PDF Oxu

Müxalifət

  • 15

Eynulla satqına, Ruslan xəyanətkara, Cabbar narkomana “azadlıq”

Eynulla satqına, Ruslan xəyanətkara, Cabbar narkomana “azadlıq”
Radikal müxalifət düşərgəsinin mətbuat səhifələrində tez-tez rast gəldiyimiz məsələlərdən biri də onların səhifələrində yer alan və məhz onların özləri tərəfindən "zəhərlənən"müxalifətçi gənclərin şəkillərinin yayımlanmasıdır. Lakin məsələ yalnız bundan ibarət deyil. Çünki bu şəkillərin ya baş, ya da ki, ayaq tərəflərində boy-boy, enli-enli filankəsə "azadlıq" ifadələrinin yer alması gerçəkdən də bunların avara-avara işlərlə məşğul olmasının sırf göstəricisidir. Yəni daha dəqiq desək, təlxəklikləridir. Və bu təlxəkliyin arxasında həmin adamların bilavasitə istifadə olunaraq, işlənmiş "salfetka" qismində zibil qutusuna atılmalarıdır. Hazırda törətdikləri cinayət tərkibli əməllərinə görə məhbəs həyatı keçirən adıçəkilən adamlar, birbaşa radikal müxalifət çirkabının "liderləri" tərəfindən zəhərlənmiş fərdlərdir. Eyni zamanda, bu fərdlərə ikiqat zərbə vurmuş "liderlər" onlardan hələ də səmərələnməyə cəhd etməkdədirlər. Məsələn, AXCP(i) nin sədri Əli Kərimovun mənsubiyyətində olan "Azadıq" qəzeti heç bir halda, irəli sürdüyümüz inkarolunmaz faktlar qarşılığında həqiqəti təkzib edə bilməz. Ancaq, həqiqətin nə olduğunu bilməyən bu buqələmun siyasətbazlar "inkar", "təkzib" verməklə, əslində, sözügedən faktları etiraf edirlər. Amma gülməli də olsa, onlar "inkar" edirlər ki, Ruslan Bəşirli heç bir halda xəyanətkar deyil(?). Amma XƏYANƏTKARDIR. Çünki rahat kresloda şellənib, ayaqlarını yellədərək, bala-bala konyak gillədib erməni-azərbaycanlı "qardaşlığından" dəm vuranda, "plitka" şokoladla "problemləri çözəndə" ona bu tapşırığı Əli Kərimov vermişdi. Yaxud Eynulla Fətullayevin Qarabağın işğal olunmuş ərazilərinə gedərək, orada 1-ci Qarabağ müharibəsi dönəmində vurulmuş Azərbaycan tankının üzərində Qukasyanla əllərində "rumka" şəkil çəkdirməsi, dodaq-dodağa öpüşməsi də, türk qardaşlarımız demişkən, bizzat (birbaşa) Ə.Kərimovla Müsavat başqanı İsa Qəmbərovun tapşırıqlarından biridir. Çünki "Azadlıq"la yanaşı, "Yeni Müsavat" qəzetində də Eynulla şərəfsizin (burada onu təhqir etməmək olmur ki, olmur-R.R.) boy-boy şəkilləri yer alıb. Maraqlıdır ki, ikinci adıçəkilən qəzetdə yalnız Eynullanın şəkli gedir, lakin "Azadlıq"da üç nəfərin şəkli "yapışdırılıb". Bu da, o deməkdir ki, müştərək istifadə olunan "qəhrəmanlar", yəni AXCP (i) və Müsavat rəhbərliyi tərəfindən birgə satqınlığa istiqamətləndirilənlər hər iki partiyanın mətbuat orqanlarında şəkilli-filanlı yer almaqdadırlar. Ayrıca olaraq, Ə.Kərimova işləyən kəslər isə "Yeni Müsavat"da deyil, məhz "Azadlıq" qəzetində yer alırlar. Əslində, bu xırda və xırda olmasına baxmayaraq, gözə çarpan nüansın arxasında da faktların mövcudluğu bəs-bəlli olmaqdadır. Cabbar Savalanlıya qaldıqda isə, bu məsələnin məhz Bəxtiyar Cavadov biabırçılığından sonra ortaya çıxması, bir daha sübut edir ki, radikal müxalifət mənsublarının satqınçılıq xislətləri, xəyanətkar təxəyyülləri arxasında yuxarıda adları çəkilən zəhərlənmiş gənclərin "xidmətləri" dayanır. Həmin adamların zəhərlənmələrinə isə bu tiplərin "böyük zəhmətləri", xarici qüvvələrə cani-qəlbdən yalmanlanmaları, həmçinin, müxtəlif bu kimi üzdəniraq olaylara rəvac vermələri səbəb olur. Öz siyasi dividendlərinə, murdar ambisiyalarına hesablanmış hərəkətlərini reallaşdırmaq üçün xarici, ermənipərəst maliyyə havadarlarına yarınmaqla ölkədəki siyasi sabitliyi, demokratik durumu öz təbirlərincə kölgə altına qoymağa cəhd edən bu kimilərin çox, yəqin ki, qəzet səhifələrində çıxardıqları təlxək məzhəkələri də xeyirsiz, səmərəsiz qalacaqdır. Çünki sağlam düşüncəli ictimaiyyət, xalq, vətən, inkişaf kimi məfhum anlayışını əvəzsisz həqiqət kimi qəbul edən cəmiyyət belələrinin "dərə xəlvət, tülkü bəy" kimi niyyətlərinin reallaşmasına imkan verməyəcək.

Digər xəbərlər