PDF Oxu

Müxalifət

  • 38

Oyunbaz müxalifətin sirk oyunları

Oyunbaz müxalifətin sirk oyunları

Doğrusu, bugünkü müxalifətdən söz düşəndə, ilk öncə, insanın yadına ikiüzlülük, xəyanət, satqınçılıq, bir-birilərinə quyu qazmaq, bir sözlə, klounluq yada düşür.
Çünki Müsavat partiyasının demokratiyadan uzaq başqanı İsa Qəmbərov, tərəfdaşlarını öz məkrli siyasətinə qurban edən AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, "bəy"lər tərəfindən zorla partiya adlandırılan "ACP", hələ də sədr problemini həll edə bilməyən və liderlərinin başı biznesə qarışan AMİP lideri Etibar Məmmədov (bir də, görəsən, sədr və üzvləri olmayan bir partiyanın necə lideri ola bilər?), ümidsizliyə qapanan partiyanın -"Ümid"in sədri İqbal Ağazadə, ALP-nin sədri Əvəz Temirxan və bu kimi cəmiyyət arasında heç bir nüfuza malik olmayan partiyacıqların sədrləri təmsil olunan düşərgəni yalnız və yalnız kloun adlandırmaq olar. Bu klounlar isə mütləq cəmiyyətdən təmizlənməlidir. Bu cür təmizlənməyin vacibliyinin neçə səbəbi var. Çünki bu şəxslər xalqımıza heç zaman başucalığı gətirməyiblər, həmçinin, hər zaman öz şəxsi maraqlarını xalqın, hətta öz tərəfdaşlarının maraqlarından belə üstün tuturlar. Digər səbəb isə, artıq bu şəxslər siyasətdən başqa dünyada nə qədər çirkin işlər var onunla məşğul olurlar. Ən əsası isə, artıq xalqımız onlardan çoxdan üz çevirib və s.
Bütün bunlar onu əminliklə söyləməyə əsas verir ki, bu dağıdıcı radikal müxalifətin dövrü çoxdan bitib. Onlar 18 il öncə, hakimiyyətdə olan zaman xalqımız nələr yaşadı, bu, hər kəsə bəllidir - aclıq, xaos, özbaşınalıq, anarxiya, müharibə, idarəçiliyin olmaması və s. Gərək elə o zamandan radikal müxalifət xəcalət çəkib, ya ölkəni tərk edəydi, ya da bacarmadıqları siyasətə əlvida deyəydilər. Ancaq neyləmək olar ki, onlarda hansı abırsız üz desən var. Belə olmasaydı, tör-töküntü partiyaların qalan funksionerlərinin son günlərdəki istefalarından bir az da olsa "həya" etməliydilər. Amma nə fayda ki, "diri ikən ölü olan" radikal liderlər - müxalifət sədrləri ölkədə siyasi sabitliyi pozmaq üçün "həftə səkkiz, mən doqquz" 5-10 nəfərlə mitinq keçirmək arzusuna düşürlər. Bu arzu da elə ürəklərində qalır. Çünki Azərbaycan xalqı bu klounların oyunlarını çox görüblər və buna da imkan verməyəcəklər.

Əli Kərimov üçün şəxsi maraqlar, yoxsa xalqın maraqları üstündür?

Düşərgə üzvləri tərəfindən ciddi sayılmayan şəxslərdən biri, daha dəqiq desək, birincisi "Yurd" şefi və AXCP (i) sədri Ə.Kərimovdur. Bu şəxsin nə etdiyi və ya nə edəcəyi həm özünə, həm də ətrafındakılara bəlli deyil. Əli "bəy"i həmkarlarından bir sıra "xüsusiyyətlər" fərqləndirir. Belə ki, AXCP (i) sədri həmkarı İ.Qəmbərovdan fərqli olaraq, öz ətrafındakıları öz məkrli siyasətinə qurban edir. Müsavatda isə əksinə, partiya funksionerləri başqanları İ.Qəmbərovu "qurbanlıq" edirlər. Ə.Kərimovun qurbanları kimdir: Aqil Xəlilov, Ruslan Bəşirli, Bəxtiyar Hacıyev və onlarla gənc AXCP (i) çirkin siyasətinin, məkrli oyunlarının qurbanlarıdır. Maraqlıdır, hamısı da gənclərdir. Elə buna görə də, o zamanlar partiyanın rəhbər heyətində təmsil olunan Cəmil Həsənli, Fuad Mustafayev və digərləri partiyadan istefa verdilər. Həmçinin, Ə.Kərimovun "siyasətinə" etiraz edərək, onlarla partiya üzvləri (hətta bütün rayon təşkilatları) "AXCP" (i)-yə əlvida dedilər. Ona görə əlvida dedilər ki, onun bütün vücudunda satqınçılıq qanı axırdı. Ə.Kərimov ABŞ-ın "Vaşinqton Post" qəzetində 20 faiz torpağının işğal altında olduğunu ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab etməyərək, öz şəxsi maraqları naminə, ağa qara deyir və ölkəmiz əleyhinə yazı ilə çıxış edir. Görəsən, AXCP (i) sədri Ə.Kərimov, əlinə fürsət düşmüşkən, niyə Ermənistanın işğalçılıq siyasətindən bəhs etmir? Bütün bunlar, onu deməyə əsas verir ki, "Yurd" şefi öz yurddaşlarını-xalqını deyil, öz şəxsi maraqlarını düşünür. Belələrinin yeri tarix arxivdir, necə ki, xalq onları artıq çoxdan ora atıb.

İsa Qəmbərovun "demokratiyası"

1993-cü ildən bu günə kimi seçkilərdə uduza-uduza gələn radikal müxalifətin "demokratik düşüncəli liderlərinidən" biri də Müsavat partiyanın başqanı İ.Qəmbərovdur. Bu şəxs AXC-Müsavatın hakimiyyəti dövründə yüksək postlardan birini tutsa da, heç bir yüksək səviyyəli iş görməyib. Onun 2003-cü ilin prezident seçkilərində göstərdiyi rüsvayçılıq heç kəsin yaddaşından silinməyib. O, hələ də başqanlıqdan əl çəkmək istəmir. Bundan əlavə, İ.Qəmbərov öz partiyadaşlarının da hədəfinə tuş gəlib. Qısası, onun üçün dost-düşmən anlayışı yoxdur. Qısası, bu fərd barədə çox danışılıb və deyilib. Lakin bir həqiqət ki, 20 ildir onun başına "girmirsə", burada İ.Qəmbərovun psixi durumunun yerində olmaması şübhələr yaradır. Məhz bu səbədən də partiyasında baş verən kütləvi istefaların arxasında həmin amilin də dayanması şəksizdir.

Digər xəbərlər