Ötən gün bir qrup müxalifətçi gənclər tərəfindən küçə yürüşləri, aksiyalar və mitinqlərin keçiriləcəyi barəsində artıq uzun müddətdən bəri dolaşan söz-söhbətlərin nə dərəcədə uydurma olduğu açıq şəkildə isbatlandı. Sosial şəbəkələrdə internet məkanında bir nəfəri az qala yüz nəfər kimi təqdim edərək martın 11-də geniş miqyasda mitinq keçirəcəklərini iddia edən müxalifət yetkililəri sonda yalan danışdınqlarını özləri də görmüş oldular.
Hətta mitinqin keçiriləcəyi günə bir neçə saat qalmış olsa da, onlar reallığı bilə-bilə ittihamlarla, böhtanlarla çıxış etməkdən usanmadılar. Nəhayət, ötən gün, yəni müxalifətçilərin iddia etdiikləri 11 mart mitinqinin keçirildiyi məqam müxalifətin növbəti iflas tarixi kimi yaddaşlara həkk edildi. Az qala 4 min nəfər tələbə gəncin iştirak edəcəyi böyük bir aksiya obrazı yaradan müxalifətçilər nəticədən, yəqin ki, özlərinə ibrət götürərlər. Çünki onlar bu cür halları dəfələrlə öz başlarına gətiriblər. Amma ibrət dərsi və yaxud nəticə çıxarmaq qabiliyyətləri imkan verməyib ki, reallığı dərk etsinlər. Elə bu sadə bir məntiq onların nə dərəcədə gerilikci bir düşüncədə olduğunu aşkarlamış olur.
Gənclər Müsavat və AXCP (i)-nin iddia etdiyi mitinqi boykot etdi
Martın 11-də böyük gənclər aksiyası keçirəcəklərini iddia edən və bunun ardınca da partiyalarının mitinqini təşkil etmək arzularını dilə gətirən İ.Qəmbərov və Ə.Kərimov cütlüyü öz tərəfdaşları tərəfindən növbəti dəfə boykot edildilər. Çünki ötən gün bir neçə gənci aldadaraq, hay-küy salmağa göndərməyə razı salsalar da, ancaq öz ətraflarında olan gənclərə bunu tətbiq edə bilmədilər. Nəticədə gənclərin iddia olunun aksiyasında nə Müsavatın nə də ki, AXCP (i)-nin gənclər birliyinin rəhbərləri iştirak etmədilər. Aldadılaraq və şirin vədlər verilərək, hay-küy salmağa göndərilmiş bir neçə gənc isə nəticədə nə dərəcədə bir oyun içərisinə salındıqlarını, yəqin ki, dərk etmiş olacaqlar.
Müxalifət növbəti dəfə ATƏT-in və xarici ölkələrin Bakıdakı nümayəndəliklərini aldatdı
Ötən gün guya yüksək dəstəklə mitinq keçirəcəklərini iddia edən və bunun üçün müəyyən hazırlıqların da görüldüyünü bildirən müxalifət yetkililəri qondarma tədbirlərinə xarici qonaqları da dəvət etmişdilər. Bir qədər dəqiqliyə və səmimiyyətə varsaq, ATƏT-in və digər xarici ölkələrin nümayəndələri müxalifətin mitinq deyə onları aldadıb gətirdikləri yerə, yəni "28 May" metrosunun yanına erkən gəldiklərini vurğulamaq yerinə düşər. Sadəcə olaraq, gözləyin, bu dəqiqə gənclər gələcək və böyük mitinq olacaq" deyə ATƏT nümayəndəsini saatlarla soyuqda saxlayıb sətəlcəm etmək, deyəsən, İ.Qəmbərovun xoşuna gəlirmiş. Bəlkə də, İ.Qəmbərov oraya göndərmiş olduğu ATƏT nümayəndəsinin internet vasitəsi ilə göndərdiyi canlı duruşunu izləyib qəşş də eləyirmiş ki, bax gör, adamı necə aldıdırlar.
