Şəmkirdə müxalifət partiyalarının 100 üzvü istefa verib
Müxalifət partiyalarının Şəmkir rayon təşkilatlarının üzvləri növbədənkənar toplantı keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, toplantıda müxalifət partiyalarını təmsil edən 100 nəfər partiya sıralarından istefa verib. Müxalif partiyaların üzvlərinin paytaxtda keçirilən mitinqlərlə əhalinin rahatlığını pozmasını, keçmiş liderlərinin anarxiya yaratmaq istəyini kəskin çıxışlarla pisləyiblər.
Onlar partiya sıralarını tərk etməklərini partiya üzvlərinin pis, nalayiq hərəkətləri ilə əlaqələndiriblər. Çıxış edənlər qeyd ediblər ki, bir vaxtlar üzv olduqları müxalifət partiyası, artıq heç kimi yalançı vədləri ilə aldada bilməz. Bütün reallıqlar açıq-aydın ortadadır. Tədbir iştirakçıları bir daha bildiriblər ki, müxalifət nümayəndələrinin gülünc mitinqləri sakinləri narahat etməkdən başqa önəm daşımır. Gənclər öyrədilir, onları özlərinə tabe etmək üçün min cür yalançı vədlər verilir.