PDF Oxu

Müxalifət

  • 19

Siyasiləşmiş QHT-lər...

Siyasiləşmiş QHT-lər...
Dəfələrlə söylənilməsinə, iradlar tutulmasına baxmayaraq, ölkədə "fəaliyyət" göstərən bir sıra QHT-lər və bu təşkilatların "hüquq müdafiəçiləri" adı altındakı rəhbərləri öz köhnə amplualarında davranışlarını davam etdirməkdədirlər. Məsələ ondadır ki, sözügedən QHT-lərin "Amnesty İnternational", "West Mistr", "Human Ritc Watc" kimi qeyri-obyektiv xarici təşkilatlarla iş birliklərinə getmələri arxasında məlum məqamların, xəyanətlərin dayanması arxasında şəxsi mənafelərinə xidmət etmələri heç kimə sirr deyil.
Belə ki, son vaxtlar bu kimi təşkilatların yenidən baş qaldırmaları ictimaiyyətin, eləcə də, sağlam düşüncəli cəmiyyət tərəfindən, yaradılmış, formalaşmış ictimai birliklərin hiddətinə səbəb olmuşdur. Onu da qeyd edək ki, hələ bir müddət öncə, layihələrin təqdimatlarında qeyri-obyektivlik nümayiş etdirən sözügedən QHT-lər süni ajiotajlar yaratmağa cəhd edərək, özlərindən ibarət "narazılar qrupu" kimi "tərəfdaşlar" yığıb, qarışıqlıq yaratmağa cəhd etmişdilər. Hətta bu işdə onlara radikal müxalifət partiyalarının sədrləri də "yardım əli" uzatdılar. Çox da uzağa getməyərək, Novella Cəfərovanın, Leyla Yunusovanın və digərlərinin siyasiləşmiş "birliklərə" qatılaraq siyasi istiqamətə xidmət etmələrini deyilənlərə misal göstərmək mümkündür. Təbii ki, göz görə-görə bu cür qanunsuzluqlara rəvac verən QHT-lərin bundan da irəli gedib özlərindən hoqqalar çıxarmaları adi hala çevrilmişdir.
Eyni zamanda, Avropanın mötəbər qurumlarında söz ala bilmək üçün dəridən-qabıqdan çıxmağa cəhdlər edən Eldar Zeynalov, Səidə Qocamanlı, Arif Yunusov, Arzu Abdullayeva tipli "hüquq müdafiəçiləri" imkan tapan kimi ölkəmizin imicinə "qara yaxmaqla" məşğul olurlar. "Siyasi məhbus" kimi olmayan bir anlamı öz təbirlərincə görməyə səy göstərən bu tipləri hətta sözügedən Avropa qurumları belə qəbul etmirlər. Çünki istər ATƏT, istərsə də AŞPA kimi mərkəzi Avropa qurumlarının dəfələrlə verdikləri bəyanatlarına diqqət yetirsək, deyilənlərin nə qədər həqiqət olduğunun şahidi olarıq. Yəni Azərbaycanda "siyasi məhbus" anlayışı qətiyyən yoxdur.
Bəs bu cür QHT-lərin siyasiləşməsi ilə yanaşı, mövcud olmayan fikri "reallaşdırmaq" istəkləri haradan və necə qaynaqlanır?
Məsələnin mahiyyəti ondan ibarətdir ki, burada həmin QHT-lərin yalnız və yalnız şəxsi mənafe və qazancları dayanıb. Bu isə onların bilavasitə korrupsiya ilə məşğul olmalarına dəlalət edir. Daha dəqiq desək, özlərini "humanizm carçıları" adlandıran qondarma hüquq müdafiəçiləri məhbəs həyatı keçirən cinayətkar ünsürlərin ailələrini ələ almağa çalışaraq onlardan müxtəlif vasitələrlə rüşvətlər alıb, məhbus həyatı keçirən qohumlarını "siyasi məhbus" dəftərlərinə qeyd edirlər. Bu cür halların daha öncələr də baş verməsi artıq heç kimə sirr deyildir. Eyni zamanda, ikili qazanc əldə etmək istəyən qondarmalar yuxarıda adları çəkilən xarici təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirməyə çalışırlar. Düzdür, bunlar hər dəfə öz "siyahılarını" qəbul etdirə bilməməklə yanaşı, həmin xarici təşkilatlar tərəfindən tənbeh olunurlar. Yəni bir sözlə xainliklərini reallaşdırmaqdan məhrum olurlar. Bu isə onların "fəaliyyətlərində", daha düzgün desək, çirkli pullar qazanmalarında böyük "mənfi" işarəsi qoyan amillərdəndir.

Digər xəbərlər