Ümidsizliyin son budağında əyləşən, qürurunu radikal "lider"lərin alovunda əridən, yeganə və gülünc çıxış yolu Sərdar Cəlaloğluya pənah gətirmək olan İqbal Ağazadə öz partiyasını ağır durumdan çıxarmaq əvəzinə, ADP sədrinin vəkili rolunda çıxış edir. İ.Qəmbərov 2010-cu ilin oktyabrında İ.Ağazadə və S.Cəlaloğlunu "müxalifətin E kateqoriyası"na daxil olan siyasətçilər adlandırmışdı. Düzdür, bundan bir neçə həftə sonra İ.Ağazadə də ona "kateqoriyası olmayan şəxsiyyət" demişdi. İndi gör iş nə yerdədir ki, İ.Ağazadə 2013-cü ildə keçiriləcək prezident seçkilərində S.Cəlaloğlunu dəstəkləyəcəyini bəyan edir.
Bu bəyanat "Ümid" partiyasının 30, ADP-nin isə 40 nəfərdən artıq olmayan üzvündən kənara çıxa bilməyən populist çıxışdır. Görəsən, İ.Ağazadə hansı sosial baza və nüfuzla onu müdafiə edəcək? Ya da ki, deputat seçilə bilməyən adam necə prezident seçilə bilər? Və Rəsul Quliyevin mənəvi varisi bu dövlətin rəhbərliyinə necə iddialı ola bilər? Digər tərəfdən İ.Ağazadənin özünü müdafiə edən lazımdır. "Ümid"də heç onun özünü belə dəstəkləmirlər. Partiya sədrləri nə qədər müttəfiq olsalar da sədr müavinləri, üzvlər isə bu müttəfiqliyin əleyhinədir. Reallıq isə odur ki, İ.Ağazadə ümidsiz və tərəfdaşsız qaldığı üçün S.Cəlaloğluya üz tutub. Çünki onu nə Müsavat, nə də AXCP (i) yanına buraxmadı. Ona isə təklik sərf etmirdi, buna görə də özünə ailəvi dost hesab etdiyi S.Cəlaloğlunu tərəfdaş kimi seçdi. Lakin İ.Ağazadə və S.Cəlaloğlu işbirliyinin kökündə əsasən başqa səbəblər durur. Bu, ilk növbədə, hər iki partiyanın maliyyələşməsi ilə bağlıdır. Onlar 2011-ci il üçün ADP və "Ümid"in qrantla maliyyələşmə proqramını da hazırlayıb. Ancaq onların da bu qrant proqramı İ.Qəmbərovun və Ə.Kərimovun xarici qüvvələrdən diləndiyi "pul siyasəti"ndən fərqlənmir. Əvvəla İ.Ağazadə -S.Cəlaloğlu cütlüyünü İsa və Əli "bəy"lər ona görə qəbul etmədilər ki, onlar qrant məsələsində razılığa gələ bilməmişdilər. İ.Qəmbərov pul aldığı xarici qüvvələrlə bu iki şəxsi "calaşdırmaq" istəmədi. Yalnız bir şeyə razı olmuşdu ki, şəxsən İ.Ağazadə müstəqil şəkildə Müsavat-AXCP (i)-nin pul aldığı qurumlardan pul almasın və maliyyələşmə prosesi İ.Qəmbərovun əli ilə həyata keçirilsin. Ancaq İ.Ağazadə və S.Cəlaloğlu bu şəxslərlə düşmən münasibətində olduğu üçün qərara gəliblər ki, müstəqil olaraq, Almaniya, Fransa, İtaliya, Rusiya və ABŞ-da fəaliyyət göstərən xarici təşkilatlara qrant almaq üçün müraciət etsinlər. Onlar bunu da çox gözəl bilirlər ki, onların müraciət edəcəyi, daha doğrusu, dilənəcəyi təşkilatlar birbaşa erməni lobbisinin nəzarətindədir. Onlar bu addımlarını gizli atmaq istəyirlər. Lakin atalar demişkən, "yerin də qulağı var". Bu qulaqsızların qulağına ağzını soxub qışqırsan da anlamırlar ki, sizin ermənilərdən dilənməyinizin nəticəsidir ki, başımıza qaxınc olmusunuz. Necə ki, xarici saytlar dəfələrlə bildiriblər ki, İ.Qəmbərovun törətdiyi əməllər və xarici əlaqələri haqqında hər dəqiqə məlumat verilə bilər. Bax, bu İ.Qəmbərovun ermənilərin maraqlarını təmin etmədikdə baş verəcək. Vaxt olacaq, İ.Qəmbərov o vəziyyətə düşəcək ki, o, xarici ölkələrə də qaça bilməyəcək. O ki qaldı İ.Ağazadəyə, o, yerində dinc otursa yaxşıdır. Deputatlıqdan pul alır, partiya sədri kimi ən çox maaş alır, üstəlik də, maşın biznesi ilə məşğuldur. Kifayət qədər pul qazanır, özü də lap çox. S.Cəlaloğlu da partiya sədrliyindən maaş almaqla yanaşı, həm də oğlunun xaricdən göndərdiyi pullarla "bəy" kimi dolanır. ADP qərargahının qabağında hər gün 10-15 maşın dayanır ki, onun da 4-ü S.Cəlaloğluya məxsusdur. Maşınlardan birində şoferlə özü gəlir, o birisində oğlu Cavid, o birində isə qardaşı Qurban Məmmədov. Dördüncü maşın isə S.Cəlaloğlunu müşaiyət edir. Lap orkestrə oxşayır. İ.Ağazadə bu gününü- Ənvər Ağazadə ilə olan dava-dalaşını, "Ümid"in çətin vəziyyətini qaydasına qoysa yaxşıdır. 2013-cü ilə hələ çox var. Kim bilir bəlkə heç o vaxta qalmadınız.
2011-ci ili fikirləşin, görün başınızı hara soxursunuz. Vaxtını S.Cəlaloğluna sərf edincə, gedin iki dənə problemi olan seçicinizin problemini həll edin. Daha suları bulandırmayın. Çünki ürəyimiz bulanır.
P.S. Mart ayı radikal müxalifət üçün "dərd ayı" olacaq. Elə İ.Ağazadə-S.Cəlaloğlu işbirliyi də dərdli-dərdli mart ayında başa çatacaq.