PDF Oxu

Müxalifət

  • 9

Sərdar Cəlaloğlu radikal düşərgədə yeni “fırtına” hazırlayır

Sərdar Cəlaloğlu radikal düşərgədə yeni “fırtına” hazırlayır
Əldə etdiyimiz məlumatlara görə, eks-Müsavat yetkililəri keçən günlərdə ADP qərargahına gedərək partiyanın sədri Sərdar Cəlaloğlu ilə görüşüblər. Özü də bu görüş Sülhəddin Əkbərlə İbrahim İbrahimli "təşəbbüsü" ilə baş tutub. Bu barədə APA-ya məlumat verilib. Hətta deyilib ki, bu "vacib" görüşün təfərrüatları belə açıqlanmayıb. Maraqlıdır, əgər gecə-gündüz yorulmadan "demokratiya" bağıran bu siyasətbazlara, həqiqətən də, demokratiya lazımdırsa, onda nəyə görə "Demokrat" partiyasındakı görüşlərini ictimaiyyətdən gizlədirlər? Eləcə də, bunlardan soruşmaq lazımdır ki, ay "azadlıq aşiqləri" hansı səbəbdən informasiya azadlığı deyilən termini yalnız öz ambisiyalarınıza qurban verirsiniz?
Bu suallara cavabı məqalənin sonunda özümüz verəcəyik. Çünki bunlar hər zaman öz günahlarını başqalarında axtarmağa alışıblar. Az qala üzərlərində gəzən söz-söhbətlərə aid sual-cavabları da başqaları etməlidir... İndi isə keçək əsas mətləbə, o mətləbə ki, bu adamlar niyə məhz ADP qərargahına gediblər və hansı səbəb üzündən "təşəbbüs" S.Cəlaloğlunun deyil, eks-müsavatçıların olub? Məsələ ondadır ki, ADP sədri öncə iflasa uğramış "Azadlıq" blokunu dirçəldib, onun başına keçməyi düşünür. Lakin ona müxalifətdə az-çox nüfuzu olan şəxslərin yardımına ehtiyacı var. Eyni zamanda, bu blok uğrunda radikallar arasında əməlli-başlı didişmələrə start verilib. Yaxın günlərdə "Ümid" partiyasının sədri İqbal Ağazadənin S. Cəlaloğlu ilə söz duelini xatırlasaq, kifayət edər ki, artıq burada nələr baş verdiyinin şahidi olaq. Bu və digər amillər üzündən keçmiş müsavatçılardan pənah ummağı qərarlaşdıran "demokrat" sədr qarşısına məqsəd qoyub ki, istənilən vəziyyətdə bütün "rıçaqlar" onun əlinə keçsin.
S.Əkbərlə İ.İbrahimli də birdən-birə orada peyda olması bu anlam müstəvisindədir. Bu maraqlı nüansın digər tərəfində isə, "böyük bəlkə" ümidi dayanıb. Yəni, S.Cəlaloğlu ümid edir ki, bəlkə hər iki eks-müsavatçı onun sədrlik etdiyi partiyaya transfer olub, onu radikal düşərgədə "vahid lider" edəcəklər. Fəqət, bütün bu xəyalların dəqiq nə vaxt "reallaşmasını" - düşərgədə yeni dağıdıcı "fırtınanın" baş verəcəyinin hansı dövrə təsadüf edəcəyini indidən proqnozlaşdırmaq hələ ki tezdir. Yalnız bir fakta əsaslanaraq, hesab etmək mümkündür ki, onsuz da dağılma prosesinin son fazasını yaşayan radikal düşərgənin tamamilə məhvə düçar olması günü çox da uzaqda deyil.
Yuxarıdakı sualların cavablandırmasına qaldıqda isə, bir cavabı vermək mümkündür, bu cavab sözügedən anti-demokratların həqiqi demokratiyadan nə qədər uzaq olmaları, getdikcə avtoritar rejimə daha çox meyillənmələridir. Həmin sözügedən rejim isə, məhz bu "demokratik düşərgənin" çılpaq üzvüdür...

Digər xəbərlər