İsa Qəmbərova arqumentli ittihamlar
Müsavat partiyasını ardıcıl istefalar dalğası bürüdükdən sonra, bu təşkilatın başqanı İsa Qəmbərova qarşı irəli sürülən ittihamların ən kəskin formasını partiyanın Ali Məclisinin keçmiş sədri Sülhəddin Əkbərov səsləndirməkdədir.
Belə ki, onun "Bizim Yol" qəzetinə verdiyi müsahibəsində, Müsavat başqanı barədə dedikləri sözlər və işlətdiyi ifadələr arxasında bilavasitə İ.Qəmbərovun xəyanətlərindən bəhs olunur. Onu da qeyd etmək yerinə düşərdi ki, müxtəlif vaxtlarda Müsavat başqanına qarşı irəli sürülmüş ittihamlara onun tərəfindən heç bir inkaretmə, ya da təkziblər olmamışdır ki, bu da İ.Qəmbərovun dolayısı ilə həmin faktları qəbul etməsi anlamına gələn amillərdəndir. Digər maraqlı məqam isə odur ki, anti-qəmbərovçu müxalifət qanadının arqumentli ittihamlarına nədənsə hər zaman onun köməkçiləri , yaxud funksionerləri cavab verirlər ki, onların da fikirləri şablon xarakterli "bəy tərifi"ndən başqa heç nə deyil.
Xatırladaq ki, S.Əkbərovun irəli sürdüyü əsas ittiham bilavasitə İ.Qəmbərovun KQB agentliyi ilə əlaqəsidir. Lakin onun keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarına casusluq edərək agent kimi fəaliyyət göstərməsindən başqa ayrı-ayrılıqda bir çox pərdəarxası "xidmətləri" mövcuddur. Onu da vurğulayaq ki, işlərini "a", "b", "c" kimi sıralama planları ilə qurmuş İ.Qəmbərovun bütün məxfi işləri S.Əkbərov tərəfindən ictimaiyyətləndiriləcək. Onun "Bizim Yol" qəzetinə verdiyi açıqlaması da bunu deməyə əsas verir. Görünür, həqiqətən də, Müsavat başqanı keçmiş partiyadaşına qarşı elə bir qəbahətli iş tutub ki, bu qəbahətin arxasında onun bütün casusluq, agentlik gizlinləri ortaya çıxacaq. Və əslində, onun S.Əkbərov qarşısında gördüyü qəbahətlərinin Azərbaycan xalqına istisi-soyuğu yoxdur, əsas fakt odur ki, İ.Qəmbərovun ən böyük qəbahəti onun öz dövlətinə, xalqına qarşı yürütdüyü iyrənc xəyanətləridir. Həmin xəyanətlərdən biri isə keçmiş partiyadaşının dediyi kimi "b" planıdır. Həmin plana əsasən, İ.Qəmbərov Rusiyanın bəzi qüvvələri ilə əlbir olaraq Azərbaycanda ""Kreml siyasətini" iqtidara gəlməklə yürüdəcəkmiş, eləcə də, bu "siyasət" nəticəsində ölkə, xalq, dövlətçilik maraqlarını öz ambisiyalarına qurban verəcəkmiş. Məncə, bütün bunları ondan gözləməyə dəyər. Əgər bu arqumentlərə Müsavat başqanı tərəfindən etiraz olunmursa, o zaman bu həqiqətə daha yaxın söykənən faktordur...