PDF Oxu

Müxalifət

  • 14

İsa Qəmbərovun qaranlıq tərəfləri Hakimiyyət uğrunda agentura

İsa Qəmbərovun qaranlıq tərəfləri Hakimiyyət uğrunda agentura

Radikal müxalifət düşərgəsində baş verən hadisələrə və həmin düşərgənin sakinləri ilə bağlı faktlara diqqət yetirərkən, onların nə qədər həyasız olduğuna şübhə etmirsən. Elə götürək Müsavat başqanı İsa Qəmbərovu. Müsavat başqanı barəsində bu günə qədər bir çox qaranlıq məqamların üstü açılıb. Bu qaranlıq məqamların ən başlıcası və ən ikrahdoğrucusu isə onun məhz agent olaraq, vətəninə, xalqına xəyanət etməsi faktorudur.

"Siyasətdə nə şərəf, nə namus?"

Artıq hər kəsə bəllidir ki, 1988-ci ildən bu yana, yəni xalq hərəkatından sui-istifadə edərək şəxsi ambisiyalarına xidmət edən "müxalifət tarixində" İ.Qəmbərovun adı hallananda hər zaman dağıdıcı intriqalar olub, qanlar tökülüb və anarxiya tüğyan edib. Bu adam hər zaman aləmi bir-birinə qatıb, mənafelərinin gerçəkləşdirilməsi istiqamətində yanar közü öz qabağına çəkib, bu közün üzərinə zaman-zaman benzin töküb. Bir sözlə, şəxsi və qrup maraqlarını Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin maraqlarından üstün tutub. İ.Qəmbərovun vaxtilə söylədiyi, bu gün də təkrarladığı sözlərinə görə, "müxalifətin lideri" olmaq istəyən şəxs lazım olanda hər şeyə göz yummalıdır, hətta mənəviyyatını da bir kənara qoymalıdır". Müsavat başqanının sözlərindən narazı qalan müxalifət funksionerlərindən biri İsa Qəmbərova irad tutanda ki, "müxalifətdaxili münasibətlərdə şərəfli, namuslu siyasət yürütmək lazımdır", bu zaman İ.Qəmbərov belə bir cavab vermişdi ki, "siyasətdə nə şərəf, nə namus?" (?!) Şərəfsizlik və namussuzluq üzərində, hakimiyyətə gəlmək sevdası ilə alışıb-yanan İ.Qəmbərov haqqında artıq şərhə və əlavə danışığa ehtiyac yoxdur.
Hər halda, İ.Qəmbərovun istər 1988-1989-cu illərdəki meydan hərəkatı dövrlərində, istər 1990-cı ilin qanlı yanvar hadisələrində, istər 1992-ci ilin Xocalı soyqırımı faciəsində baş verən olaylardan "səmərəli" qaydada faydalanmaq arzuları şərəfsizlik üzərində qurulmuş mənəviyyatsızlıq təməli deyilmi? Bu hal bu gün də davam edir. Necə deyərlər: "adətkara, nə tövbə".

Tülkü qorxaqlığının simvolu – İsa Qəmbərov

Müsavat başqanı, həm də öz tülkü qorxaqlığı ilə də yaddaşlardan silinməyib. 1990-cı il 20 yanvarda sovet ordusu Azərbaycan xalqına qanlı divan tutanda İsa Qəmbərovun şəxsi etirafına görə, bir dostunun evində çay içirdi. Yəni əliyalın xalqı tank və BTR-lərin tırtılları altına göndərib, gülləbarana sövq edib, tülkü kimi gizlənibmiş. Sonra da Primakov Azərbaycan SSRİ "KQB"-nin sədri Vaqif Hüseynova tapşırıb ki, "ona toxunmayın, o Kremlin nəzarəti və qoruması altındadır". Eləcə də, 1998-ci ildəki 8 noyabr hadisələrində də İ.Qəmbərovun meydandan qaçışı birincilər arasında öncüllük təşkil edirdi. 2003-cü ilin 15-16 oktyabr olaylarında birinin maşınında öz ofisini qaçaraq tərk edən və bir daha meydana qayıtmayan, döyülən, öldürülən və ay yarım evindən çölə çıxmayan, qorxusundan dəli olmaq həddinə çatan da, məhz Müsavat başqanı İ.Qəmbərov idi. 2005-ci ildə 25-26 noyabr mitinqində arxa qapıdan qaçan və dərhal şəhərdən çıxıb mətbuat konfransına belə getməkdən imtina edən də İ.Qəmbərov oldu.
Yəni, yeri gələndə, ekstremal situasiyada, istənilən vəziyyətdə, kim olursa-olsun, "dabanına tüpürüb qaçan" adamdan nəinki "lider", heç kontor rəisi də olmaz. Ona görə də, İ.Qəmbərov öz dostları vasitəsi ilə "lider imicini" üfürməsin. Çünki onun üfürülmüş "imici" adi bir tikana rast gələ bilər. Sonrası da bəllidir.

Həqiqətdən qaçmaq mümkün deyil

Bu gün də "KQB" ilə əməkdaşlığa dair özünün ünvanına söylənilmiş, konkret faktlardan qaçan Müsavat başqanıdır. Bildiyimiz kimi, onun kliçkasını və agentura işinin nömrəsi mətbuatda açıqlanıb, amma bunlar açıqlandıqdan sonra, İ.Qəmbərov tərəfindən məhkəməyə verilməyib. Ən "böyük çekist" adına iddialı olan Müsavat başqanı yaxşı olar ki, sovet "KQB"-sinin AXC-yə yeritdiyi, bu günə kimi müxalifətdə "at oynadan" "Molotov" kliçkalı agenti ifşa etsin, sonra müxalifətin "liderliyi" haqqında danışsın.
Onu da qeyd edim ki, bu günlərdə, yenidən ABŞ-ın Milli Demokratiya İnstitutunun adamları ilə görüşən Müsavat başqanı, yəqin ki, 2003-cü illərin ab-havası ilə yaşayır. Çünki o zamanlar MDİ-nin direktoru Lids soyadlı bir amerikalı idi. Həmin hadisələr törədildiyi zamanlarda da həqiqətdən qaçmaq istəyən İ.Qəmbərovu məhz sözügedən MDİ əməkdaşları ifşa etmişdilər. Yəni, məlum olmuşdu ki, Müsavat başqanı müəyyən vədlər qarşılığında bu təşkilatdan maddi kömək dilənib. Hər halda maraqlı və düşündürücüdür... Görünür, bunu da araşdırmaq lazım gələcək.

Digər xəbərlər