PDF Oxu

Müxalifət

  • 20

Bölgələrdəki istefalar rayon təşkilatlarının buraxılması ilə nəticələndi

Bölgələrdəki istefalar rayon təşkilatlarının buraxılması ilə nəticələndi

Radikal müxalifətin ictimaiyyətə sırıdığı qondarma "İctimai Palata"nın və bu quruma daxil olan siyasi təşkilatların 11-12 mart, 2 aprel biabırçılığından sonra onların növbəti biabırolma kampaniyaları baş tutmaya da bilər. Məsələ ondadır ki, məlum olaylardan sonra istər paytaxt Bakıda, istərsə də bölgələrdə yaşanan istefalar və bu istefalar nəticəsində boşalan rayon təşkilatları adıçəkilən siyasi qurumun ümumilikdə kağız üzərində qalmasına dəlalət edir. O cümlədən, "palata"nın daxilində də yaşanan hərc-mərcliklər nəticəsində bir sıra qurum üzvləri ayın 17-nə planlaşdırılan mitinqə qoşulmayacaqlarını indidən bəyan ediblər.
Buna misal kimi "Ümid", AMİP və digər siyasi təşkilat nümayəndələrinin mətbuata verdikləri açıqlamalarını da göstərmək mümkündür. Belə ki, həmin açıqlamalardan bəlli olur ki, adıçəkilən partiyaların 2-ci eşalonunda fəaliyyət göstərənlər baş verən istefa dalğalarının daha böyük fəsadlar verəcəyindən aşkar şəkildə çəkinərək qorxurlar. Onu da qeyd edək ki, özlərini radikal müxalifət düşərgəsində, eləcə də, "İctimai Palata"da "ana müxalifət" obrazında təqdim edən AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov 2 aprel icazəsiz aksiyasından sonra yanlarına təşrif buyurmuş ABŞ, Britaniya, Norveç və digər Qərb ölkələri səfirlikləri ilə görüşdükdən sonra yenidən illüziyalara qapılıb, icazəsiz aksiyanın kütləvi xarakter alacağını bəyan ediblər. Nə qədər pafoslu görünsə də, cəmiyyət bu günə qədər bir dəfə də olsun belə bu xəyanətkarların sözlərinə, vədlərinə sadiq olmadığının şahidinə çevrilib. Məhz bu səbəbdən də, baş verən kütləvi istefa dalğalarının ardı-arası kəsilmir. Ona görə də, özlərinə təsəlli verən radikal təxəyyüllü "liderlərin" işlətdikləri hər bir kəlmələri zibil urnasına atılan, tullantı qədər lüzumsuzluq təşkil edir. Bu əsnada, bölgələrdəki istefa bəyanatlarını təqdim edərək, onların hansı dərəcədə "lider", "ana müxalifətçi" olduqları aşkar şəkildə özünü sərgiləyir.

