PDF Oxu

Müxalifət

  • 11

Qənimət Zahidov həyasızlığı...

Qənimət Zahidov həyasızlığı...
Özünü "intellektual" hiss edən, əslində isə, "formazonluqdan" heç də geri qalmayan "Azadlıq" qəzetinin içkiyə meyilli baş redaktoru Qənimət Zahidov yenidən səfirliklər, gecə-gündüzlərini konsulluqlar qapılarında keçirməkdədir. Oralarda təşkil olunan ciddi qəbullarda görünmək istəyində olan, özünü sırımağa cəhd edən baş redaktor bütün hallarda öz iç üzünü açıq-aşkar ortaya qoymaqdadır. Belə ki, səfirliklərin birində media nümayəndələri üçün təşkil edilmiş qəbul-furşetdə dili boğaza qoymayan Q.Zahidov çatdığına ağlayıb-sızlayıb ki, bəs guya Azərbaycanda "siyasi məhbus" məsələsi mövcuddur və bu dırnaqarası problem "həll olunmayıb"(?) "Amnesty İnternational" kimi qeyri-obyektiv bir qurumun elan etdiyi qərəzli hesabatı az qala özünə dərd-ələm kimi qəbul edən Q.Zahidovun beynəlxalq aləmə "hayqırtısı" sadəcə gülüş və istehza doğurmaqdadır. Məsələ ondadır ki, bu adam özünə sərf edən demokratiyanı əlində bayraq edərək, "vicdan məhbusları" barədə danışarkən, sözlərinə əlavə edib ki, guya bu "məhbusların" sıralarında "Facebook" fəalı da qatılıb. Lakin bunun həqiqətə uyğun olmadığı elə o həmin vaxt bəlli olub. Yuxarıda adı çəkilən təşkilatın, ümumiyyətlə, heç bir həqiqətə uyğun olmayan qondarma bəyanatları ictimaiyyət tərəfindən qeyri-real olaraq qəbul olunur. Onu da bildirək ki, Q.Zahidov bir az da irəli gedərək, Qərb dövlətlərinin demokratiyanın yayılması üçün mühüm amil hesab edib. Lakin bu adam tamamilə unudur ki, "bəyənməyib" yaşadığı dövlət bütün məqamlarda sırf demokratik ölkədir və bu demokratiya, nəinki regionda, eləcə də, xarici dövlətlərə örnəkdir. Sonda onu da vurğulayaq ki, əslində, Q.Zahidovun bu və ya digər məsələlər barədə danışmağa nə mənəvi, nə vicdani, nə də başqa hüququ yoxdur. Çünki bir vaxtlar "Üç Palma" restoranındakı üryan şəkillərinin mətbuat səhifələrində, eləcə də, KİV-lərdə yayımlanması bunu deməyə əsas verir. Əsas verən digər nüans isə bu gün biabır olub Azərbaycandan qaçan Azər Əhmədov kimi üzsüz bir adamın "Üç Palma" olaylarında da adının hallanmasından ibarətdir ki, bu adamların kim və nəçi olduğu da tam çılpaqlığı ilə özünü büruzə verir. Bir sözlə, öz halına qalmaq yerinə xarici təşkilatların, səfirliklərin qapılarında yatıb qalan Q.Zahidov nəticə etibarilə yararsız müqəvvadan başqa heç nə deyil.

Digər xəbərlər