PDF Oxu

Müxalifət

  • 13

Radikal müxalifətin sonuncu riyakarlığı

Radikal müxalifətin sonuncu riyakarlığı

Sonuncu dəfə cəmiyyətə öz riyakarlıqlarını göstərən radikal müxalifət ünsürləri bu dəfə nəyə və necə qadir olduqlarını açıq şəkildə göstərməli oldular. Çünki çətin və çıxılmaz dönəmlərdə öz bacarıqsızlıqlarını başqalarının ayağına yazmaqda mahir olan radikal müxalifət ünsürləri bu dəfə də analoji addım atmağa çalışdı.
Aprelin 17-də özlərinin son dönəmlərini açıq şəkildə cəmiyyətə göstərən müxalifət təmsilçiləri zamanın və situasiyanın gözü önündə acı arxivə necə, hansı tərzdə yuvarlandıqlarını, yəqin ki, göstərmiş oldular. Müəyyən bir dövrə qədər özlərini az qala cəmiyyətin "aparıcı" qüvvəsi kimi gözə soxmağa çalışan radikal müxalifət ünsürləri bataqlıqdan çıxmaq istədikləri an öz çirkablarında boğuldular.

Cəmiyyət dağdıcı və riyakar qüvvələrə yox deyir

Bir neçə günə qədər özləri üçün "Amerika" kəşf edərək, yalan və böhtan dolu bəyanatlar səsləndirən radikal müxalifət ünsürləri gündəmdə qalmaq üçün məhz tabeçiliklərində olan mətbu orqanların imkanlarından yararlanmağa çalışırdılar. Ona görə də, davamlı şəkildə özlərini əllərindəki mətbu orqanlarda geninə-boluna işıqlandıran müxalifət yetkililəri çirkin əməllərini ört-basdır etməklə məşğul idi. Amma bu dəfə də, onların içi üzü, çox keçmədi ki, açıldı. Sadəcə olaraq, bu dəfə onlar üçün sonun başlanğıcı çox açıq və çətin oldu. Ona görə də, müxalifət ünsürləri bu cür eybəcərliklər müstəvisində daha bundan belə qala bilməzdilər. 20 ilə yaxındır ki, onlar cəmiyyətin gözünə kül üfürməklə qalmağa çalışsalar da, müasir düşüncəyə təsirsiz olduqları durumlarından qurtula bilmədilər. Beləliklə, zaman və məkan anlayışında müxalifətin sonunu açıq şəkildə Azərbaycan cəmiyyəti görmüş oldu.

Digər xəbərlər