Uzun zamanlardan bəridir ki, (artıq 20 ilə yaxın bir dövr ərzində-R.R.) ölkənin daxili siyasətində özlərini "ana müxalifətçi" qismində ictimaiyyətə sırımağa cəhd edən radikal təxəyyüllü iki ünsür - AXCP (i) və Müsavat partiyalarının rəhbərləri Əli Kərimov və İsa Qəmbərov öz köhnəliklərini, arxiv tullantısına çevrilərək siyasətdən çıxdaş olmalarını qəbul etməkdən imtina edirlər. Lakin bu imtinaların, yumşaq desək, üzü qırmızılıqların arxasında hansı arqumentlərin dayandığını xatırlasaq, bu fərdlərin necə ləyaqətsizliklərə və şərəfsizliklərə malik olmalarının yenidən şahidlərinə çevrilərik.
Bu gün əllərinə düşən hər bir "şansdan" maksimum yararlanıb, hakimiyyətə gəlmək hərisliklərini cilovlaya bilməyən Kərimov-Qəmbərov cütlüyünün Azərbaycan xalqının adından danışmağa belə haqlarının olmamasına rəğmən, onların bundan istifadə etmələri eyni zamanda, hər ikisində HƏYASIZLIQ simptomlarını yetərincə əks etdirir. Maraqlısı da odur ki, vicdana, şərəfə, ləyaqətə, mənəviyyata, xalq-millət-dövlət sevgisinə yad olan bu adamların bütün spesifik xüsusiyyətləri, demək olar ki, paralellik təşkil edir, üst-üstə düşür. Bəs onlar kimdir?!
Bu suala cavab vermək üçün, istər-istəməz həmin ünsürlərin siyasi portretlərini yazıb (çəkib) məlumatı az olan ictimaiyyətə (məlumatı çox olanları da bura aid etmək şərtilə - R.R) təqdim etmək yerinə düşərdi. Həmin portretə qiymət verəcək olanlar da məhz sadə xalq, ictimaiyyət nümayəndələri olacaq. Elə isə başlayaq Əli Kərimovdan...
"Liderinə" xəyanət edən Əli Kərimov
SSRİ-nin süqutundan sonra, Dağlıq Qarabağdakı hadisələrdən qaynaqlanan xalq hərəkatında müxtəlif sferalarda özünü cəmiyyətə sırımağa nail olan Ə.Kərimov hələ müxalifətdə olan o zamankı AXC rəhbərliyindəki rəhbər strukturlarına qədər gedib çıxmağa nail olmuşdu. Bu nailiyyət Ə.Kərimovun sədr Əbülfəz Elçibəyə qarşı "simpatiyası" çərçivəsində formalaşdı və o, xalqın adından sui-istifadə edərək həmin təşkilatda sədrdən sonra söz sahibinə çevrildi. Onu da xatırlamaq yerinə düşərdi ki, Azərbaycanın cəbhə bölgələrində qızğın döyüşlərin getməsinə rəğmən, torpaqlarımızın işğal olunması hallarının ardı-arası kəsilmək bilmirdi.Eləcə də Mütəllibov iqtidarının səriştəsizliyi, Kremlə olan sədaqəti nəticəsində ölkədə gərgin vəziyyətin davam etməsi, artıq dünya miqyasında əsrin faciəsi kimi qəbul olunan Xocalı soyqırımının baş verməsi ilə nəticələndi. Məhz bu amil AXC-nin hakimiyyətə gəlməsinə şərait yaratdı. Hər an, hər saat Əbülfəz Elçibəyin yan-yörəsindən çəkilməyən Ə.Kərimov bu minvalla gəlib oldu dövlət katibi...
