PDF Oxu

Müxalifət

  • 20

Müsavatın oyuncaq mitinqi və aldadılan conlar

Müsavatın oyuncaq mitinqi və aldadılan conlar

Aldadılanlarla aldadılmışların sonuncu ünvanı

Martın 12-də Müsavat partiyasının bir qrup nümayəndəsi Bakı şəhərinin mərkəzində mitinq keçirmək istəyi ilə hay-küy salmağa başlayıblar. Bundan öncə isə onlar Bakı Şənər İcra Hakimiyyətinə "Qara Qarayev" metro stansiyasının yaxınlığında yerləşən "Təbriz" kinoteatrında mitinq keçirmək üçün müraciət etmişdi. Şəhər icra hakimiyyəti isə oradakı nəqliyyat sıxlığını və ictimaiyyətin gediş-gəlişinə yarana biləcək mümkün problemləri nəzərə alaraq, Müsavat partiyasına şəhərin müvafiq yerlərində öz mitinqlərini keçirmək üçün yerlər təklif etmişdi. Amma ənənəvi olaraq təklif olunan yerlərdə mitinq keçirmək bacarığında olmayan Müsavat partiyası məhz gediş-gəlişin çox olduğu yerdə bir-iki nəfərin iştirakı ilə hay-küy salaraq diqqət cəlb etməyi planlaşdırır. Ona görə də, heç də təsadüfdən Müsavat partiyası "Fəvvarələr" meydanını seçməyib. Çünki burada əhalinin həm istirahət, həm alış-veriş, həm də müxtəlif ictimai obyektlərdə yaxınları ilə, mütəmadi olaraq, təmasda olması Müsavat partiyası üçün əlverişli sayılır. Ona görə də, yuxarıda qeyd etdiyimiz kimi Müsavat partiyasının bir neçə müddətdir ki, böyük səs-küylə qeyd etdiyi, əslində isə, heç bir mahiyyət kəsb etmədiyi aksiyası özünün növbəti iflası ilə nəticələndi.

İflasa uğramış müxalifətin ictimai gərginlik yaratmaq cəhdləri

Tamamilə sosial bazadan məhrum olmuş və bütün dayaqlarını itirmiş Müsavat partiyası üçün sonun başlanğıcı daha gərginliklə müşahidə olunur. Qurumun ötən il yaşamış olduğu böyük sınaq, başqanlıq uğrunda aparılan mübarizələr Müsavat partiyasının siyasi səhnədən tamamilə uzaqlaşmasını təmin edən başlıca amillərdən idi. Amma təəccüblə qeyd olunmalıdır ki, ötən il Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla qarşılıqlı əməkdaşlıq haqqında sövdələşməyə girən Müsavat başqanı İsa Qəmbərov, yəqin ki, bu il üçün görəcəyi "işlərin" qarşılığını elə o vaxtdan almışdı. Çünki il bşlamamışdan İ.Qəmbərov küçə yürüşləri, aksiyalar, keçirəcəklərini ictimai sabitliyə zərər verə biləcək addımlar atacaqlarını iddia edirdi. Nəhayət isə, martın 11-dən başlayaraq İ.Qəmbərov götürmüş öhdəlikləri yerinə yetirmək üçün "hərəkətə" keçdi. Sonluqda isə cəmiyyətin özü İ.Qəmbərova necə qiymət vermişdisə, onun əlaltısı qismində çıxış edənlər də bu yanaşmadan sığortalana bilmədilər.

"28 May" metrosunun qarşısında başlanan biabırçılığın "Fəvvarələr" meydanındakı davamı

Martın 11-dən Müsavatçı gənclərin aksiya keçirmək üçün ictimaiyyətin daha çox istifadə etdiyi metro stansiyalarından olan "28 May" metrosunun qarşısını seçməsi təsadüfi olmadı. Çünki məhz iki-üç nəfəri çoxluğun içinə göndərib, onun ajiotaj dolu fikirlər səsləndirməsinə imkan yaratmaq İ.Qəmbərov ən yaxşı "metodologiyasıdır". Başqan çox gözəl bilir ki, ətrafında qalmış üç-beş nəfərlə iddia etdikləri mitinq üçün plakat belə tutan tapa bilməyəcəklər. Ona görə də, məhz insanların çoxluq təşkil etdiyi məkanlarda müxalifətin hay-küy salmasının effektindən təsirlənənlər, yəqin ki, əsil mahiyyətdən xəbərsizdirlər. "28 May" metrosunun qarşısında iki-üç nəfərdən ibarət olan dəstə ilə ara-sıra səs-küy salmaq və bunun üçün tabeliklərində olan bütün mətbu orqanların nümayəndələrini oraya ajiotajı işıqlandırmaq məqsədilə göndərmək tamamilə başqa mətləblərdən xəbər verir. Bunu martın 12-də Müsavatın "Fəvvarələr" meydanında keçirmək istədiyi aksiyada da daha açıq görmək mümkün idi. Adıçəkilən bu qondarma aksiyaya da, müxalifət mətbuatı hamıdan öncə gəlmişdi. Baxmayaraq Müsavatın iddia etdiyi qondarma aksiyanın keçirilməsinə bir neçə saat qalıb amma "Yeni Müsavat"ın, "Azadlıq" qəzetinin və "Azadlıq" radiosunun nümayəndələrini orada görmək mümkün idi. Bu isə açıq şəkildə törədə biləcəkləri mümkün təxribatın öz amplualarına uyğun formada daha qabarıq şəkildə işıqlandırılmasından xəbər verirdi. Amma bütün bunlar yenə də, onların iflası, özlərini biabır etmələri ilə nəticələndi. Sonluqda müxalifətin "28 May" metrosunun qarşısında başlatmış olduğu oyuncaq aksiyası "Fəvvarələr" meydanında özünün növbəti biabırçılığı ilə yekunlaşdı.

