“Gey klub"lara layiq AXCP (i) sədri
Bildiyimiz kimi, AXCP (i) sədri Əli Kərimovun cinsi azlıqlardan olması, onun şəxsi həyatında "qoluboy" rəngə xüsusi önəm verməsi cəmiyyət arasında bütövlükdə birmənalı qarşılanmır (əlbəttə ki, onun özünün "tələbələri" olan "cəbhəçilərdən" başqa - R.R.). Lakin bir maraqdoğurucu nüans da diqqətdən yayınmır. Belə ki, "Yurd" şefinin ayağısürüşkənliyi barədə bütün faktlar və kartlar ortaya qoyulduğu zaman onun əlinin altında fəaliyyət göstərən "Azadlıq" qəzeti sözügedən məsələyə seyrçi qalmasıyla kifayətlənir. Daha dəqiq desək, bu qəzetdə bir dəfə də olsun, onun qoluboyluğu inkar olunmur.
Necə deyərlər, susmaq razılıq əlamətidir. Əlinə fürsət düşən kimi feminizm, transseksuallıq və seksual azadlıq tərəfdarı qismində çıxış edən Ə.Kərimovun cəmiyyət üçün gizli qalan mavi həyatı Avropa ölkələrində, xüsusilə, Hollandiyada, Danimarkada və Almaniyada fəaliyyət göstərən "Gey klub"larda, "Blue Pent Hauze"lərdə və bu kimi digər seksual azlıqların müdafiə təşkilatlarında narahatlıqlar doğurur. Bu məzmunda AXCP (i) sədrinə dəstək məktubları və teleqramları gəlsə də həmin məktublar "Azadlıq" qəzetində nədənsə, hansı səbəbdənsə dərc olunmur. O da maraqlıdır ki, bu adam vaxtilə, hələ xarici pasportu olduğu dönəmlərdə hansı ölkəyə gedirdisə, onu həmin dövlətlərin cinsi azlıq nümayəndələri bəh-bəhlə, şüar və "xoşgəldin" lozunqları ilə qarşılayırdılar. Bu isə, el dili ilə desək, kor-kor, gör-gördür, yəni, hər şey bütün çılpaqlığı ilə göz qabağındadır. Hazırda isə, Avropada, eləcə də, başqa xarici dövlətlərdə həm pasportsuz qalması baxımından, həm də mənəvi oriyentasiya baxımdan öz yaxınları ilə görüşmək imkanında olmayan partiya sədrinin "siyasi mövqeyi" ciddi-cəhdlə nəzərə alınır. Onun həmin dövlətlərin transseksual şəxsləri ilə virtual görüşləri müasir texnologiyalar vasitəsi ilə təmin edilir.
Azərbaycanda cinsi ayrıseçkiliyə qarşı "azad zonalar"ın yaradılması ətrafında müzakirələr aparan bir sıra qərbyönlü tərəflərin əsas Ə.Kərimovun təzyiqə, əzilmələrə məruz qalan cinsi oriyentasiyanın nümayəndəsi kimi xarakerizə etmələri, ona siyasi və mənəvi dəstək vermələri də yuxarıda qeyd olunanları yetərincə təsdiqləyir. Ölkədə ictimai həyatın bütün sahələrində qarayaxma kampaniyasının başında duran "Azadlıq" qəzeti isə əsil həqiqətləri bir kənara qoyub, AXCP (i) sədri Ə.Kərimovun təzyiqə məruz qalmasını qeyd etməklə, onun şəxsi oriyentasiyasına, öz təbirincə, siyasi don geyindirməyə çalışır. Yəni onun qoluboyluğunu birbaşa deyil, dolayısı ilə etiraf edir. Hər halda, Əli Kərimovu müdafiə edən xarici təşkilatlara bircə "təzyiq" sözü kifayət edir. Daha qoluboy kimi, yaxud da "siyasət adamı" kimi hər nəyəsə mübtəla olması onun xarici aşnalarını maraqlandırmır. Bu azmış kimi, partiyadaxili narazlıqlardan təşviş keçirən Ə.Kərimov öz "statusunu" qorumaq üçün tabeçiliyində olan jurnalistlərə "əvəzolunmaz müxalifət lideri" imicini formalaşdırmaq göstərişi verib. Bundan maksimum istifadə etməyə çalışan "Azadlıq" qəzeti isə, eyni zamanda, öz rəhbərinin qaranlıq taleyi haqqında düşünməyə vadar olub.
Əli Kərimovun iddia etdiyi, orijinallığı ilə seçilən qeyri-ənənəvi seksual oriyentasiyaların mövcud olduğu ifrat demokratiyamı? "Azad cinsi zonaların", "seksual sənaye obyektlər"in yaradılmasına hesablanan demokratiyamı?
Seksual zəmində təqibetmə hallarından təşviş keçirən Ə.Kərimov öz mənəvi rənginə demokratiya donu geyindirərək, öz gələcəyi haqqında düşünür, "azad cinsi zonaların", "seksual sənaye obyektlər"in yaradılması ideyası ətrafında xəyallar qurur. Çünki müasir dünyada seksual azlıqlar hələ də işə götürmə, səhiyyə, pensiya, sosial müdafiə, xidmət və mallar əldə etmə sahələrində ayrı-seçkiliyə məruz qalır. Bu ideyadan qaynaqlanan Ə.Kərimov seksual azlıqların sosial problemlərinin həlli istiqamətində üzərinə götürdüyü missiyanı gerçəkləşdirmək üçün məqam gözləyir. Son prezident və parlament seçkilərində ciddi uğursuzluqlara düçar olaraq ətrafında olan məhdud elektoratın dəstəyini də itirmiş Ə.Kərimov xaricdə olan havadarlarının maddi və mənəvi köməyi ilə seksual azlıqların sosial problemlərinin həlli üzərində baş sındırır. Partiya funksionerlərinin də ciddi etirazla qarşıladığı bu addım Ə.Kərimovun seçkilər ərəfəsində xarici havadarları ilə qeyri-etik siyasi münasibətləri daha bir gedişinin fiasko ilə nəticələndiyini təsdiqləyib.