PDF Oxu

Müxalifət

  • 15

Müxalifətə 10 milyonu kim verdi?

Müxalifətə 10 milyonu kim verdi?

Özlərini hər zaman "xalqın adamları" qismində təqdim edən, sonuncu parlament seçkilərində seçicilər tərəfindən rədd edilmələrinə baxmayaraq həyasızcasına ictimaiyyətə sırınmaqla "demokratik düşərgə" təmsilçiləri kimi ortada gedib-gələn "İctimai Palata" nümayəndələrinin, kimə və nəyə xidmət etdikləri öz təsdiqini tapıb. Bu, orada cəmləşən partiya və siyasiləşmiş QHT sədrlərinin, "hüquq müdafiəçilərinin" ermənilərə məxsus xarici maliyyə-donor təşkilatlarına və bilavasitə xəyanətkarlığa xidmətlərinin aşkar olunması faktıdır. Məlum məsələdir ki, radikal müxalifət düşərgəsində cərəyan edən son olayların arxasında da "palata" daxilində yazılıb-cızılan planlar əsas götürülməkdədir. Bu planların başında isə, Müsavat başqanı İsa Qəmbərovun Almaniyanın Potsdam şəhərindəki xəyanətkar "imza törəni"dir ki, burada da erməni faktorunun üzdə olması artıq bəllidir (burada "Erməni Ümummilli Hərəkatı"nın rəhbəri Aram Manukunyan nəzərdə tutulub) və bu barədə ictimaiyyətə mətbuat tərəfindən yetərincə məlumat verilmişdir. Məhz bu olaylardan sonra, radikal düşərgədə "yeni dönəmə" start verildi. Bəs radikal düşərgədə daha sonra nə baş verdi?

10 milyonun arxasında daha nələr dayanıb?

Radikal düşərgədə pulla toplanılan irili-xırdalı "elektorat", bu elektoratda qaragüruhçuluq tendensiyasının formalaşdırılması istiqamətində aparılan "işlər" arxasında növbəti anarxiya və özbaşınalıq xəyanətləri dayanmaqdadır. Belə ki, vərdişləri, şakərləri bu cür tipajda yer almış radikalların heç bir halda, heç nəyə, heç cür nail ola bilməmələri dəfələrlə sübuta yetirilib. Bu dəfə də belə olacağı şübhəsizdir. Çünki hazırda "İctimai Palata"nın özündə vəziyyət o qədər gərgin hal alıb ki, əldə olunan 10 milyon dolların üstündə əməlli-başlı didişmə gedir. Eyni zamanda, Müsavat partiyasının adıçəkilən qurum qarşısındakı özbaşınalığı, "İctimai Palata"nı idarə etmək üçün həmin pulları əldə saxlamaq çabaları oradakı partiya sədrlərinin "çestlərinə" toxunub. Bu, belə davam edərsə, addıçəkilən "palatanın" da qara aqibət yaşayacağı proqnozunun labüdlüyündən xəbər verir.
Təkcə 1998-ci illərdə baş verən pullu mitinqlərin keçirilməsini, anarxiya, araqızışdırıcı çıxışların yer almasını, bu halın 2000-ci ilin parlament seçkilərində, 2003-cü ilin prezident seçkilərində, yenidən 2005-ci ilin parlament seçkilərində radikalların yaratmağa cəhd etdikləri qaragüruhçuluq mühitini xatırlasaq, bunların nə olduqlarının şahidi olarıq. Zaman-zaman xarici düşmən qüvvələrlə iş birliyi qurub, "hakimiyyətə" gəlmək arzusu ilə alışıb yanan radikallar bu dəfə də gerçəkləşməsi mümkün olmayacaq əməllərini "həyata keçirmək" üçün dəridən-qabıqdan çıxırlar. "İctimai Palata" adından xaricə gedib 10 milyon dollara dilənçilik yolu ilə sahib çıxmanın arxasdında yenə köhnə vədlər, öhdəçiliklər, boyunolmalar dayanıb. Bu boyunolmaların da nəticə olaraq bunlar üçün necə nəticələnəcəyini indidən söyləmək mümkündür. Çünki bir yerdə ki, İsa Qəmbərov kimi ikili agentin, Əli Kərimov kimi "ayağısürüşkən" partiya sədrinin, Mirmahmud Fəttayev kimi "buqələmun" siyasətbazın adları hallanırsa, orada xəyanətin, zəifliyin və anlaqsızlığın bir "çərçivədə" olduğunu görərik. İstənilən vəziyyətdə, artıq nə 2003-cü ilin 15-16 oktyabr hadisələri, nə də ki, 2005-ci ilin 25 noyabr olaylarının təkrarlanacağı qətiyyən mümkün olmayan məsələlərdəndir. İstəyir 10 milyon deyil, lap 100 milyon dollar dilənsələr belə, yenə də mümkün olan deyil. Çünki xalq məhfumu nə satılır, nə də ki, alınır. Bunlardan fərqli olaraq.

Digər xəbərlər