Oyuncaq aksiya və gülüş hədəfinə alınan müxalifət
Cəmiyyətin tamamilə diqqətindən kənarda qalmış radikal müxalifət bir neçə gənci aldadaraq, "28 May" metrosunun çıxışına, Cəfər Cabbarlı heykəlinin önünə göndərib, ardınca da şou yaratmaqla yenidən ikrah hədəfinə çevrildi. Çünki məhz müxalifətçilərin iddia etdikləri aksiya günü bir sıra gənclər heç də müxalifətin toruna düşmədiklərini, sadəcə olaraq, sosial şəbəkələrdə müəyyən söhbətlərdə iştirak etdikləri bildirdilər. Elə bu faktdan da, aydın göründü ki, gəncələr heç də müxalifətin iddia etdiyi dərəcədə aciz və düşüncəsiz deyillər. Onlar atdıqları addımları düşünərək, sağlam tərzdə qəbul edirlər. Məhz bu baxımdan da, müxalifətin növbəti dəfə boykot edilməsi və bu boykotun gənclər tərəfindən qəbul edilməsi onların bütün istək və arzularının xülyadan ibarət olduğunu aşkarlamış oldu. Uzun müddətdən bəri, gənclər adından danışan və onun qüvvəsindən istifadə etmək niyyətinə düşən müxalifət ötən gün yenidən dəfn edildi. Bəlkə də, onlar dünənki günə qədər özləri üçün normal bir yaşayış durumu müəyyənləşdirə bilərdilər. Amma açıq şəkildə gülüş hədəfinə alınmaları, ictimai qınaqla qarşılanmaları müxalifətin yeni formatda ölümü demək oldu. Artıq ötən gündən etibarən müxalifət adı gələndə ictimaiyyət C.Cabbarlı heykəli önündə o tərəf - bu tərəfə qaçan yeni obraz görmüş oldu. "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin bütün redaksiya heyətinin əyninə pressa forması geyindirib "28 May" metrosunun qarşısına göndərən İ.Qəmbərov və Ə.Kərimov cütlüyü sonrakı rüsvayçılıqdan, yəqin ki, xəbərsiz idilər.
Xarici nümayəndələr aldanıldıqlarını gec də olsa anladılar
İddia olunan aksiyanın keçiriləcəyi yerə gələn, amma hələ də nə üçün buraya çağrıldıqlarını, türkün sözü, bir türlü miqdarda da anlamayan xarici nümayəndəliklərin Bakı ofisinin təmsilçiləri bir-birləri ilə pıçıldaşaraq, nəsə anlaşılmaz durumda olduqlarını hiss etdirirdilər. Hətta müxbirimizin sualını da çaşbaşlıqla qarşılayan və özünü təqdim etməkdən belə imtina edən ATƏT nümayəndəsi nə baş verdiyinin fərqində deyildi. Nəhayət ki, o, bir az özünə gələrək, buraya nə üçün çağırıldığını və heç bir prosesi müşahidə etmədyini dilə gətirdi. Sadəcə olaraq, bir qrup jurnalistin ajiotaj hərəkətlərə yol verdiklərini müşahidə edən xarici təmsilçilərinin hansı təəssüratlarla oradan ayrılmaları heç də şübhə doğurmur.
Türkiyə baş nazirinin müşavirinin qızı Arzu Qeybulla müxalifətçilərin toruna düşübmü?
