PDF Oxu

Müxalifət

  • 14

İsa Qəmbərov Gülağa Aslanlını başqan etmək istəyir

İsa Qəmbərov Gülağa Aslanlını başqan etmək istəyir
Bir neçə gün öncə özünün başıbəlalı yubileyini qeyd edən Müsavat partiyası daxilində hələ də ağır durum normal axarına düşməyib. Ötən il olduğu kimi, bu il də Müsavat partiyasının tarixinə istefalar ili kimi daxil olunacağını düşənənlər, deyəsən, heç də yanılmırlar. Çünki indiki halda qurum daxilində baş verənlərə nəzarət mexanizmi, demək olar ki, tamamilə sıradan çıxıb.
Vəziyyətin məhz belə bir həddə qədər gəlib çatmasında birbaşa günahkar olanlar da ağızlarına su alıb oturublar. Vaxt isə, demək olar ki, birbaşa Müsavatın dağılmasınıa doğru inkişaf edir. Bir tərəfdən qurumun parçalanmaya doğru gedən yolunu kəsə biləcək qüvvənin olmaması, başqa bir səmtdən isə partiya daxilində yaranmış qütbləşmə sona doğru istiqamət alan qatarı xatırladır. Maraqlısı isə odur ki, bu il başqanlıqdan gedəcəyi və getməyəcəyi barəsində hələ də fikirlərini qətiləşdirə bilməyən İsa Qəmbərov fövqəladə vəziyyət yaranacağı təqdirdə, öz postuna qoymaq üçün artıq konkret addım da atıb. Elə bu məqsədlə uzun zamandır ki, az qala qoynunda qoruyub saxladığı Gülağa Aslanlını öz postunda görmək məqsədilə bir-birinin ardınca irəliyə doğru addımlar atır. Yada salaq ki, "dost"larından olan Müsavatın Divan üzvü İbrahim İbrahimlinin qəlbinə dəyə biləcək addımlar atmağı belə özünə rəva bilən İ.Qəmbərov hətta G.Aslanlının xatirinə onunla salam-sağolu da kəsdi. Bu isə, öz növbəsində, haqlı olaraq İ.İbrahimlinin kefinə soğan doğramaqla yanaşı, onun Müsavatdan ayrılması üçün ilkin addım oldu. Bunun ardınca isə İ.İbrahimlinin Müsavat partiyasının təmsilçisi kimi MSK-da təmsil olunmasına imkan verməyən İ.Qəmbərov açıq şəkildə partiya daxilində ayrıseçkiliyin əsaslarını daha da möhkəmlətmiş oldu. O, İ.İbrahimlinin MSK-ya gedən yolunu kəsərək öz postunun gələcək sahibi G.Aslanlını oraya göndərməklə, bütün məsələlərə aydınlıq gətirmiş oldu.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat partiyasının bu günə qədər ayaqda qalmasında onun da böyük zəhmətinin olduğunu iddia edərək, mümkün qədər maraqlarını təmin etməyi qərarlaşdırıb. R.Arifoğlu Müsavat başqanlığına gedən yolda özünə yeganə maneə A.Hacıyevi gördüyü üçün bütün hədəflərini də, onun üzərində qurub. Vaxtaşırı olaraq onun rəhbərlik etdiyi qəzetdə A.Hacıyevin açıq şəkildə təhqir və tənqidlərə məruz qalması prosesin nə dərəcədə açıq müstəvidə davam etdiyini göstərmiş oldu. Öz növbəsində, A.Hacıyev də R.Arifoğluna qarşı heç də əlini-qolunu sallayıb dayanmayıb. O da əlində olan bütün "rıçaq"lardan istifadə edərək, R.Arifoğlunu öz işi ilə məşğul olmağa təhrik etməyə çalışır.
Bütün bunların sadalanması isə parçalanmasına az qalmış bir qurum daxilində baş verən proseslərin qısa xronologiyası idi. Sadəcə olaraq, olanlar və olacaqlar bir daha nümayiş etdirir ki, az bir zaman çərçivəsində Müsavat partiyası da digər müxalifət qurumları kimi tarixin acı arxivinə qovuşacaq.

Digər xəbərlər