PDF Oxu

Müxalifət

  • 11

Müxalifət düşərgəsində yeni çaxnaşma ocağı peyda oldu

Müxalifət düşərgəsində yeni çaxnaşma ocağı peyda oldu
Son günlər bir qədər fərqli münasibət sərgiləmək niyyətində olan müxalifət partiyaları ətrafındakı müəyyən şəxsləri hədəfə alıblar. Onlar dar çərçivədə müəyyən müddət üçün bir arada olduqları qurum və taşkilat rəhbərlərini gözdən salmaq prosesinə start veriblər. Elə bu məqsədlə də, "İctimai Palata"nın çətiri altında müəyyən dövr konkret məqsəd yəni qrant qoparmaq üçün görüntü yaradanlar indi daha eybəcər formaya əl atırlar. Kənardan özlərini və içərisində olduqları oyunları "cazibədar" göstərmək niyyətlərini reallaşdırmaq üçün radikalların atmış olduğu iyrənc addımlar sonda onların başlarına böyük bəlalar gətirdi. Çünki dünənə qədər "İctimai Palata"nı az qala müxalifətin "ana" qolu kimi qələmə verməkdə israrlı olan AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov cütlüyü əslində, açıq şəkildə bəd niyyətlərini nümayiş etdirmiş oldular. Sadəcə olaraq, 20 illik zay psixologiya qət etmiş radikal müxalifət ünsürləri cəmiyyətə kim olduqlarını göstərsələr də, deyəsən, özlərini özlərinə tanıda bilməyiblər. Bunu dəfələrlə bir arada olmuş və sonradan ayrılmış müxalifət düşərgəsi təmsilçiləri olan partiya sədrləri arasındakı düşmənçilikdən də görmək mümkündür. Amma budəfəki mənzərə də, onların köhnə adətlərindən qurtulmadıqlarını isbatlamış oldu. "İctimai Palata" adı altında, əslində, öz havdarlarına "biz bir yerdəyik" nümunəsi göstərməklə mümkün qədər çox pul qoparmaq istəyində olan radikalların sonuncu aqibəti də suallarla müşahidə olunur. Bir müddət öncə, qəzet olaraq, biz də "İctimai Palata"da cəmləşənlərin oraya nə və necə cəm olduqlarına, az keçməz ki, böyük düşmənçiliklə ayrılacaqlarını qeyd etmişdik. Elə bu yanaşmanın üstündən az bir müddət keçmədi ki, özünü bu qondarma "palata"da təsisçi kimi göstərən AMİP rəhbərliyi Ə.Kərimov və İ.Qəmbərov cütlüyündən yollarını tamamilə ayırdığını bəyan etdilər. Sadəcə olaraq, onların bu qondarma təşkilatla yollarını ayırmasından az əvvəl AMİP-in mətbuat və təbliğat katibi Ə.Kərimov və İ.Qəmbərov cütlüyünün "əl- üzünü yumağa çalışmışdı". Hətta Ə.Orucov bir zamanlar onların yaratmış olduqları oyuncaq qurumları sabun köpüyünə belə bənzətməkdən çəkinməmişdi. Sonradan isə onun belə bir ittihamları üzümüzə dayanaraq, inkara cəhd etməsi də ikraha səbəb olmuşdu. Yenə də, həlledici zaman özünü çox gözlətmədi və AMİP nümayişkaranə şəkildə "İctimai Palata" adlanan qondarma oyunlardan çıxdı. Doğrudur, Ə.Orucov partiyası oradan getsə də, özünün hələ də, üzv olaraq bu qondarma təşkilatda qaldığını bildirməklə pərdələnməyə çalışmışdı. Amma bu da alınmadı və vaxtın axarında hər şeyin iç üzü göründü. Göründü ki, "İctimai Palata" nə imiş və kimlərə necə xidmət edirmiş?! İndi isə tərəflər arasında açıq mübarizə gedir ki, bu da qaranlıq qalan bütün mətləblərə də işıq saldı. Və növbəti dəfə geniş ictimaiyyət müxalifətin və onun ətrafında cərəyən edən proseslərin əsil mahiyyətini açıq şəkildə görmüş oldu.

Digər xəbərlər