PDF Oxu

Müxalifət

  • 13

Radikalların ərəb "ümidi"...

Radikalların ərəb "ümidi"...
Heç kəsin yadından çıxmayıb, vaxtilə keçmiş SSRİ dövlətinin bir neçəsində "narıncı inqilab" oldu. Məsələn, elə Gürcüstanın özündə. Gürcülərdən qabaq bizim radikal müxalifətçilər əyinlərinə narıncı köynək geyinib boyunlarından narıncı qalstuk asdılar. Hansı ölkədə hansı rəngdə inqilab olursa bizim radikallar bütün paltarlarını həmin rəngdə geyinirlər. Bunlar hələ də anlamazlığına salıb, başa düşmək istəmirlər ki, rəngli paltar geyinməklə inqilab olmaz. "Əziz" radikallar, axı inqilabın şərtləri var. Hə, tutaq ki, Ukraynada inqilabdır, bəs sənə nə dəxli var?! Azərbaycan hazırda iqtisadiyyatı, sosial həyatı sağlam və güclü olan elə dövlətdir ki, burda pis heç nə gözlənilmir. İndi də bizim radikalların könlünə Tunis və Misir "eşqi" düşüb. Tunisdə və Misirdə xalq küçələrdədir. Niyə? Çünki bunu xalq istəyir. Bizdə isə siz. Sizin də istəyiniz ürəyinizin hüdudlarından kənara çıxa bilməyəcək. Müsavat başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov 2011-ci ili guya "Müsavat ili" elan ediblər. Yanvarın 31-də onlar M.Ə.Rəsulzadəni "yad" edəndə əllərindəki plakatlara yazıblar ki, "Müsavat ili-Tunis ili". Axı nə dəxli var?! Tunis xəritənin o başında, Azərbaycan isə bu başındadır. Radikallar Tunisdəki hadisələrdən elə zövq alır ki, bizim radikal müxalifətçilərin şərəfinə inqilab edir. Misirdə otuz illik diktaturanın nəticəsidir ki, bu gün orda bu proseslər gedir. Lakin görün radikallar nə qədər sadəlövhdürlər ki, Misirdəki hadisələri sırf xalqla bağlayırlar. Əsas olan və aysberqin görünməyən tərəfi odur ki, Misirdə törədilən hadisələrdə birbaşa ABŞ-ın əli var. Yəni Misirdəki hadisələri ABŞ rezidentləri hazırlayıblar və indi də "uğurla" həyata keçirirlər. Həm də ona da arxayın olmaq lazım deyil ki, Hüsnü Mübarək hakimiyyətdən gedəcək. ABŞ ona "islahat"lar aparmaq üçün vaxt verib, bu tapşırıqlar yerinə yetiriləcəyi təqdirdə, o, yenə də hakimiyyətdə qalacaq. Bütün bunları izah etməkdə məqsədim odur ki, ilk növbədə, Azərbaycanda radikal müxalifətin özündə güclü inqilab olmalı, İsa və Əli "bəy"lər istefaya getməli, sağlam müxalifət yaradılması istiqamətində konseptual işlər aparılmalı, radikallıqdan qaçmalı və beləliklə də, Azərbaycanda sağlam, demokratik tələblər səviyyəsində müxalifət yaradıldır.. Hansı ölkədə pis nə baş verirsə, ondan nümunə götürmək lazım deyil. Azərbaycandakı inkişafın, onun dünyadakı yerini düzgün qiymətləndirib, nəticə çıxarmaq lazımdır. Azərbaycan çətin vəziyyətdə dövlətlərin ümid yerinə çevrilməkdədir. Hər hansı bir ölkədə bədbəxt hadisə, ya da millətə, dövlətə ziyan vurası hansısa hadisə baş verirsə, onu Azərbaycan üçün arzulamaq lazım deyil. Əksinə, bizdə inkişafın hansı cəhəti çatmırsa, onun tətbiqinə dair təkliflər verməli, yeni ideyalarla çıxış etməli və Azərbaycan hər hansı uğurlu addımı dəstəkləməlidir.

Digər xəbərlər