PDF Oxu

Müxalifət

  • 18

Daim ermənipərəst qüvvələrə qucaq açıb, dilənən radikallar...

Daim ermənipərəst qüvvələrə qucaq açıb, dilənən radikallar...
Yarandıqları vaxtdan bugünə qədər bir-birinə qarşı kəskin və barışmaz mövqe tutmuş və qənim kəsilmiş Müsavat-AXCP (i) "birliyi", bu siyasi təşkilatların blok şəklində parlament seçkilərində iştirak etmək istiqamətində həyata keçirdikləri süni tədbirlər cəmiyyətdə şübhə doğurduğundan, təbii olaraq, hər kəs tərəfindən birmənalı qarşılanmır. Belə ki, bir sıra siyasi ekspertlər hesab edirlər ki, bu qondarma "birlik" xarici ermənipərəst siyasi dairələrdən gələn sifariş əsasında həyata keçirilir, görüntü xarakteri daşıyır və xüsusi olaraq, bilərəkdən ictimai rəyi çaşdırmağa yönəlib.
Yaxın tarix də sübut edir ki, Müsavat və AXCP (i)-nin qaranlıq keçmişi hər zaman ziddiyyətlərlə, qarşıdurmalarla bol olub. Bu partiyalar hər zaman bir-birini gözdən salmaq, siyasi arenadan silmək və iflasa uğratmaq istiqamətində birtərəfli siyasət yürüdüblər. Buna misal kimi məhz radikal müxalifətin iqtidara qarşı "vahid platforma" əsasında çıxış etmək planlarının iflasının əsas səbəblərindən birini - AXCP (i) ilə Müsavat arasında dərin qarşıdurma və ziddiyyətlərin olmasını göstərmək kifayətdir. Eyni zamanda, 2000-ci ildə parlamentdə deputat yeri əldə etmiş AXCP (i)-yə qarşı Müsavatın, 2005-ci ildə isə Milli Məclisdə təmsil olunmaq qərarı vermiş Müsavata qarşı AXCP (i)-nin çirkin kampaniyalarını göstərmək olar. O zaman cərəyan edən bu proseslər hələ də cəmiyyət tərəfindən unudulmayıb. Bir müddət bundan əvvələ qədər də "Azadlıq" adlı blokda təmsil olunmuş AXCP (i), ALP və "VİP"-lə Müsavat arasında kəskin, düşmənçilik səviyyəsində qarşıdurmalar müşahidə olunurdu. Son vaxtlara kimi bu partiyaların funksionerləri bir-birinə qarşı hədyan və təhqiramiz müsahibələr, açıqlamalar veriblər. Belə bir məqamda maraqlı bir sual ortaya çıxır: necə ola bilər ki, bir neçə günün içində "firqələrdəki" mövqe tam əksinə olaraq dəyişib? Görünən mənzərənin tam əksinə oalaraq, hazırda Müsavat və AXCP (i) ənənəvi müttəfiqlərindən imtina edib, hər iki partiyanın "birliyi" ideyası ortaya atılıb. Bu ideyanın reallaşdırılması istiqamətində, guya ki, tədbirlər də görülməkdədir. Həqiqətdə bunun səbəbi də başadüşüləndir. Məsələ ondadır ki, hazırda öz elektoratını itirən AXCP (i) -Müsavat partiyalarının Qərb dairələrinə bütün müraciətləri nəticəsiz qalıb. Ona görə də hər iki partiya ənənəvi dava-dalaşı bir kənara atıb birlik görüntüsü yaratmağa başlayıblar. Çünki onların qarşısında şərt qoyulub ki, yalnız "birləşəcəkləri" təqdirdə, əlavə maliyyə yardımı ala bilərlər. Eyni zamanda, sadə məntiq bunu deməyə əsas verir ki, Müsavat və AXCP (i)-nin təcili şəkildə bu addımı atmasının arxasında məhz Qərb dairələrinin sifarişi, onların maliyyə, həmçinin də, digər yardımlar göstərmək vədləri dayanıb. Bu isə, onu göstərir ki, radikal müxalifətin "birlik" istiqamətində cəhdləri təbii proses deyil. Əksinə, süni şəkildə xarici ermənipərəst dairələr tərəfindən ortaya atılmış bir oyundur.
