PDF Oxu

Müxalifət

  • 12

Etibar Məmmədov Rəsul Quliyevin təsiri altına düşüb

Etibar Məmmədov Rəsul Quliyevin təsiri altına düşüb
Son vaxtlar kitab yazmaq eşqinə düşən radikal müxalifət mənsublarının sıralarına daha biri də əlavə olunub. Bu, Avropa səfərinə çıxan, İngiltərədə başını girləyən AMİP-in "lideri" Etibar Məmmədovdur. Bir müddət öncə, "ACP"-nin "qaçqın" sədri Rəsul Quliyevlə yaxınlıq edən, onunla Avropa və Amerika kabarelərində əyyaşlıqla məşğul olan E. Məmmədov birincinin "Bayram" təxəllüsü ilə kitab yazmaq eşqindən "ilhama" gəlib. Belə ki, "həmkarı" ilə son görüşündən sonra, o, bunu qətiləşdirib. Artıq necə olursa-olsun, "siyasi memuarlar" timsalında kitab yazmaqla məşhurlaşacağını xəyal edən E.Məmmədov öz "planını" tutmağa başlayıb. Maraqlıdır ki, bu "planların" içində yalnız və yalnız onun uğradığı məğlubiyyətlər və bu məğlubiyyətlərə səbəb olan səbəblər və səbəbkarlar yer alıb. Əlbəttə ki, AMİP "lideri" burada, ilk növbədə, özünü günahlandırmalıdır. Məsələn, onun AXCP (i) sədri Əli Kərimovla olan "dost" münasibətləri və bu münasibətlərin "qanlı-bıçaq" nəticəsi, yaxud da 2000-ci ildən üzü bu yana onu tərk etmiş eks-AMİP-çilərin sonu göünməyən siyahıları, Müsavat partiyası ilə gizli əlaqələri və İsa Qəmbərovun ona badalaq gəlməsi kimi hadisələrin bu "memuarlar" kitabında yer alması, mütləq amillərdəndir. Maraqlısı odur ki, E.Məmmədov yazacağı kitabındakı mətn üslubunda hansı variantlardan istifadə edəcək? Çünki vaxtilə "demokratiya aşiqi" R.Quliyev də öz "memuarlarını" yazarkən, gələcəkdə "şairə" çevriləcəyini heç ağlına belə gətirmirdi. Amma bu gün əli hər şeydən üzülmüş R.Quliyev artıq yuxarıda qeyd etdiyimiz kimi çönüb olub Rəsul Bayram. Görünür, AMİP "lideri" də yavaş-yavaş şair olmaq istəyir, lap Rəsul "qağası"kimi. Hər halda siyasətdə heç bir uğur qazana bilməyib, qondarma siyasətçi olmaqdansa, pis-yaxşı şair olmaq daha xeyirli və səmərəli işdir. Ancaq bir şərtlə- siyasi şair olmamaq şərtilə... Çünki siyasət sözü, ümumiyyətlə, belələrinə yaddır.

Digər xəbərlər