KÜRDƏMİR

Aprelin 12-də Azərbaycan Milli İstiqlal Pratiyasının Kürdəmir rayon təşkilatı üzvlərinin adıçəkilən partiyanın bölgədəki fəaliyyətinin dayandırılması ilə əlaqədar yığıncağı keçirilmişdir. Yığıncaqda AMİP rayon təşkilatının 15 nəfər üzvlərindən 13 nəfəri iştirak etmişdir. Protokolun iştirakçıları- sədr müavini Rəhimov Nazim Rəhim oğlu, sıravilər Əliyev Hicran Dəmir oğlu, Qəniyev Xəqani Sədulla oğlu, Bünyətov Faiq Tapdıq oğlu, Qurbanov Vüqar Qurban oğlu, Dəmirov Elman Rəşid oğlu, Hacalıyev Möhübbət Cəbi oğlu, İbadov Vüqar Arif oğlu, Yunusov Şirvan Aydın oğlu, Şirinov Rafael Paşa oğlu, Bağırov İlqar Hidayət oğlu, Şəfiyev Mahmud Nadir oğlu, Vahidov Şəfaəddin Siracəddin oğlu yığıncağın protokolunu tərtib edərək, öz çıxışlarını ediblər. Dinlənmədə qeyd olunub ki, yığıncaq gündəliyində dayanan məsələ AMİP rəhbərliyinin qondarma qurum olan "İctimai Palata"nın aprel ayının 2-də radikallıqla müşayiət olunan iştirakıdır. Sədr müavini R.Rəhimov bildirib ki "aprel ayının 2-də radikallıq nümayiş etdirərək insanları mitinqlərə cəlb etmək üçün küçələrə töküb qan axıtmaqla bugünkü sabitliyimizi və əmin-amanlığımızı pozmağa çalışmışlar. Azərbaycan dövlətçiliyinə düşmən mövqe sərgiləyən bu insanlarla bir partiyada olmaq bizlərə utanc gətirir. Odur ki, təklif edirəm - AMİP-in sıralarını tərk etməklə, rayon təşkilatının fəaliyyətinə son qoyaq"
Protokol yığıncağında ardıcıllıqla çıxış edən AMİP üzvləri H.Əliyev, X.Qəniyev, F.Bünyətov qeyd etdilər ki, ölkəmizdə hökm sürən sabit bir şəraitdə ölkəni xaosa sürükləməyə cəhd göstərən, milli maraqlarımıza zidd hərəkətlər edən partiya rəhbərliyi ilə bir sırada olmaq istəmirlər. Eyni zamanda, təklif olundu ki, yuxarıda adları qeyd olunan 13 nəfər şəxs AMİP sıralarını tərk etsin və rayon təşkilatının fəaliyyətinə xitam verilsin. Sonra digər AMİP üzvləri M.Hacalıyev, V.Qurbanov, E.Dəmirov çıxış edərək, bildiriblər ki, bu insanlar seçkidən seçkiyə ortalıqda görünüb aralığı qarışdırmaqla kimlərinsə maraqlarına öz iyrənc istəklərini həyata keçirməyə cəhd göstərirlər. Onlar hakimiyyətə gəlmək yolunu demokratiya xatirinə deyil, iğtişaşlarda xalqı küçələrə çağırıb qan tökməkdə görürlər: "Müxalifət liderlərinin müstəqilliyimizə qarşı hərəkətləri bizlərdə üzv olduğumuz patiyaya qarşı inamsızlıq və nifrət hissi yaradır. Ona görə də, təklif edirik ki, hazırda üzvü olduğumuz AMİP sıralarından istefa verərək, rayon təşkilatının fəaliyyətini dayandıraq".
Yığıncağın sədri irəli sürülən təklifləri səs qoydu və bu təkliflər lehinə 14 səs, əleyhinə 0 səslə qəbul olundu. Sonda, protokola alınaraq, qərara verildi ki, AMİP Kürdəmir rayon təşkilatı üzvlərinin partiyadan çıxmaq barədə bəyanatları qəbul edilsin və partiyanın rayon təşkilatının fəaliyyətinə xitam verilsin.

GORANBOY

AXCP (i)-nin Goranboy rayon təşkilatının üzvləri- Qasımov Nəsrəddin Qasım oğlu, Qasımov Nəsib Hidi oğlu, İsayev Rəhman Yusif oğlu, Verdiyev Mahir Allahverdi oğlu, Məmədov Maarif Əli oğlu, Əzizov Vasif Səlim oğlu, Əliyev Arzu Vilayət oğlu, Ağayev Ağa Alı oğlu, Həsənov İsgəndər Mirzə oğlu, Əhmədov Rəşid Xanlar oğlu, Bayramov Bayram İsa oğlu, Ağayev Əli Əzizağa oğlu verdikləri istefa bəyanatlarında, eyni zamanda, AXCP (i)-nin sədri Əli Kərimova ünvanladıqları açıq məktubda qeyd ediblər ki, bundan sonra onların hər biri AXCP (i) sıralarında qalmağı özlərinə təhqir hesab edirlər: "AXCP (i) sədri Əli Kərimova: 2011-ci ilin aprelin 2-də radikal müxalifət tərəfindən bir qrup gəncin qanunsuz hərəkətlərə təhrik edilməsi, Bakı şəhərində bir çox ticarət obyektlərinə və minik avtomobillərinə ciddi ziyan vurması, biz AXCP (i) Goranboy rayon təşkilatının üzvlərini də, həddindən artıq hiddətləndirmişdir. Biz bu hərəkətləri Azərbaycanı istəməyən qüvvələrin mənfur, çirkin niyyətlərinin məntiqi nəticəsi, sizi isə dövlətə, dövlətçiliyə və millətə xəyanətkar hesab edirik. Bunun başqa adı yoxdur. Odur ki, biz aşağıda imza qoyanlar sizin rəhbərlik etdiyiniz partiyanın sıralarında qalmağı özümüzə təhqir hesab edirik".
Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərova da Goranboy rayon Müsavat Partiyası təşkilatının üzvləri adından açıq məktub və istefa bəyanatı verilmişdir. Birgə bəyanatı imzalayan Müsavat Partiyası Goranboy rayon təşkilatı üzvləri- İbrahimov İlkin Akif oğlu, Nəsibova Aybəniz Allahverli qızı, Məhərrəmov Akif İbrahim oğlu, Əliyev Hidayət Adıgözəl oğlu, Abdullayev Rauf Aydın oğlu, Abbasov Emin Malik oğlu, Abduləzimov Məğrur Əbdüləli oğlu, Şəmmədov Müşfiq Viladət oğlu, Sofuyev Müşfiq Bəhərçi oğlu, Əliyev Elçin Nəsib oğlu öz bəyanatlarında qeyd ediblər: Biz Müsavat Partiyası Goranboy rayon təşkilatının bir qrup üzvləri kütləvi informasiya vasitələrindən AXCP (i) və Müsavat rəhbərlərinin 2011-ci il aprelin 2-də icazəsiz mitinq keçirmək adı ilə süni gərginlik yaratmaq cəhdi barədə məlumatı qəzəb və ikrah hissi ilə dinlədik. Biz, belə halları qətiyyən pisləyirik və ictimai qayda-qanunun pozulmasının qarşısının qətiyyətlə alınmasının yüksək qiymətləndiririk. Zor tətbiq etmək, iğtişaşlar yaratmaq, qarşıdurmalar törətmək kimi qeyri-sivil və anti-konstitusion əməlləri mübarizə hesab etmək olmaz.

