Radikal düşərgənin elan etdiyi növbəti mitinqi də fiaskoya uğuradı. Bununla da radikalların son ümidləri də baş tutmadı. Mitinq keçirmək arzuları boşa çıxan funksionerlər bunun səbəbini öz "liderləri"nin mitinq zamanı evdən çölə çıxmamasında görürlər. Ancaq həmin funksionerlər öz "liderlərini yaxşı tanımaq istəyirlərsə, bir anlığa geriyə baxsınlar. Əgər xatırlayırlarsa, hələ 2005-ci ilin parlament seçkiləri zamanı Əli Kərimovun ""Qələbə"yə qədər siz gəlin, qələbəyə sizi mən aparacam" (burada o, "Qələbə" kinoteatrındakı mitinqləri nəzərdə tutur") vədinə inanaraq, "qələbə" yerinə "Bayıl"a yollandılar. Bu dəfə isə yalana düçar olanlar yalnız sadəcə sıravilər deyil, partiya funksionerləri də oldu. Bu günlərdə, yəni aprelin 2-də keçirilən qeyri-qanuni mitinqlər zamanı da ötən hadisələr bir daha təkrarlandı. Özünə haqq qazandırmağa çalışan "Yurd" şefi Ə.Kərimov növbəti sərsəm fikirləri ilə düşərgədaşları qarşısında "vaveyla" deyir. Sən demə, o, "Rəsulzadə-Elçibəy" yolunda olan siyasi təşkilatların birləşməsindən dəm vururmuş (?). Ə.Kərimov özünə yaxın bildiyi mətbuat səhifələrində deyir ki, hətta AXCP (i) və Müsavat partiyası arasında birlik olsa belə, heç nəyə nail ola bilməyəcəklər. Maraqlıdır, gündəmdə qalmaq xətrinə "Yurd" şefinin gah bu, gah da digər formada bir-birinə zidd fikirlər söyləməsi nəyə hesablanıb? BQP sədri, millət vəkili Fazil Mustafa AXCP (i) sədri Əli Kərimov qeyri-qanuni mitinq keçirməkdə şəxsi ambisiyaları barədə vaxtilə söylədikləri ifadələri xatırlamaq yerinə düşərdi. Xronoloji araşdırma kimi də qəbul edilə bilən ifadələrdən belə qənaətə gəlmək mümkündür: "Yurd" şefinin bugünəqədərki fəaliyyəti müxalifətin maraqlarına zidd addımları kimi sıralanıb. Məsələn, F.Mustafa qeyd edir ki, "Xarici dəstək hesabına fəaliyyət göstərən AXCP (i) sədri Əli Kərimov anti-azərbaycançı dairələrin ölkəmizdə süni gərginlik yaratmaqla bağlı sifarişlərini yerinə yetirir. AXCP (i) Azərbaycanın ən məsuliyyətsiz müxalifət partiyasıdır. 1883-cü il aprelin 2-də AXC-Müsavat hakimiyyətinin xəyanətkar məsuliyyətsizliyi səbəbindən Azərbaycanın strateji əhəmiyyətə malik olan Kəlbəcər rayonu işğal olunmuşdur. Bu gün İsa Qəmbərov və Əli Kərimov hansı üzlə tərəfdaşlarının küçələrə çıxarırlar?"
"Azadlıq" partiyasının sədri Əhməd Oruc isə "İctimai Palata"nın tərkibində olan Ə.Kərimovun apardığı fəaliyyəti "kolxoz prinsipli fəaliyyət" adlandırıb: "Ötən 20 ildə uğursuzluğa səbəb olmuş insanların etimadından alver etmiş müxalifət "liderlərinin" öncüllük etdiyi qurumdan müsbət fəaliyyət gözləməyə dəyməz". Beləliklə, dağıda-dağıda, ətrafındakılara xəyanət edə-edə, min bir oyundan çıxan "Yurd" şefi Ə.Kərimov bu gün xalqın qarğış yiyəsinə çevrilib. Hələ bu, harasıdır? Qarşıda onu daha betər hadisələr gözləyir. Ona görə məsləhət budur ki, fürsəti əldən verməyib, hazırda can-başla xidmət göstərdiyi Ermənistanın xüsusi xidmət orqanlarına sığınıb öz adını, sifətinin (sifətlərinin - R.K.) kodunu dəyişsin.