Xarici dövlətlərdən virtual formada özlərinə dost tapan müxalifətçilər onların məhz sosial şəbəkələr vasitəsi ünvanladıqları dəstək məktublarını az qala bir qəhrəmanlıq kimi təqdim edirlər. Müxalif gənclər özlərinə ən yaxın bildikləri ölkələrdən olan virtual dostlarının köməyi ilə ajiotaj yaratmaqla dəstək qazanmaq iddiasına düşüblər. Bu baxımdan da, Türkiyə baş nazirinin müşaviri Qeybulla Qeybullanın qızı Arzu Qeybullanın da müxalifətçi gənclərlə virtual söhbəti onlara məhz bu formada dəstək olması az qala bir "qəhrəmanlıq" nümunəsi kimi təqdim olunur. Amma hər bir halda müxalifətçilərin böyüklərinin yalan və fırıldaqlarına inanmadığımız kimi onların kiçiklərinin də dediklərini səmimi qəbul etmədik. Elə bu məqsədlə Türkiyənin ölkəmizdəki səfirliyi ilə əlaqə saxlamağa çalışdıq. Səfirliyin mədəniyyət müşavirliyinin əməkdaşı Nizami Zöhrab bizimlə söhbətində məsələyə münasibət bildirmək istəmədi. Bildirdi ki, "Mən heç nə deyə bilmərəm. Kim nə oynayır, kim başını aşağı salır və yaxud yuxarı qaldırır, bu, mənlik deyil". N.Zöhrab bizə səfirliyin siyasi müşavirliyi ilə əlaqə saxlamağı da "məsləhət" bildi. Türkiyə səfirliyinin siyasi müşavirliyinə A.Qeybullanın müxalifətçilərin aksiyasına virtual formada dəstək olub-olmamasını soruşmağımız isə, sanki böyük problemə çevrildi. Çünki bu cəhdimiz də səfirliyin digər əməkdaşı ilə əlaqə qurmağımızla nəticələndi ki, adının söylənilməsini istəməyən bu şəxs güvənlik xidmətinin əməkdaşı olduğunu bildirdi. Qeyd etdi ki, səfirliklə ancaq bazar ertəsi əlaqə saxlamağınız daha münasib olar. O səfirlik əməkdaşlarının artıq evlərinə getdiklərini də diqqətimizə çatdırdı.
"28 May" metrosunun çıxışı və Cəfər Cabbarlının heykəlinin qarşısında müxalif gənclərin mitinqi boykot edildi
Artıq bir neçə gün idi ki, az qala gecə yatanda da onlara rahatlıq verməyən və Müsavat başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov tərəfindən iddia olunan gənclər aksiyası onların ifşası ilə nəticələndi. Çünki gənclər sağlam düşüncənin və sağlam təfəkkürün arxasınca getdiklərini növbəti dəfə cəngəllik təfəkkürü ilə yaşayan müxalifətçilərin diqqətinə çatdırdılar. Onlar məhz müxalifətin iddia etdiyi 11 mart aksiyasını boykot etməklə İ.Qəmbərova sonluğa doğru istiqamət almaqda yaşıl işıq göstərmiş oldular. Eyni zamanda, gəncələrin potensialında, yararlanaraq, öz havadarlarına nəyə qadir olduqlarını göstərmək üçün imkan tanımaq istəyində olanlar da iflasa uğradıqlarını anladılar.
11 mart mitinqini keçirmək üçün havadarları müxalifətə nə qədər pul vermişdi?
Uzun müddətdir ki, mitinq deyib, mitinq eşidən müxalifət, deyəsən, bunun üçün xarici havadarlarından yaxşıca vəsait də qopara bilmişdilər. Amma nə fayda ki, onlar növbəti dəfə bu cür vəsait ala bilməyəcəklər. Çünki dünənki qondarma aksiyada müxalifət, əslində, aldığı pulun keyfiyyətindənmi, yoxsa öz keyfiyyətindənmi biabırçılıqla qarşılandı. Sadəcə olaraq, həmişə olduğu kimi, müəyyən şəxsləri oyunlarının qurbanına çevirən müxalifətçilər bu dəfə də hədəf tapmışdılar. Maraqlı cəhət odur ki, İ.Qəmbərov və Ə.Kərimov cütlüyü gənclərin aksiyasından danışır, amma meydana Mirvari Qəhrəmanlını göndərir. Bəlkə də, onların gənclik dedikləri potensialları bununla kifayətlənir? Hər halda, bunu ötən gün ictimaiyyətin gözündən gizlətmək də mümkün ola bilməzdi.
Xarici havadarlarından əldə etdikləri maliyyə hesabına danışmaq isə qaranlıq məqamlara işıq salmaqla, müəyyən suallar doğurur. Bu günə qədər heç bir maliyyə hesabatı verməyən müxalifət üçün bu iş hələ də gizli saxlanılır.