Bundan sonra həmin şəxs, "lideri" Elçibəyə daxili xəyanətlərdə bulunaraq, prezident olmaq eşqinə mübtəla oldu. Buna səbəb isə hakimiyyət daxilində hakimiyyət yaratmağa cəhd edən, daha dəqiq desək, o zamankı iqtidar partiyası olan "Xalq Cəbhəsi"nə qarşı Müsavatı "yaradan" İsa Qəmbərov oldu. Və qalırdı "lider" Elçibəyi "şah-mat" vəziyyətinə salmaq. Bunu etmək üçün isə, həmin hakimiyyətin baş prokuroru İxtiyar Şirinov kartından istifadə edildi. Analoqu olmayan bu olay həmin dövrlərdə dünyada istehzalı rezonans doğurdu. Təsəvvür edin, prezidentin (Elçibəyin) keçirdiyi müşavirədə prokuror qalxıb onun üzünə həbs-qətimkan tədbirini oxuyur.(?!) Bu, eyni zamanda, ölkə daxilində baş qaldırmış özbaşınalıq, cinayətlər və qanlı olayların qarşısının alınmaması səbəbinin başqa tərəfi idi. Sadə xalq öz vətəndaşlıq imtiyazlarını belə normal şəkildə istifadə edə bilmirdi. Bu, hələ yenicə əldə olunan dövlət müstəqilliyinin itirilməsi təhlükəsi, yeni-yeni günahsız qanların tökülməsi amilləri idi. Həmin pislikləri törədənlər də məhz əli kərimovlar idi. Onun buna rəvac verməsinin arxasında nəinki hakimiyyətə gəlmək, eyni zamanda, dövlətçiliyi parçalamaq dayanmışdı. Amma o, daha "kim" olub?
Bütün bunlardan sonra, məlum olur ki, sən demə dövlət katibi postunda olduğu kimi, Ə.Kərimovun daha bir gizli əməli mövcud imiş. Bu əməlin açıqlanmasında isə sözügedən iqtidarın xarici işlər naziri Tofiq Qasımovun aşkar ittihamı və bu ittihamdan doğan məlum aşıqlaması oldu. O, dövlət katibinə, onun ən zəif kompleksini-cinsi azlıq nümayəndəsi olduğunu hər kəsin gözü qarşısında xatırlatdı. Beləliklə də, prezident olmaq istəyən Kərimovun arzusu bu dəfə də ürəyində qaldı. Hazırda onun hansı əməllərə rəvac verməsi barədə danışsaq, növbəti portretini "canlandırsaq", buna zaman yetməz. Ona görə də qalsın gələn dəfəyə... Çünki ləyaqəti olmayan fərdin portret cizgisindəki təkcə bu faktına, bayaq dediyim kimi, ictimai qiymət verilib, bilməyənlər də öz qiymətləndirmələrini edə bilərlər. Hər halda, bir tərəfdən milli mentalitetimizə yad olan "azlığa" aid olan, bir tərəfdən xəyanətkar obrazının sırf təzahürü olan, başqa tərəfdən də parçalanmış siyasi təşkilatın "rəhbəri" kimi ortada qalan "adamın" hakimiyyətə gəlmək arzusu ilə dövran keçirməsi onun haqqında "formalaşan" hər şeyi öz çılpaqlığı ilə ehtiva edir.
Qaniçən və şərəfsizlik "modelinin" canlı
"atributu"
İSA QƏMBƏROV... Bu adın arxasında daha nələr və nələr dayanmayıb, hansı alçaqlıq və rəzalət, xəyanət və satqınçılıq kimi sübuta yetirilmiş ifşalar yetərincə öz təsdiqini tapmayıb?!
Əli Kərimov xislətini hətta kölgədə qoyan bu siyasi manqurt tipajı, yalnız və yalnız Müsavat başqanı İsa Qəmbərova məxsus ola bilər. Hətta onun portretində bir insanlıq fizionomiyası ştrixini yaratmaq istəyən ünlü rəssam belə bunu etmək qüdrətində ola bilməz. Çünki necə deyərlər, adamı tanımaq üçün onun gözlərinin içinə baxmaq kifayət edər. Bu tipin nəinki gözlərindən, eləcə də, danışıq və hərəkət tərzlərindən qeyri-insani biclik (tülkülük-R.R.), QANİÇƏNLİK və ŞARLATANLIQ yağır. Bu insanın əli bilavasitə Azərbaycan xalqının qanına bulaşıb və o, yenə də qan töküb, anarxiya yaradıb, xaos törədib və bundan sonra da hakimiyyətə yiyələnmək uğrunda istənilən alçaq addımaları atmağa hazırdır.