Əslində, Azərbaycan ictimaiyyəti dəfələrlə müxalifətin Dağlıq Qarabağ məsələsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun şahidi olub. Təsadüfi hal deyil ki, erməni lobbisi ilə yaxın, onun maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat və AXCP (i)-nin qəhrəmanlarına çevriliblər. Məhz onların dövlətimizə qarşı irəli sürdüyü iddialar müxalifət mətbuatı tərəfindən geniş işıqlandırılıb. Hazırda da AXCP (i) sədri Əli Kərimov Qərb dairələri ilə yaxından təmas qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışır. O, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində öz havadarlarına ciddi vədlər də verib. Həmin dairələrin Azərbaycanda maraqlarının təmin olunacağını vəd edən Ə.Kərimov, Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. Qeyd edək ki, bunu "Yurd" içində təsdiq edənlər də tapılıb. Məsələn, adının aşıqlanmasını istəməyən funksionerlərdən biri deyib ki, AXCP (i) - Müsavat birləşməsi bir nağıldır: "Əli Kərimov 20 ildir ki, Elçibəyin adı ilə hərəkət edir. Əgər o yenə də Elçibəyin adı ilə dividendlər qazanmaq istəyirsə, bu saxtakarlıq onda alınmayacaq. Nə onun, nə də o partiyada olanların Elçibəyə heç bir sevgisi yoxdur. Bu insanlar alverçidirlər və bilirlər ki, baş verənlər onların axırlarını yaxınlaşdırmaqdadır. Bu şanslarını itirsələr, birdəfəlik siyasi səhnədən gedəcəklər. Əli Kərimov xəyanət etmiş şəxsdir, buna görə də onun cavabı verilməlidir".
Onu da əlavə edək ki, siyasi ekspertlər, konstruktiv müxalifətin funksionerləri və aparıcı qüvvələri də özünü radikal müxalifət təmsilçisi hesab edən partiyaların əksəriyyətinin başqa ölkələr tərəfindən maliyyələşdiyini, onların xarici xüsusi xidmət orqanları qarşısında öhdəlik götürdüyünü dilə gətirib. Məsələn, BAXCP sədri Qüdrət Həsənquliyevin sözlərinə görə, zaman-zaman ən yuxarı tempdə danışan müxalifət liderlərinin, Qərb dəyərlərindən danışan müxalifət təmsilçilərinin sonrakı fəaliyyətləri göstərib ki, çox zaman belə qüvvələr dəstəklərini Rusiyadan alıblar: "Belə adamların etdiyi hərəkətlərlə, danışdıqları sözlər arasında hər zaman uyğunsuzluqlar olub. AXCP (i) dairələrində tez-tez deyirdilər ki, biz NATO-ya qoşulmalıyıq, Qərbə inteqrasiya etməliyik. Lakin Rusiya hərbi sənaye kompleksinin təmsilçisi kimi tanınan Sakit Allahverdiyev bu yaxınlardakı açıqlamasında "Azadlıq" qəzetinə kifayət qədər vəsait ayırdığını, lakin bu vəsaitin AXCP (i) sədri Əli Kərimov tərəfindən mənimsənildiyini bildirdi. Bunun da heç bir təkzibi gəlmədi. Onlar özlərini Qərbpərəst hesab edirlər, ancaq pulu Rusiyadan alırlar. Biz bunu mənəvi aşınma hesab edirik. Bu gün belə insanların başqalarına irad bildirməyə mənəvi haqları yoxdur".

Digər xəbərlər