PDF Oxu

Müxalifət

  • 17

"İctimai Palata"da fikir ayrılığı yaranıb

"İctimai Palata"da fikir ayrılığı yaranıb
"İctimai Palata"da yenidən aləm qarışıb. Belə ki, qondarma qurumda formalaşmış "Koordinasiya şurası"nın toplantısında fikir ayrılıqları ciddi qarşıdurmalarla müşahidə olunub. Bütün bunlar isə mitinqlərlə bağlı məsələlər ətrafında baş verib. Müsavat partiyası, təyin olunan yerlərdə aksiya keçirməyə meyilliliyini sərgiləsə də, AXCP (i) hələ də icazəsiz olsa belə, şəhərin mərkəzində öz etirazını bildirməkdə israrlıdır.
Digər bilgiyə görə isə, Müsavat Divanının son toplantısında 17 aprel mitinqinin uğurlu alınmamasına, həmçinin, razılaşdırılmayan aksiyalara partiya üzvlərinin belə gəlməməsini əsas götürərək, icazəli yerlərə getməyi daha məqsədəuyğun sayıb. Bu təklifin "İctimai Palata"nın müzakirəsinə çıxarılması həmin andan hər şeyi bir-birinə qatıb. Növbəti mitinqlərə gəldikdə, məlum səbəblər üzündən, hələlik, onun vaxtı dəqiqləşdirilməsə də, gəzən söz-söhbətlərə görə, bu, mayın 16-da keçirməyi nəzərdə tutur.
AXCP (i)-də isə hələ də, şəhərin mərkəzində icazəsiz aksiya keçirmək və radikalizm əhval-ruhiyyəsi nümayiş etdirmək təklifləri səslənir. Ən azından, bu cür pafos adıçəkilən partiya funksionerlərinin son açıqlamalarından da anlaşılır. Yəni onlar qeyri-qanuni hərəkətləri ilə bağlı əvvəlki dağıdıcı taktikanın davamında maraqlıdırlar. Buradan belə nəticə çıxarmaq mümkündür ki, "İctimai Palata"da iki iddialı "qüvvə" arasında mitinq taktikasında ciddi fərqlərin yaranmasına start verilib. Düzdür, Müsavatın mitinqlər barədə düşüncələri, hələlik, yalnız partiya daxilindəki Divanda müzakirə olunub. Amma AXCP (i)-nin fərqli düşündüyünü nəzərə alsaq, məsələnin "İctimai Palata"da müzakirəsi zamanı kəskin ziddiyyətlərin ortaya çıxması qəribə görünməməlidir. Çünki qondarma "palata"da yarandığı gündən bu günə qədər, dəfələrlə qarşılıqlı ziddiyyətlər baş qaldırıb, eləcə də, təhqir timsalında söz atışmaları müşahidə olunub.
Bu isə bütün mənalarda iflasla nəticələnərək, onların biabırçılıqları ilə sona çatıb. Müsavat partiyasının fərqli mövqe nümayiş etdirməsi isə radikallıqdan loyallığa keçid anlamını daşımır, sadəcə, AXCP (i) ilə olan münasibətdə birinci tərəfin ikinciyə qarşı daim müxalif mövqe sərgilənməsini qabardır. Ona görə də qondarma qurumun son toplantısı da məhz fikir ayrılıqları və qarşıdurmalarla nəticələnir. Bunu isə keçirilməsi planlaşdırılan icazəsiz aksiyanın baş tutmamasını xəbər verən proqnoz kimi də qəbul etmək mümkündür.

Digər xəbərlər