PDF Oxu

Müxalifət

  • 12

"İctimai Palata mitinqlər, küçə yürüşləri keçirmək üçün deyil"

"İctimai Palata mitinqlər, küçə yürüşləri keçirmək üçün deyil"
"Mən əvvəlcədən də demişdim ki, İctimai Palata görüntüdür". SİA-ya açıqlamasında bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP)həmsədri Araz Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir neçə müxalifət partiyasının təmsil olunduğu İctimai Palatanı tərk etməsinə münasibət bildirərkən deyib. "Bu partiyalar demək istəyirdi ki, biz də varıq" deyən A.Əlizadə bildirib ki, sözügedən qüvvələr heç bir halda siyasi səhnədə qala bilməzdilər: "Hər bir qüvvənin siyasi səhnədə qalması üçün möhkəm əsaslar olmalıdır. Buna görə də AMİP-in İctimai Palatanı tərk etməsi gözlənilən idi. Beş-altı adam gəlib bir-birinin sifətinə baxıb dağılışırdılar. Bu qüvvələr İctimai Palatanın adına ləkə gətirdilər. Dünyanın bir çox ölkələrində belə bir qurum var və səmərəli şəkildə işləyirlər. İctimai Palatanın səmərəli işləməsi üçün hökumətlə əməkdaşlıq etməsi vacibdir. İctimai Palata mitinqlər, küçə yürüşləri keçirmək üçün deyil". AMİP-dən sonra İctimai Palatada təmsil olunan digər partiyaların qurumu tərk etmə ehtimalına gəlincə, A.Əlizadə belə cavab verib: "Ortada bir qurum yoxdur. Olmayan bir şeyi nəyini tərk etsinlər".

Digər xəbərlər