra, deyəsən, S.Cəlaloğlu da yaman pərt olub. Uşaq kimi boynunu bükən ADP sədri indi köhnə anlarını yada salıb köksünü ötürür.

Digər xəbərlər