PDF Oxu

Müxalifət

  • 11

Radikallar 17 apreldə hara dırmaşacaqlar?

Radikallar 17 apreldə hara dırmaşacaqlar?
Deyəndə ki, bu radikallar lap ağını çıxarıb, özlərini polyaçi yerinə qoyublar, ATƏT nümayəndələri, ya da Qərb ölkələrinin xarici səfirlikləri etiraz edirlər ki, yox, nə danışırsınız, Azərbaycan müxalifəti, yəni dağıdıcı ünsürlərin ictimai sabitliyi pozmağa, qaragüruhçuluq salmağa "polnıy" ixtiyarları var. Deyəndə ki, ay avropalı mister, senyor, ser, müsyö, axı sizin dövlətlərdə belə hadisələr baş verdiyi zaman adamın basıb gözünü çıxardırsınız, dabanını boynuna pərçimləyərək, polis avtomobillərinə "presliyirsiniz" və yaxud ingilis atlarının qabağına qatıb şil-küt edirsiniz, cavab verməyə söz tapmırsınız. Bir dənə də nüfuzlu "qitədaşınız", xarici səfirlik nümayəndələri cınqırını çıxartmır ki, ABŞ-da, İngiltərədə, Fransada və daha nə bilim haradasa insan hüquqları pozuldu, söz azadlığına məhdudiyyətlər qoyuldu və s. Belə ittihamlar olduğu zaman, hərəniz çəkilib durursunuz bir kənarda yəni belə də olmalıymış(?!) İndi Azərbaycanda üç-beş nəfər (Əli) kərimovlar, (İsa) qəmbərovlar, (Arif) hacıyevlər, (Pənah) hüseynovlar ortaya atılıb xarici ağaları qarşısında nökərçiliklər edir, pula satılmış fahişələrdən fərqlənmir, böyürlərindən toz keçən kimi tumanlarını başlarına ataraq, vay-şivənlik, qara-qışqırıq salır, siz avropalı "insanpərvərlər" də bu artistlərin, polyaçilərin çaldıqları "zurna" havasına halay gedirsiniz. Daha göz qarşısında illərdir ki, çözülməyən problemlərin qeydinə qalmaq sizin işiniz deyilmiş. Ölkənin bir milyon qaçqını-köçkünü olduğu, iyirmi faiz torpağının erməni işğalçılarının tapdağı altında qaldığı bir vəziyyətdə, balaca körpələrimiz erməni snayperlərinin qurbanlarına çevrildiyi zaman siz avropalıların "humanizam və demokratiya" prinsipləriniz harada qalır?! Əlbəttə ki, donuq, xüsusiyyətsiz, heysiyyətsiz "avropalı" təfəkkürü bu cür real həqiqətləri görmək arzusunda deyillər... Əksinə, Azərbaycanın radikal müxalifəti heç bir səbəbi-filanı olmayan bir vəziyyətdə küçələrə tökülərək vətəndaşların həyatlarına, xalqa xidmət göstərən obyekt və ofislərə, zərər vurmaqla qərbli qardaşları qarşısında "demokratik qüvvəyə" çevrilirlər. Hətta onlar ayrı-ayrılıqda ağaclara dırmaşaraq, "özünəməxsus" şəkildə aksiya keçirsələr belə, onlara güldən ağır söz deyilməyəcək. Axı onlar "müxalifətdir", axı onlar da xidmət göstərdikləri, nökərçilik etdikləri qərbli qardaşları kimi Azərbaycan məmləkətinin inkişafını, tərəqqisini qətiyyən arzulamırlar. Ona görə də "obtovoy" variantda səs salacaqlar ki, bəs "iqtidar bunları ağaclardan zorla düşürdüb yerə". Daha deməyəcəklər ki, iqtidar, eyni zamanda, bunların həyatlarını təhlükədən qurtarıb ki, dəymə-düşər radikallar yıxılıb "ayaq-baş" olmasınlar. İndi həmin bu radikallar "planlaşdırıblar" ki, aprelin 17-də öz düşüklüklərinə uyğun aksiya keçirsinlər-binaların başında. Yəni binaların başına dırmaşaraq, "intihar" etmək, bununla da "hakimiyyətə yiyələnmək". Bu cür absurd və absurd olduqca da səviyyəsiz "təfəkkürlə" düşünən radikalların ağıllarına belə gəlmir ki, əgər onlar binaların damlarına dırmaşıb, özlərini kəllə-mayallaq aşağılara buraxsalar, onların hansı tikəsi "hakimiyyətə gələcək"? Və yaxud onlar "intihar" etdikdən sonra, özlərinə "lider" hesab etdikləri fərdlərin "hakimiyyətə gəlib-gəlməməklərinin" hansı mənası olacaq? Bəşir Səfəroğlu demişkən:"Heç ölünün də qıdığı gələr?" Bəli, bunlar belə davranışları ilə, özlərinin nə qədər kişilik mübarizəsindən qıt olduqlarını dolayısı ilə sübut etmiş olurlar. Bunlar normal müxalifətçilik edə bilməməklə, əla siyasi fahişə olduqlarını bir daha sübut etmiş olurlar. Və bunlar Fəvvarələr meydanında, Sahil bağında, yaxud da bina başında, daha nə bilim, qulaqları üzərində mitinqlər, aksiyalar keçirməklə, həqiqətdə siyasətçi deyil, həqiqətdə sərsəmçi olduqlarını etiraf edirlər. Allah öncə bunlara, sonra da avropalı mister, senyor, ser, misterlərə düşüncə və ağıl versin. ("Amin" demək istəyənlər bu sözü deyə bilmək hüququna malikdir. ATƏT-in yeni direktivindən çıxarış -R.R)

Digər xəbərlər