PDF Oxu

Müxalifət

  • 14

Əli Kərimovun təbliğat idarəsində dava düşdü

Əli Kərimovun təbliğat idarəsində dava düşdü
20 ilə yaxındır ki, siyasi müstəvidə heç bir uğur eldə edə bilməyən radikal müxalifət düşərgəsində münasibət sistemində anarxiya açıq şəkil alıb. Geridə buraxdığı təqvimlərdə heç bir halda müsbət anlamda uğur əldə etməyən və sadəcə olaraq, görüntü naminə "iş" görən müxalifət üçün sonun başlanğıcında hər şey çox qəliz görünür. Çünki bu günə qədər olub keçənləri kiminsə boynuna yazmaq, bir günah "keçisi" tapmaq müxalifətçilər üçün əsas amildir. Əgər sabah onlar belə bir qurbanı tapıb, bu "iş"lərin günahını onun kürəklərinə yükləyə bilsələr, üst-başlarını çırpıb gedəsidirlər. Amma təəssüflər olsun ki, hələ də, onlar belə bir "qurban" tapmaqda çətinlik çəkirlər. Doğrudur, ayrı-ayrı zamanlarda onlar buna çox yaxın olsalar da, nəticədə muzdla tutulmuş "qurban"ları əllərindən quş kimi uçub getdi. Sanki Aqil Xəlilin yuxu olduğunu və bunun bir zamanlar reallıq olduğunu, deyəsən, AXCP (i) sədri Əli Kərimov xatırlamaqda çətinlik çəkir. Buna da inanmaq olmaz! Çünki A.Xəlildən sonra A.Kərimov üçün Azər Əhmədov "faktoru" üzə çıxdı. Amma nədənsə, Ə.Kərimov günah yüklərini A.Əhmədovun boynuna yükləməyə də insaf naminə qıymadı yazsaq, inciməz eləmi? Yəqin Ə.Kərimov A.Əhmədovun götürəcəyi "yükün" dərəcəsini bilirmiş kimi belə davrandı. Bütün bunlara rəğmən biz məsələnin siyasət adı altında tərəflərinə də, bir qədər nəzər salaq. Siyasi müstəvidə müəyyən manevrlər edərək, imtiyazlarını təmin etmək üçün mövcud olduqlarını isbat etməyə çalışan müxalifət təmsilçiləri növbəti dəfə bir-birlərinə qarşı dayanmalı olublar. Balıq başdan iylənər məsəlinə uyğun olaraq AXCP (i) sədri Ə.Kərimovun rəhbərliyində olan şəxslər də, zaman-zaman öz çirkinliklərini, insan əxlaqına ziddi olan əməllərini cəmiyyətimiz dəfələrlə müşahidə edib. Ə.Kərimovun ətrafında oğru, quldur, fırıldaqçı, üzdəniraq insanların cəm olduğunu da, kiminsə nəzərindən kənarda saxlamaq qeyri-mümkündür. Çünki gec və ya tez, 40 günə Ə.Kərimovun sifarişi ilə onun əlaltılarının nə işlə məşğul olmaları üzə çıxır. Elə bu səbəbdən də, AXCP (i)-nin mətbu orqanı olan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin özünə məxsus əməlləri ilə Ə.Kərimovu necə təbliğ etməsini, misal göstərmək heç də ayıb sayılmaz. Amma AXCP (i)-də olanlar və olacaqlar heç də bununla bitmir. Çünki A.Xəlil biabırçılığının ardınca Ə.Kərimov yaxın adamı ona partiya işində köməkçilik edən Qabil Məmmədrzayevin oğurluq yolu ilə öz havadarını necə təmin etdiyi faktı üzə çıxdı. Məlum oldu ki, Q.Məmmədrzayev A.Xəlilin "etdiyi" dilə gəlməsi belə utancverici bir hərəkətindən sonra onu kölgədə qoymağı düşünürmüş. Elə bu məqsədlə də, Ə.Kərimovun xeyir-duası ilə azyaşlı uşaqlara zor tətbiq edib, onları böyükləri evdə olmadığı hallarda yaşadıqları evlərinin qapısını açmağa təhrik edən Q.Məmmədrzayev ayrı-ayrılıqda bir neçə dəfə bu iyrənc əməlini təkrar edib. Məhz bu cür yollarla əldə edilən qənimətlərin müqabilində "qazandığı" pullarla havadarı Ə.Kərimovun imtiyazlarını təmin etməyə çalışan Q.Məmmədrzayev az keçmədi ki, ifşa olundu. Nəzərə almaq lazımdır ki, AXCP (i)-də bu iyrəncliklər A.Xəlilin, Q.Məmmədrzayevin "hərəkətləri" ilə bitmədi. Aradan bir müddət keçməmiş Ə.Kərimovun qəzetinin baş direktoru Azər Əhmədovun "əxlaqi keyfiyyətləri" ortaya çıxdı və məlum oldu ki, AXCP (i)-də hələ nələr baş verib. Bundan sonrasını isə gözləməmək, sadəcə, obyektivlik olmazdı. Elə bu zərurətdən də, AXCP (i)-də yaranmış bir neçə aylıq sükutu yenidən qurumun mətbu orqanı funksiyasını yerinə yetirən "Azadlıq" qəzeti pozmuş oldu. Artıq bir neçə gündür ki, AXCP (i) rəhbərliyi səviyyəsində münasibət bildirilən "Azadlıq" qəzeti daxilində baş verən çəkişmələr, eyni zamanda, adıçəkilən mətbu orqanın səhifələrində də özünü büruzə verir. Amma bu utancverici olaya, hələ ki, nə AXCP (i) rəhbirliyi, nə də ki, "Azadlıq" qəzetinin baş redaktorluğu səviyyəsində dur deyən tapılmır ki, tapılmır. Necə ola bilər ki, cəmiyyətə informasiya ötürmək, onu maarifləndirmək, əyləndirmək funksiyasını yerinə yetirən bir qəzetin səhifəsində onun iki əməkdaşının münaqişələri əks olunsun? Axı bu hal heç bir məntiqlə və açıqlama ilə izah oluna bilməz. Eyni zamanda, bu, bizim mental dəyərlərimizə də zidd gedən bir tendensiyadır. Hər bir kollektivdə, idarə, və müəssisədə müəyyən insanlar arasında narazılıqlar, hətta mübahisələr ola bilər. Bu, təbii bir haldır. Çünki insanların hamısı eyni düşüncəni paylaşmır. Sadəcə olaraq, bu cür məsələləri bir otaq çərçivəsindən kənara çıxarmaq ayıbdan başqa şey sayıla bilməz. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov sanki hansısa bir döyüş səhnəsini izləyirmiş kimi, sonradan-sonraya mövqe bildirməklə, bu halın nümunə kimi maraqlı ola bilməsini vurğulayıb. O, eyni zamanda, qəzetin iki əməkdaşının polemikaya girməsini, bir-birinə qarşı arqumentlər irəli sürməsini onların hüququ kimi qiymətləndirsə də, sonradan qəflət yuxusundan ayılaraq, buna qarşı çıxmağı da düşündüyünü bildirib. Qeyd edib ki, bu insanların buna hüququ ola bilsə də, hesab edirəm ki, belə bir şey daha təkrarlanmayacaq. "Yazarlara bu cür məsələlərə son qoymaq üçün xəbərdarlıq edəcəksinizmi" sualını isə Q.Zahid fərqli formada cavablandırıb. Bildirib ki, onların yazılarını qəzet səhifələrindən çıxaranda, biləcəklər ki, daha yazmaq olmaz.

Digər xəbərlər