PDF Oxu

Müxalifət

  • 15

İsa Qəmbərov həbs olunarsa...

İsa Qəmbərov həbs olunarsa...
Qeyri-qanuni yollarla 1992-93-cü illərdə iqtidara yiyələnmiş AXC-Müsavat cütlüyü səriştəsiz siyasətləri ilə Azərbaycanın durumunu daha çətin vəziyyətə saldı. Nəticədə isə torpaqlarımız, nəinki azad oldu, əksinə olaraq, daha çox ərazilərimiz mənfur düşmən əlinə keçdi. Həmin zamanlar xalqa yalançı vədlər verməklə məşğul olan və bu məlumatları birbaşa səsləndirənlərdən biri də bu gün özünü siyasətdə "başqan" kimi görən, vaxtilə xalqın qanına bais olan Müsavat başqanı İsa Qəmbərovdur. Onun həmin zamanlar ermənilərlə gizli iş birliklərinə getməsi, həmin görüşlər zamanı torpaqlarımızı karta qoyması heç kimə sirr deyil. Hətta hələ Ayaz Mütəllibov iqtidarı dönəmində Xocalı soyqırımının baş verəcəyini öncədən bilən İ.Qəmbərov həmin zamanlar bu qırğının baş verməsinə şəraitin yaradılmasını onların hakimiyyətə gəlmə sürətlərinin artması ilə nəticələnəcəyini bildirmişdi. Yəni o, soyqırımın baş verməsini arzulayırdı. Məhz bu cür qanlar bahasına iqtidara yiyələnməyə cəhd edən İ.Qəmbərov kimilərinə xalqın qarşısında cavab vermək məcburiyyəti qoyulmalıdır. Daha dəqiq desək, başda Müsavat başqanı olmaqla, onun o zamankı yaxın ətrafı da məsuliyyətə cavab verməlidir. Bunun üçün isə bir sıra qanun layihələrinin hazırlanması amilini reallaşdırmaq olar. Bu barədə mətbuata açıqlama ilə çıxış edən BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli bildirib ki, "əgər ölkədə "Azərbaycanın işğal edilmiş əraziləri haqqında" qanun layihəsi qəbul olunarsa, Müsavat başqanı İsa Qəmbərov cinayət məsuliyyətinə cəlb oluna bilər". E.Mirzəbəylinin sözlərinə görə, BAXCP tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsinin 7-ci maddəsində qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla, təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri- sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. E.Mirzəbəyli hesab edir ki, bu qanunun qəbul olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu cür qanunlar artıq bir neçə dövlət parlamentlərində qəbul edilib: "Belə bir qanun layihəsi 2008-ci ildə Gürcüstanda da qəbul olunub, qanunda nəzərdə tutulan məsələlərlə bağlı müəyyən addımlar atılır. Qonşu ölkədə bu qanuna istinad edərək, qanunun tələblərini pozan şirkətlərə, yaxud fiziki şəxslərə qarşı müəyyən sanksiyalar tətbiq edilir. Gürcüstan qanunun həyata keçirilməsi istiqamətində digər dövlətlərlə ikitərəfli müqavilələr imzalayır". "O şəxslər, sadəcə olaraq, İ.Qəmbərovun və Müsavat Partiyasının adını çəkməklə gündəmə gəlmək istəyirlər" kimi primitiv ifadələrlə kifayətlənən A.Səmədbəyli, guya onlar barədə danışanların özlərini reklam etdiklərini deyir. Lakin faktlar hər zaman fakt olaraq qalır, eləcə də, bu faktlar yetərincə isbat olunmuş amillərdəndir. Əgər bu, belədirsə, o zaman Müsavat başqanı İ.Qəmbərovun həbs olunmasına ehtiyac deyil, məcburiyyət var. Xalqı və dövləti qarşısında kütləvi xəyanətlər törədən bu nakəsin mütləq halda məsuliyyətə cəlb olunaraq cavab verməsi labüd hallardandır.

Digər xəbərlər