PDF Oxu

Müxalifət

  • 18

Arif Hacıyevdən sərsəm "ideya" irəli sürülüb

Arif Hacıyevdən sərsəm "ideya" irəli sürülüb
Radikal müxalifət düşərgəsindən, demək olar ki, hər gün yeni sərsəmləmələr çıxmasa, onların "bağırları" çatlayar. Belə sərsəmləmələrdən biri də "ideya" formasına salınaraq, Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev tərəfindən "irəli sürülüb". Əslində, "ideya" verməkdə pərgar olan radikallar həmin "öngörüşlərinin" reallaşdırılmasında heç bir nəticəyə vara bilmirlər və bu nəticələri bütün hallarda gülüş, istehza xarakteri daşıyır. Sadəcə, görüntü və reklam xüsusiyyətini əks etdirərək, "mən də varam" tandeminə uyğunlaşmaq istəyən radikalların başqa heç bir əlacları qalmayıb... Özünü düşərgə daxilində "təkəbbürlü", "ciddi", yaxud da "ağırtonnajlı" fiqur kimi sərgiləməyə cəhd edən Arif Hacıyevin durub-durub "müasir informasiyaçı" qismində ortaya çıxması, istər-istəməz onun başından böyük işlərlə, yeni iddialar ortaya qoyması ilə məşğul olmasından xəbər verir. Məsələ ondadır ki, "Facebook" sosial şəbəkəsində hansısa "təşkilat", yaxud da "komitə" yaratmağı fikirləşən Müsavat başqanının müavini elə ilk andan nəyin dalınca düşdüyünü büruzə verdi. Bu da çoxdan gözlənilən hallardan biri kimi qəbul edilməkdədir. Qısası, bu günə qədər İsa Qəmbərovun yanında qalan tək "sadiq" adam da sıradan çıxdı. Yəni, dolayısı ilə adıçəkilən şəbəkədə "komitə" yaratmağı planlaşdıran müavin, əslində, bu şəbəkə vasitəsilə qurultayöncəsi tərəfdar axtarmaqla məşğul olmağı düşünür. Maraqlısı da odur ki, A.Hacıyevin uzun müddət bu plan üzərində çalışmasından heç bir müxalifət təmsilçisinin xəbəri olmayıb. Çünki satılmasından, xəyanət olunmasından çəkinən başqan müavini sirrinin üstünün açılmasını hər vəchlə gizlətməyə cəhd edib. Digər maraqlı nüans isə bu məlumatların haradan qaynaqlanmasından gedir ki, buna da məhz Hacıyevin özü tərəfindən qərar verməsi suallar doğurur. Yəni başqan müavini bir tərəfdən bunu gizlədir, başqa tərəfdən isə ictimailəşdirir. Və həqiqətin ortaya çıxmasına - İ.Qəmbərova qarşı kampaniyaya başlamasını açıqlamasına onun özü tərəfindən şərait yaradılır. A.Hacıyevin bu cür "qarışıq taktiki gedişləri", demək olar ki, başqan İ.Qəmbərovu şoka salıb. O, inanmırdı ki, digərləri dura-dura onun "sadiq" müavini anidən başqanlıq yarışına qatılacaq və Qəmbərovu özünə düşmən edəcək. Daha dəqiq vurğulasaq, "sadiq" müavinin sabiq müavinə, yaxud da yeni başqana çevrilməsi arxasında cərəyan edən hər bir olayın arxasında, adıçəkilən partiyanın çalxalanmasında, istefaların kütləviləşməsinə və başqa bu kimi hadisələrə rəvacı sən demə A.Hacıyev verirmiş. Başqan İ.Qəmbərov isə, necə deyərlər, düşmənini qapısında bəsləyirmiş. (Qurdla quzu bir yerdə "otlayırmış") Bundan sonra A.Hacıyevin "Facebook"da İ.Qəmbərova qarşı hücumlara başlaması da heç kimdə şəkk-şübhə yaratmasın. Əgər o, bunu bilavasitə özü etməsə də, bunu A.Hacıyevin "yeni "Facebook" komandası" edəcək. Görək başqanın başına daha hansı oyunlar gələcək...Hər halda bunu qurultayda (əgər bu qurultayın keçirilməsinə qədər Müsavat bir partiya kimi siyasi arenada qalacaqsa) müşahidə etmək imkanımız olacaq.

Digər xəbərlər