Son vaxtlar Azərbaycan cəmiyyəti müxalifətin nə "iş-güc" sahibi olduğunu, onların kimlərin köləsi kimi çarpışdığını yenidən müşahidə etməyə başlayıb. Bu məsələlərdə bir qədər pərdəarxası detallar da öz çılpaqlığını büruzə verdi ki, indi cəbhəçilər onun üstündən heç nə olmamış kimi keçməyə çalışırlar.
Maraqlısı isə odur ki, ailə üzvlərinin Azərbaycanda olmadığın bildirən AXCP (i) sədri Əli Kərimov onun evinin qarşısında etiraz aksiyası keçirən gənclərə yumurta atmaq üçün qadın faktorundan istifadə edib. Digər diqqətdən kənarda qalan cəhət odur ki, həmin qadının kimliyi və atdığı yumurtaların, el dili ilə desək, xoruzlu olması hələ suallar doğurmaqdadır. Eyni zamanda, bu, başqa mətləblərə aparıb çıxaran, araşdırma tələb edən mövzunun predmetləridir. Əsas cəhət odur ki, müasir düşüncəli Azərbaycan gəncliyi AXCP (i) sədri Ə.Kərimovu onların adından yalan danışmaqda, uydurma bəyanatlar verməkdə davam etməsinə öz etirazlarını məhz bu formada bildirirlər. Çox təəssüflər olsun ki, hələ də, yumurtasına xoruz hüceyrələri qata bilməyən Ə.Kərimov lax yumurtaları da evinin pəncərəsindən gənclərin üzərinə atdırıb. Yəqin ki, Ə.Kərimovun AXCP (i)-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin oğlu Vasif Mirələmlinin məktəbli uşağı vəhşicəsinə qətlə yetirdiyindən də xəbər var. Bəlkə Ruslan Bəşirli, Aqil Xəlil, Azər Əhmədov, Qabil Məmmədrzayev və Vasif Mirələmli "fakt"ları "sizə" uyğundur". Amma hər bir halda bunlar Azərbaycan cəmiyyətinə, mental dəyərlərə zidd olan hallardan sayılır.
AXCP (i) sədrinin ətrafındakılar gənclərə necə nümunədir?
"Ziyanın yarısından qayıtmaq da xeyirdir" deyib atalar. Ona görə də, "nə qədər ki, Azərbaycan xalqı səni daş-qalaq edib, fitə basıb, rüsvayi-cahan etməyib doğru olanı özün seç Ə.Kərimov. Bəlkə də, bu yanaşmamıza sən, həmişə olduğu kimi öz "prizmandan" baxa bilərsən. Amma onu bil ki, bu günün gəncliyi səni özü üçün necə örnək götürə bilər? Çünki hər bir gənc bir ailədə böyüyür və onu əhatə edən insanlarla ünsiyyətdə olaraq Ə.Kərimov kimdir, nə işin-gücün yiyəsidir, kimlərin köləsidir və öz liderinə necə, hansı formada zərbə vuraraq xəyanət edib? Suallarına cavab tapmaqda heç də, çətinlik çəkmir. Ona görə ki, yoldaş Ə.Kərimov sizin "avtobioqrafiyanız" Azərbaycan cəmiyyəti üçün gün kimi aydındır. Əgər şəxsi maraqlarınız naminə, konnektur prinsiplərə görə, xaricdəki anti-Azərbaycan meyilli qüvvələrlə işbirliyinə gedərək, çirkin oyunlara girsəniz, təbii ki, cəmiyyətin növbəti dəfə üzərinizə gəlməsini təmin etmiş olacaqsınız.
Ağlasığmaz cinayət faktlarını AXCP (i)-nin şinelindən çıxanlar törədirlər?
Yəqin ki, bu sualla bağlı AXCP (i) sədri Əli Kərimov heç bir dəqiqə də olsun belə fikirə dalmayıb. Əgər doğrudan da, o "papağını" qabağına qoyub fikirləşsəydi ki, ölkədə ən kriminal hadisələri onun tərəfdarları törədir, çox güman ki, ən azından utanıb yerə girərdi. Amma nə fayda ki, ona yəqin bu "iş"lər xüsusi ləzzət verir. Sözün doğrusu, onun nə kimi "şey"lərdən ləzzət almasını bir çoxları bilir. İndiki şəraitdə isə bir-birinin ardınca tərəfdarlarının ən kiçik yaşlısının belə böyüyündən "nümunə" götürərək, məktəblini vəhşicəsinə qətlə yetirməsi artıq həyəcan təbili çalmağın vaxtından xəbər verir. Nə etmək olar ki, əli qana batmış Ə.Kərimov tərəfdarlarının "ən yaxşı nümunəsi" Vasif Mirələmli qədər ola bilərdi. Çünki dizinin dibindəki körpə uşaqların üzərinə silah çıxardıb, ev basıb, qənimət toplayıb onu ehtiyaclarını qarşılayırsa, yəni Qabil Məmmədrzayev kimi "ad"çıxarırsa, niyə də AXCP (i)-nin Cəlilabad rayon təşkilatının sədrinin oğlu kiçik yaşından cinayətə qurşanmasın?