Bu gün müxalifət düşərgəsində özünü az qala "ana müxalifət" kimi təqdim etmək niyyətində olan AXCP (i) sədri Əli Kərimovun hansı yuvanın quşu olması barəsində kifayət qədər bilgi mövcuddur. Bu simasız şəxs vaxtilə onun-bunun əli altında guya millətin azadlığına çalışırdı. Lakin əslində, ona da digərləri kimi müstəqil Azərbaycan yaranacağı təqdirdə, vəzifə vəd olunmuşdu. Amma təəccüblüdür ki, bu, belə də oldu. Beləliklə də, Ə.Kərimov Əbülfəz Elçibəyin vaxtında yüksək posta təyin olundu. Elə o vaxtdan da, Ə.Kərimov erməni separatçıları, rus kəşfiyyatçıları ilə əlaqəyə girərək, Azərbaycana qarşı xəyanətlər etdi. Bu gün də, Ə.Kərimov terrorçuların, Azərbaycan xalqının düşmənləri rolunda özünün iyrənc işlərini davam etdirir.
AXCP (i) sədri erməni separatçıları, rus kəşfiyyatçıları ilə əlaqəyə girərək, Azərbaycana qarşı xəyanətlər edir
Ə.Kərimov bu gün özünün görüntü naminə mənəvi lideri kimi təqdim etdiyi Əbülfəz Elçibəyə də xəyanət etdi. Onun kövrəkliyindən, sadəlövhlüyündən istifadə edərək, Elçibəyin başının üstündən erməni ekstremistlərlə separat müqavilələr bağladı. Bunu erməni müxalifəti, erməni xüsusi xidmət orqanları açıq şəkildə bəyan ediblər ki, dəfələrlə xaricdə deyiblər ki, bizim Azərbaycanda ən çox müdafiə etdiyim adam Ə.Kərimovdur. Yəni vaxtilə Ə.Kərimov "siyasi fiqur", sonra isə "dövlət məmuru" kimi ortaya atıldı və Azərbaycanın əleyhinə istifadə olundu. O vaxtdan bu günə qədər Ə.Kərimov erməni dairələrinin agentli, əl oyuncağı kimi "fəaliyyət" göstərir. Amma özünü elə aparır ki, guya rəhbərlik etdiyi AXCP (i) xalqın mənafeyini müdafiə edir. Konkret desək, 1990-cı ilin əvvəllərində hakimiyyətdə olan AXCP (i) "kruqu" bu gün lazımsız əşya olduqlarını anlasalar da, 20 il bundan əvvəlki primitiv metodlarıdan əl çəkmirlər. Bu da tarixi faktdır ki, 1992-ci ildə torpaqlarımız işğal olunanda Azərbaycanda yeganə şəxslərdən biri də Ə.Kərimov idi ki, ona Azərbaycanın məhv olacağı təqdirdə, "xidmətlərinə" görə mükafat veriləcəkdi və onun üçün Almaniyada ömürlük həyat şəraiti qurulacaqdı. Bu, belə olmadı. Maraqlısı isə odur ki, Ə.Kərimov özündən başqa alternativ görmür. Elə buna görə də digər müxalifət partiyaları arasında təxribatçılıqla məşğuldur. ADP-də, Müsavatda, "Ümid"də, ALP-də son beş ildə Ə.Kərimov bir sıra çaxnaşmalar yaratmışdır. O İ.Qəmbərova qardaş deyir, o tərəfdə isə İ.Qəmbərovun əleyhinə olan qüvvələrlə sövdələşmələr imzalayır. Məsələn, Ə.Kərimov yaxınlarda "Ümid" partiyasından gedən Fuad Qocayevlə, Müsavatdan gedən Sülhəddin Əkbərov və İbrahim İbrahimli ilə görüşüb. Qəribə qütbləşmə yaranıb. Müxalifətdən istefa verənlərin, demək olar ki, hamısı Ə.Kərimovla "dost" olur. Yerdə qalanlar isə onu "lider" kimi görmürlər. Rauf Arifoğlunun, Pənah Hüseynovun ona münasibəti olduqca pisdir. Maraqlısı budur ki, görəsən, İ.Qəmbərov onun ikili "siyasəti"ni görmür? Əgər görürsə, bəs niyə reaksiya vermir, əksinə, "qardaş" olur. Deməli, İ.Qəmbərovun özü də onunla bir çox məsələlərdə əlbirdir. Dəfələrlə olub ki, müxalifətin yarıtmaz debatlarında, konfranslarında Ə.Kərimov özünü ümummüxalifət "lideri" kimi göstərmiş, ümumi qərarlara deyil, yalnız öz qərarlarına qulaq asmış, digər müxalifətçilərlə elə danışmışdır ki, elə bir müəllimdir. Bu da onun şəxsiyyətinin son dərəcə aşağı olmasının, "tripaçlığ"ının nəticəsidir. Ə.Kərimov bütün sahələrdə özünü kamil sayır, İ.Qəmbərovdan başqa heç kəslə açıq-aydın görüşmür və "planlarını" gizli saxlayır. Əsas odur ki, onun "planları" yalnız özünə, tərəfdaşlarına və partiyasına ziyan edir, daha doğrusu, ümumilikdə, müxalifət çirkab içində çürüyür. Təkbaşına nə isə etmək istəyir, lakin bu, heç vaxt bəhrə verməyib, bundan sonra da verməyəcək.