Son illər, Azərbaycanın sürətli inkişafı reallıqlarını, hətta beynəlxalq təşkilatlar da təsdiq edir. Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf davam etmiş, regionoların davamlı inkişafına yönəlmiş dövlət proqramları uğurla icra edilmişdir. Bu işlər, indi də davam etdirilir. Qeyd etmək yerinə düşər ki, respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da genişmiqyaslı işlər görülmüşdür. Üzümüzü siyasi həmfikrimiz Əli Kərimova və İsa Qəmbərova tutub deyirik: xalq sizi tanıyır. Ona görə də, artıq sizin çağırışlarınızı cəmiyyət qəbul etmir. Nə qədər acı olsa da, siz də bu həqiqəti qəbul etməlisiniz və xəyanətkar əməllərdən əl çəkməlisiniz. Beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətlərinin birinə çevrilən Azərbaycanın uğurlarına qara yaxan bir partiyanın üzvü olmağımızdan peşmançılıq və xəcalət hissi keçirir, Müsavat partiyasının sıralarından çıxmağımızı bəyan edirik.
"KXCP" Goranboy rayon təşkilatının üzvləri: Qasımov Səbuhi Bəhrçin oğlu, Məmmədov Teymur Muxtar oğlu, Məhərrəmov İlham Akif oğlu, Muxtarov Vaqif Bahadır oğlu, Həsənov Qabil Qurban oğlu, Hüseynov Rauf Telman oğlu, Əliyev Elnur Novruz oğlu, Həsənov Kamil Nazar oğlu təmsil olunduqları siyasi təşkilat sədri Mirmahmud Fəttayevə ünvanladıqları açıq məktub və istefa bəyanatlarında vurğulayıblar ki, xalqın inam və etibarını itirmiş bir qrup insanların özünü müxalifət adlandıraraq, xalqı adından çıxış etməsi, yalnız ölkədə xaos və gərginlik yaratmaq, sürətlə inkişaf etməkdə olan respublikamızın bu inkişafına zərbə vurmaq xarici düşmənlərin pis niyyətlərinə təkan verməkdən başqa bir şey deyildir: "Aprelin 2-də AXCP (i) və Müsavat rəhbərləri 100-150 nəfərlik kütləni Bakı küçələrinə çıxarmaqla xalqın gözündə "müxalifətin ümumxalq mitinqi" obrazını formalaşdırmağa çalışdı. Lakin onların bu hərəkətləri xalqın "liderlərə" olan qəzəb və nifrətini daha da artırmış oldu. Demokratik dövlətlərdə müxalifətin həmişə ümumxalq problemlərində iqtidarla bir yerdə olduğunu görmüşük. Bu gün xalqımızın əsas problemi olan Dağlıq Qarabağ məsələsindən bir dəfə də olsun müxalifətin mitinq keçirdiyini, iqtidara dəstək olduğunu görməmişik. Bütün bunlar isə müxalifətin xalqın mövqeyindən çıxış etməsi deyil, yalnız hakimiyyət həvəsi olduğunun sübutudur. Biz "KXCP" Goranboy rayon təşkilatının üzvləri belə halları qətiyyətlə pisləyir və partiya üzvlüyündən istefa verdiyimizi bəyan edirik."
ŞİRVAN

