AXCP (i) ayağısürüşkənliyi...
Bildiyimiz kimi, radikal müxalifət düşərgəsində tez-tez bir partiyadan digərinə transfer etmək baş verir. Demək olar ki, bu cür transferlər bəzən düşərgəni bir-birinə qatıb, intriqaların yaranmasına səbəb olur. Bu isə, bir daha sübut edir ki, oralarda müxtəlif "statuslarda" fəaliyyət göstərən radikalların hər zaman eyni fikirdə olmamaları ilə yanaşı, ayağısürüşkənlikləri də reallıqdan doğan faktorlardandır. Bunlardan ən əsası, ən gözə çarpanı isə AXCP (i) sədri Əli Kərimovdur. Lakin bu dəfə Ə.Kərimov ayağısürüşkənliyindən deyil, onun köhnə şagirdi Razi Nurullayevdən bəhs edəcəyik...
Bu adamın "siyasi fəaliyyətinə" nəzər saldıqda, onun qədər transferə meyilliyi öz çılpaqlığı ilə nəzərə çarpır. Bir zamanlar AXCP (i)-də funksionerlik edən R.Nurullayev daha sonra Mirmahmud Fəttayevin "KXCP"-sinə, sonradan Qüdrət Həsənquliyevin sədrlik etdiyi BAXCP-yə, ardınca yenidən AXCP (i)-yə qayıtdı. Bütün bunlardan sonra isə Ə.Kərimovla yenidən yola getməyərək, bir dənə qondarma, siyasiləşmiş "qeyri-hökumət təşkilatı" yaratdı. Məhz bundan sonra, təzədən "Yurd" şefinin şəxsi marağına səbəb olan R.Nurullayev gedib adıçəkilən siyasi təşkilatın "egidası" altındakı ayağısürüşkən sədri ilə işbirliyinə başladı. Yəni siyasi təşkilatın beynəlxalq əlaqələr şöbəsinə rəhbər getdi.
Öz ağasının təlimatlarına uyğun hərəkət edən Nurullayev rəhbərlik etdiyi QHT-sində də müəyyən addımlarını öz kefincə atmır. Məsələn, "siyasi məhbus", yaxud da "vicdan məhbusu" kimi sayıqlamaların anti-Azərbaycan meyilli xarici təşkilatlarda səsləndirilməsində R.Nurullayevin birbaşa Ə.Kərimov tərəfindən tapşırıq alması sirr deyil. Və qazanılan qrantlar da təkcə onun cibinə deyil, ona ağalıq edən Kərimovun da cibinə enir. Özü də digər siyasiləşmiş QHT rəhbərlərindən fərqli olaraq, o, əldə edilən qrantlardan başqa, rəhbərlik etdiyi şöbədə özbaşına qanunsuz "bank sistemi" qurub. Daha dəqiq desək, külli miqdarda müxtəlif zinət əşyalarının, özəlləşdirilmiş ev və torpaq sənədlərinin, bahalı avtomobillərin girov qoyulması müqabilində yüksək faizlə pul "buraxır". Hətta faizlər zamanında ödənilməyəndə cinayət tipli əməllərə də rəvac verir. Bir sözlə, öz sürüşkən və qeyri-qanuni fəaliyyəti ilə Ə.Kərimovun "qucağına" sığınan bu adam idarə olunmaqdadır. Ta ki, tükənənə qədər. Çünki tükəndikdən sonra kərimovçu Nurullayevin yenidən fəttayevçi və ya daha "kimovçu" olmağına onun özü tərəfindən "zəmanət" verilib.