“İctimai Palata"da 10 milyon dolların aqibəti...
Bildiyimiz kimi, xarici anti-Azərbaycan mövqeli qüvvələrdən 10 milyon dollar əldə edən "İctimai Palata" səlahiyyətliləri son vaxtlar bu pulların hara xərclənəcəyini müxtəlif variantlarla gizlətməyə cəhd göstərsələr də, bunu bacara bilməyirlər. Çünki əsil həqiqəti gizlətmək, heç zaman onlara müyəssər olmamışdır. Xatırladaq ki, "İctimai Palata"da bu vəzifəni öz öhdələrinə götürənlər Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və "KXCP" sədri Mirmahmud Fəttayevdir. Onlara bu işdə müavinləri və digər radikal müxalifət funksionerləri yardım ediblər. Onu da bildirək ki, bu istiqamətdə "İctimai Palata"nın başqa ikrahdoğurucu planları da üzə çıxmışdır. Belə ki, əldə etdiyimiz digər inanılmış məlumatlara görə, artıq "Soros" fonduna da ağız açan radikallar oradan da valyuta əldə edəcəklərini düşünürlər. Onların anarxiya və iğtişaşlar törətmək üçün atdıqları bu çirkin addımları arxasında qeyri-demokratik yolla "hakimiyyətə yiyələnmək" kimi murdar niyyətləri dayanır. Onu da bildirək ki, zaman-zaman bu məqsədlərini "reallaşdırmağa" cəhdlər edən radikal ünsürlər dəfələrlə bu gerçəkləşə bilməyəcək "arzularını" məzarlığa çevirməyə məcbur olublar. Eyni zamanda, bütün bunlardan sonra, aylarla, hətta illərlə xalq qarşısına çıxmaqdan məhrum olublar. Bunun isə arxasında utanc hissi deyil, sadəcə QORXAQLIQ amili dayanıb.Onlar törətdikləri cinayətlərinə görə, vətən və xalq kimi müqəddəs məfhumlara etdikləri XƏYANƏTLƏRİNƏ görə hiddətdən, nifrətdən və millət qəzəbindən çəkiniblər...
Lakin bütün bu alçaqlıqlara, rəzilliklərə baxmayaraq, öz şəxsi və "siyasi" dividendlərini güdən üzdəniraq ünsürlər yenidən zəhərli göbələklər təki baş qaldırıb, öz zəhərli ab-havalarını hökm sürən sabitliyə, asayişə, demokratik inkişafa qatışdırmaq istəyiblər. Buna misal kimi, hələ keçən il sel basmış fəlakət zonalarında onların iğtişaşlar yaratmaq "kamlarını" göstərmək mümkündür. Ancaq bunların murdar məqsədlərindən yetərincə hali olan sıravi vətəndaşlar bütün hallarda onları rədd edirlər. Uzaq Şərq vilayətlərindəki yaranmış xaos və anarxiyalardan "bəhrələnməyi" düşünən radikal təxəyyüllü xalq düşmənləri bu yersiz və lüzumsuz olayları ölkədə süniləşdirməyə çalışdırırlar. Çünki bu, heç zaman təbiilikləri olmayan bu tiplərin atdıqları istənilən addımları yalnız SÜNİLİKLƏ müşahidə olunmuşdur.
Məhz bu yollarla "nailiyyət" əldə etməyi öz təbirlərincə planlaşdıran İsa Qəmbərov, Əli Kərimov və Mirmahmud Fəttayev "üçlüyü" anlaşılandır ki, 2000-ci, 2003-cü və 2005-ci illərdə başlarına gələnləri tamamilə unudublar. Əgər belədirsə, yadlarına salmaq bizim üçün heç bir çətinlik törətməz. İstər 2003-cü ilin 15-16 oktyabr olaylarındakı iğtişaşların törədilməsində, istərsə də, 2005-ci ilin 25-26 noyabr hadisələrinin baş verməsində bilavasitə əli Azərbaycan xalqının qanına bulaşmış Müsavat başqanı İsa Qəmbərovun şəxsi təşəbbüsü olmuşdur. Ona bu təşəbbüsdə birbaşa AXCP (i) sədri Əli Kərimov və "KXCP" sədri Mirmahmud Fəttayev, eyni zamanda, ADP-nin keçmiş sədri, ABŞ-da mühacir həyatı sürən Rəsul Quliyev, "Ümid" partiyasının sədri İqbal Ağazadə, AXP sədri Pənah Hüseynov və digər radikal ünsürlər, Rauf Arifoğlu, Qənimət Zahidov kimi müxalifət mətbuatının qaragüruhçu baş redaktorları yaxında "dəstək" göstərmişdilər. Nəticələr bəlli olsa belə, sadalanan hər bir olayda qan tökülmüş, tələfat belə olmuşdur. Bütün bunların baiskarı və günahkarı isə bu və bu kimi radikal müxalifətin "dəstəkverənləridir".
Yuxarıda qeyd etdiyimiz kimi, radikal müxalifət hər zaman öz havadarlarının qulluqlarında dayanmaqdan ötrü istənilən çirkin addımlar atmağa meyilliliklərini sərgiləyiblər. Təki hakimiyyət olsun, təki dividendləri "reallaşsın". Qalanı isə bunlar üçün heç vaxt maraqlı olmayıb. Məhz buna görə də Almaniyada, Hollandiyada, İngiltərədə və digər Qərb dövlətlərində "Soros" fondu, "Human Rich Watch", "West Mistr" kimi maliyyə-donor təşkilatları qarşısında qarşıdurmalar yaratmaq kimi və bu müstəvidə olan digər amillər qismində vədlər verir, bu ikrahdoğurucu, nifrətəlayiq vədlərini "reallaşdırıb" vassal olmağa cəhd göstərirlər. Ancaq heç bir vəziyyətdən, eləcə də, sözügedən arzuolunmaz faktorlardan yararlanmaq halları bu dəfə də radikal müxalifəti "ölüm" zərbəsi altında qoyacaq. Çünki bu zərbəni onlara XALQ ENDİRƏCƏK! BUNA ƏMİN OLSUNLAR...