Xatırladaq ki, digər rayonlarla yanaşı, Şirvan şəhərində də fəaliyyət göstərən radikal müxalifət partiyalarının sıralarında kütləvi istefalar baş verməkdədir. Bu dəfə isə həmin bölgənin digər AXCP (i) üzvləri Bədəlov Allahverdi Mirzəli oğlu, Nəzərov Anar Həşəm oğlu və Nurəliyev Ağam Məhəmməd oğlu tərəfindən verilən istefa bəyanatını oxucularımıza təqdim edirik. Onu da qeyd edək ki, adıçəkilənlərin hər biri 90-cı illərin əvvəllərindən bu partiyanın sıralarında fəaliyyət göstəriblər və hazırda həmin siyasi təşkilatdan istefa verərək, Yeni Azərbaycan Partiyasına üzv yazılmaqdan ötrü müraciət ərizəsi qəbul ediblər: "Məlum edirik ki, biz AXCP (i) partiyasının üzvü olmuşuq və demokratiyanın inkişafı uğurunda bir sıra xidmətlərimiz olub, amma son vaxtlar, xüsusilə, 2 aprel 2011-ci il tarixində üzvü olduğumuz AXCP (i)-nin də daxil olduğu qurumun keçirməyə cəhd etdiyi aksiyaya baxarkən, çox təəssüf hissi keçirdik və qəzəbləndik. Bizim ən böyük dərdimiz Qarabağ dərdidir. Hamı bu amal uğurunda birləşməlidir. Bizim bir düşmənimiz var, o da ermənidir. Həmin kəslər törətdiklərini aprelin 2-də ermənilərə qarşı etsəydilər, biz də onların cərgəsində, sıralarında olardıq. Hazırda, Azərbaycanda əmin-amanlıqdır. Problemlər günbəgün aradan qaldırılır. Respublikamız, regionlarımız sürətlə inkişaf edir. Belə bir şəraitdə ölkəmizdə çaxnaşma salmaq istəyənlər yalnız vətənini satanlar, xarici qüvvələrin əlində oyuncaq olanlardır. Onlar ermənipərəst qüvvələrdən heç də əskik deyillər. Radikal müxalifətin başında dayanan Əli Kərimova, İsa Qəmbərova və digərlərinə bu hərəkətlərinə görə nifrət edir, onlara ar olsun deyirik. Məlum 2 aprel 2011-ci il hadisələrinə etiraz əlaməti olaraq, üzvü olduğumuz AXCP (i) sıralarından istefa verdiyimizi bəyan edirik".
Müsavat partiyasının üzvü Rəsulov Ramiz Məmmədəli oğlu da təmsil olunduğu partiya sıralarından istefa verdiyini ictimailəşdirərək, bildirib: "Məlum edirəm ki, 1996-cı ildən Müsavat partiyasının üzvüyəm. Ölkə demokratiyasının inkişafı yolunda hər zaman öncül olmağı arzulamışam. Amma son vaxtlar, xüsusilə, 2 aprel 2011-ci ildə üzvü olduğum partiyanın aksiyasına baxarkən, bu təşkilatın rəhbərliyinə qarşı qəzəb və nifrət hissləri oyandı...
İsa Qəmbərova, Əli Kərimova və digər bu kimi radikal müxalifət rəhbərlərinə hədsiz nifrətimi bildirir və onlara ar olsun deyirəm və etiraz əlaməti olaraq, Müsavat partiyasından istefa verirəm. İstefamı öz imzamla təsdiq edirəm."
Bütün bu faktlara, amillərə əsaslanaraq, deyə bilərik ki, radikal müxalifətin istər öz təxəyyülləri baxımından, istərsə də, hər hansı xarici təşkilatların qarşısında siyasi oyuncağa çevrildikləri baxımından onların törətməyə cəhd göstərdikləri bütün xəyanətkar, satqınçılıq, dağıdıcılıq yönündəki çabaları biabırçı sonluqla nəticələnəcək. Artıq "liderlərə" ünvanlanmış açıq məktublar və istefa bəyanatları baş verənləri bütün çılpaqlığı ilə özündə ehtiva edir.

Digər xəbərlər