Müsavat növbəti dəfə xarici təşkilatları aldatdı

Özlərinin iddia etdikləri, əslində isə, tamamilə reallıqdan uzaq predmetler üzərində Müsavat partiyasının təşkil etmək istədiyi qondarma aksiyasına aldadılmış xarici ölkə nümayəndəlikləri də gəlmişdilər. Amma martın 11-də olduğu kimi, 12-də də Müsavatın qondarma aksiyasına dəvət olunmuş ATƏT nümayəndələri növbəti dəfə aldadıldıqlarının fərqində idilər. Çünki həmin gün havanın bir qədər çiskinli olması soyuq qarşısında dayanmağa o qədər də, adət etməmiş avropalıların İ.Qəmbərov tərəfindən aldadıldıqları əks- təsir yaradırdı. Ona görə də, ATƏT nümayəndələri baş verənlərin fərqinə varmadan və özlərinə qarşı olan yanaşmadan qərar çıxararaq, olay yerini tez bir zamanda tərk etdilər.

ABŞ səfiri gəzintiyə çıxdığını deyir, müsavatçılar isə bunu özünə dəstək kimi qiymətləndirir

Müsavat partiyasının martın 12-də "Fəvvarələr" meydanında təşkil etmək istəyində olduğu qondarma aksiyası bir sıra qaranlıq mətləblərə işıq salınması ilə yadda qaldı. Çünki ölkəmizdə fəaliyyət göstərən xarici ölkə təmsilçilərinə, nümayəndəliklərinə "böyük aksiya", "mitinq" keçirəcəklərini bildirən Müsavat partiyası onların özləri tərəfindən ifşa olundular. İ.Qəmbərovun adından bir çox xarici ölkə və təşkilat nümayəndəliklərinə dəvətlər göndərilsə də, onlar buna əhəmiyyətsiz yanaşdıqlarını nümayiş etdirdilər. ATƏT nümayəndəsi prosesi izləmək üçün təşrif buyursa da, yuxarıda qeyd etdiyimiz kimi, peşmançılığını da gizlətmədi.
Bir faktı da qeyd edək ki, həftənin istirahət günü olduğundan, şəhərin mərkəzində yerləşən bu ünvana yəni "Fəvvarələr" meydanına insanların gəzintiyə, orada fəaliyyət göstərən ticarət mərkəzlərində alış-verişə gəlmələri Müsavatın qondarma aksiyası ilə pozulmuş oldu. Hətta ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın öz xanımı və övladı ilə həmin vaxt oradan keçməsini az qala özləri üçün bir "qəhrəmanlıq" adlandıran müsavatçılar sonluqda növbəti dəfə necə yanlışlığa yol verdiklərini anlamadılar. Çünki M.Brayza "Fəvvarələr" meydanına ailəsi ilə birlikdə istirahət və alış-veriş üçün gəldiklərini ona görə də nə adının, nə də şəkilinin çəkilməsinə razılıq vermədi. Baxmayaraq, öyrədilmiş və öncədən təlimatlandırılmış müxalifətçi yazarlar onu tez bir zamanda əhatə etsələr də, M.Brayza bu cür yanaşmalara münasibətinin mənfi olduğunu açıqladı.

İsa Qəmbərovun əlaltıları ictimai sabitliyi pozmağa görə pul almışdılar

"Fəvvarələr" meydanında Müsavat partiyasının tərəfdarları olduqlarını iddia edən bir qrup şəxsin hay-küy salaraq insanların istirahət və gəzintisini pozmağa hesablanmış əməlləri, əslində, əvvəlcədən müəyyənləşmiş ssenari üzrə baş verirdi. Çünki öncədən də, qeyd etdiyimiz kimi, Müsavat başqanı məhz xarici donorlardan almış olduğu maliyyə imkanlarını məhz bu cür qondarma aksiyalarda iştirak edənlər üçün sərf etməkdə maraqlı göründüyünü açıqlamışdı. Nəticədə isə sadalanan və görünən faktlar inkarolunmaz dərəcədə real mənzərəni özündə ehtiva etmiş oldu. Maraqlısı isə odur ki, daima maliyyə imkanlarını gizli saxlayan İ.Qəmbərov "Fəvvarələr" meydanında daha çox səs-küy salan əlaltısına konkret məbləğ ayırmışdı. Bu isə özü-özlüyündə müxalifətin hansı məqsəd və məramlara xidmət etməsinin açıq göstəricisi hesab oluna bilər.

"Fəvvarələr" meydanında boykot olan Müsavat başqanı

Aksiyanın geçiriləcəyi günə az vaxt qalmış yer haqqında məlumat verən Müsavat rəhbərliyi sonda növbəti dəfə tərəfdarları tərəfindən boykot edildi. Bu aksiyada çoxlu sayda tərəfdaşının iştirak edəcəyini iddia edən Müsavat başqanı boykot ediləcəyindən xəbərsiz idi. Amma fakt odur ki, İ.Qəmbərov iddia etdiyi sayda tərəfdaşını aksiyaya çıxara bilmədi. Çünki artıq onun rəhbərlik etdiyi qurumda, heç də, iddia etdikləri sayda tərəfdarları qalmayıb. Sadəcə olaraq, hələ də, ətrafında salam verməyə beş-üç nəfərin qalmasından təsirlənən İ.Qəmbərov elə bilir ki, bunlarla nəsə bir uğur əldə edə bilər. Maraqlısı isə odur ki, həmin ana qədər Qəmbərovu aksiyaya gələcəkləri barədə əmin edənlər lazımi məqamda onu boykot etdilər.

Digər xəbərlər