AXC-Müsavat cütlüyünün iqtidar dönəminə bir neçə gün qalmış, qeyri-demokratik yolla hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan İsa Qəmbərov bu qanlı addımını gerçəkləşdirməsi üçün, onsuz da pis və bərbad vəziyyətdə olan ordu hissələrini döyüş bölgələrindən uzaqlaşdırdı, Bakıya-Prezident Aparatı deyilən binaya doğru istiqamətləndirdi. Onu da xatırlatmaq yerinə düşərdi ki, müstəqilliyini, eləcə də, varlığını itirmək təhlükəsi yaşayan Azərbaycanın bu vəziyyətində hakimiyyət eşqi ilə alışıb-yanan "cəbhəçilər" silah gücünə, qardaş qanı tökmək bahasına öz "arzularına-muradlarına" çatdılar. Bu, ölkəmizin qarşıdan gələn növbəti bir ili üçün qaranlıq səhifəsinin yazılması anlamına gələn fakt idi. 20 Yanvar faciəsinin yaşanmasında əsas baiskarlardan biri olan İsa Qəmbərov sonradan Xocalı soyqırımını hakimiyyətə gəlmək üçün "şans" hesab etdi.(?!) Bu cür xəyanətkar addımlara satılmış agentin əməlinə başqa hansı adı vermək olar? Hakimiyyətdə olduğu bir il ərzində bütün respublikanı bərbad vəziyyətə qoyan adıçəkilən xəyanətkar daha bir neçə qanlı əməlin bilavasitə əmr verəni, imza atanıdır.
Xatırladaq ki, həmin ərəfələrdə dünyada ölüm hökmlərinin ləğvi ilə bağlı memorandumlar imzalanırdı. Azərbaycan da həmin memorandum imzalayan ölkələr sırasında yer almış dövlətlər sırasında idi. Lakin buna baxmayaraq, ölkə həbsxanalarında ölüm hökmü çıxarılmış, ancaq sonradan bu hökmlərin ömürlük həbs cəzasıyla əvəzlənmiş məhbuslar mövcud idi. AXC-Müsavat hakimiyyətinin bilərəkdən səriştəsizliyi ucbatından, həmçinin, İsa Qəmbərovun birbaşa imzası bahasına, neçə-neçə insanlar güllələnməyə məruz qaldı. Bununla da, nə beynəlxalq standartlar, nə də ki, sadəcə, insanlıq humanizm amili Qəmbərov anlayışında heçə endirildi. Və bütün bunlar həmin şərəfsizlik simvolunun birbaşa göstərişləri əsasında nə yazıq ki, reallaşdı, onun siyasi portretinə qan rəngində çalarlar əlavə etdi...
Ən aşağı sözlərə layiq olanların, Kərimov-Qəmbərov tipajlarının son cizgiləri...
Bax beləcə, adları çəkilən bu iki "şəxsin" siyasi portret cizgiləri sona yetdi. Lakin onlara daha çox və müxtəlif tipli siyasi portretlər "həsr" etmək mümkündür. Satılmış "KQB" agentləri və ermənilərə "qardaş" deyib, onlarla dodaq-dodağa öpüşmələrini də həmin portretlərə əlavə etmək mümkündür. 20 ilə yaxın bir dövr ərzində bir-birləri ilə də çarpışıb-didişməyi də unutmayan həmin tiplər öz aralarında yaratdıqları onlarla siyasi bloklarda parçalan-parçalana bu günlərimizə qədər sürünüb gəlməyə imkan tapıblar. "SİDSUH"-lardan "DUH"-lara, "DUBB"-lardan "MKM"-lərə qədər məhv ola-ola sürtülüb padoşa çevrilən kərimovlar-qəmbərovlar "bandası"(hətta "şaykası" - R.R.) ətrafında bu gün azalma müşahidə olunmaqdadır. Və bu müşahidənin sırf nəticəsi bir mühüm amildən irəli gəlir. Həmin amil isə məqalənin başlığında qoyulan LƏYAQƏTSİZLİK VƏ ŞƏRƏFSİZLİK HAQDA İKİ SİYASİ PORTRETDİR...