PDF Oxu

Müxalifət

  • 13

17 aprel aksiyaları 2 aprel şousundan fərqlənməyəcək

17 aprel aksiyaları 2 aprel şousundan fərqlənməyəcək
Uzun müddət idi ki, radikal və dağıdıcı müxalifət səlahiyyətliləri paytaxtın mərkəzi küçə və meydanlarında mitinqlər, etiraz aksiyaları təşkil edəcəklərini iddia edirdilər. Hətta bunun üçün radikal "liderlər" tabeçiliklərindəki mətbu orqanların səhifələrində pafoslu açıqlamalarla çıxış edir, müəyyən xaotik hisslərə qapılaraq "bəyanatlar" yayır, "şərhlər" verirdilər. Hətta bu azmış kimi, xəyallara qapılıb, on minlərin iştirakı ilə mitinqlər və küçə yürüşləri keçirəcəkləri barədə bacardıqlarından da artıq illüziyalara, utopiyalara yol verirdilər. Ancaq hər zaman olduğu kimi, nəticə heç də onların xəyallarındakı kimi olmadı. Müxalifətin martın 11 və 12-də təkrarlanan biabırçılıqlarının növbəti seriyası aprelin 2-də yenidən təkrarlandı. Beləliklə də, "İctimai Palata" adı altında müəyyən xarici donor və maliyyə buraxan təşkilatlarla xəyanətlər üzərində qurulmuş siyasi bazarlıq edən radikallar, sözün əsil mənasında, öz simalarını yenidən cəmiyyətə göstərmiş oldular.
Nəzərəçarpan maraqlı cəhət odur ki, ictimaiyyətə "ümumi müxalifətin toplaşdığı bir təşkilat" kimi sırınan, həqiqətdə isə heç bir mahiyyət və keyfiyyətə malik olmayan qondarma "İctimai Palata"nın yeganə funksiyası xarici donorlardan pul qoparmaq prinsipinə əsaslanır. Məlum 2 aprel olayından sonra, sözügedən qurumun 17 aprel xəyallarından danışması da məhz bu tip "prinsiplərə" əsaslanır. Heç bir sosial bazaya malik olmayan və sadəcə olaraq, bir partiya sədri və onun qovluğundan ibarət olan müxalifət qurumunun "on minlərin iştirakı ilə mitinq keçirəcəyik" deməsi, təbii ki, gülünc hissi ilə qarşılanır. Çünki cəmiyyət açıq şəkildə dağıdıcı müxalifətin kimlərdən ibarət olduğunu, hansı imkanlarının cərəyan etdiyini çox gözəl bilir. Sadəcə olaraq, müxalifətdə özlərini "ağıllı" hesab edənlər, xüsusən də, AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov mövcud sabitliyi pozmaq üçün öz havadarlarının imkanlarına güvənirmiş. Burada ilk yeri radikal dini qruplaşmalar tutur ki, Ə.Kərimov və İ.Qəmbərov cütlüyü həmişə onlardan öz maraqları üçün yararlanmağa çalışıb.
Lakin 17 apreldə belə olmayacaq. Çünki öncələr onların "islamçılara" verdikləri vədlər puç oldu və artıq bu təşkilatın fərdləri radikalların mitinqlərinə qoşulmayacaqlarını bəyan ediblər. Həmçinin, aprelin 2-də tərəfdarlarını aldadaraq aksiyaya gəlməyən Əli Kərimov, əslində, öz niyyətinə çatmış olub. Çünki o, "İctimai Palata"ya ayrılmış 40 milyon dolları məhz aksiyanın təşkilinə sərf olunduğunu deməklə havadarlarından yenidən imtiyazlar qoparmaq eşqinə düşüb. Sözsüz ki, Ə.Kərimov üçün aksiya keçirmək ancaq bir prinsipə əsaslanır ki, bu da puldur. Eyni zamanda, xatırladaq ki, aksiyanın başlanğıcında müəyyən görüntü ilə çıxış edənlər də sonralar "Fəvvarələr" meydanı ətrafında görünməz oldular. Bir neçə nəfəri aldadaraq, buraya göndərən Ə.Kərimov əsas adamlarına "siz kənara çəkilin" göstərişi verməklə, növbəti dəfə müəyyən şəxsləri öz niyyətinin qurbanına çevirdi.
Qeyri-qanuni, icazəsiz aksiyadan sonra, ATƏT nümayəndələrinin, xarici ölkələrin səfirlik nümayəndələrinin birdən-birə radikal müxalifət düşərgəsində görünməsi isə, ictimaiyyətin, cəmiyyətin haqlı qınağına səbəb oldu. Bu, yenidən onu göstərdi ki, Qərb dünyası, ümumiyyətlə, həqiqətə söykənən birtərəfli standartlardan kənar fəaliyyət göstərir. Daha dəqiq desək, bu üsullarla özünün imic və nüfuzunu itirmiş olur. Ən azından ona görə ki, dağıdıcı qüvvələrin ətrafında ATƏT-in və səfirlik nümayəndələrinin var-gəl etmələri arxasında həmin radikallara müxtəlif miqdarda pulların ayrıldığını sübut edir.
Bir sözlə, onu da xüsusilə vurğulamaq yerinə düşərdi ki, aprelin 17-nə planlaşdırılan aksiyada əlində külli miqdarda dilənçilik vəsaiti toplamış radikal müxalifət mənsubları bu maddi vəsaitlərlə yenidən nə isə edəcəklərini düşünürlər. Lakin bütün bunlara baxmayaraq, baş verən son kütləvi istefalar dalğası onların bu arzularını da puç edəcək. Eyni zamanda, bu dəfə də dağıdıcılıq əməlləri törətməyə cəhd etsələr, mütləq Azərbaycan xalqının hiddət dayağını başqa formada dadmış olacaqlar.

Digər xəbərlər