PDF Oxu

Müxalifət

  • 21

Eynulla Fətullayev-xalqını "düşmən" görən şərəfsizlik simvolu

Eynulla Fətullayev-xalqını "düşmən" görən şərəfsizlik simvolu
Uzun müddətdir ki, məhkəməsi gedən "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetinin baş redaktoru Eynulla Fətullayev sonuncu məhkəmə iclasında da başından böyük sözlər danışıb, ifadələr səsləndirməsi, əslində, gözlənilən hallardan idi. Yəni bu tipin (tipsizin-R.R.) cilddən-cildə, sifətdən-sifətə keçməyi, danışanda ağzına "çullu dovşan" yerləşməməyi onu bu tərəfdən, tanıyanlarda, sözün əsil mənasında, ikrah hissi doğurur.
Dədəsi Emin Fətullayevi ölkə banklarının qapı-bacalarına yollayan bala Fətullayev indi də iki ayağını bir başmağa dirəyib ki, onun Avropa İnsan Haqları Məhkəməsi tərəfindən çıxarılan 111 min avro dəyərində təzminat ödənilməlidir. Göründüyü qədər gülünc və istehza doğuran bu "tələbin" reallaşması heç bir həqiqətə sığa bilməz. Belə ki, Eynullanın dövlətə külli miqdarda borcları (mənəvi borcları demirəm ki, onun mənəviyyatı, ümumiyyətlə, yoxdur və olmayıb, belə gedişatla olmayacaq da-R.R.) var və bu səbəbdən də onun bank hesabları haqlı olaraq dondurulub. Çünki eyni zamanda, o, həbsdədir və ona qarşı yürüdülmüş ittihamlar kifayət qədər ciddidir. Məhz bu, və digər səbəblərdən ona təzminat adı ilə ünvanlanmış 111 min avro düşmür...
Başqa tərəfdən, Eynulla Fətullayev sonuncu məhkəmə iclasındakı çıxışında bildirib ki, onu heç olmasa polis nəzarəti altında "ev dustağı" qismində mühakimə etsinlər. Maraqlıdır ki, Fətullayevin bu qədər həyasızlığı, arsızlığı onu müdafiə edən şəxslərin də qanlarına-canlarına hopub. Onlar da bir ağızdan "tələb" edirlər ki, Eynullanı "ev dustağı" etsinlər və o məhkəməyə kef-damaqla gəlsin. Deyəndə ki, belə fərdlərin nə vətən anlayışları, nə vicdan qrafaları, nə də ki, şərəf heysiyyətlərı mövcuddur, başlayırlar bir ağızdan "laley-valey"getməyə ki, yox, bu, belə deyil, ay nə bilim, filan şey belə oldu, beşməkan şey də belə getdi...Amma nəticə etibarı ilə bunlar müdafiə etdikləri Eynulla Fətullayev adlı vətən xaini başda olmaqla şərəfsizliyin bir nömrəli nümunələridirlər. Guya Eynullanın "ev dustağı" olması nəyi isə dəyişəcəkmiş...
Amma nəyi dəyişəcəkmiş? Əslində, bu sualın cavabı sadə və aydındır: heç nəyi. Çünki burada balaca və balaca olduqca da vacib nüansı diqqətinizə çatdırmaq istərdim. Belə ki, əgər Eynulla həbsxana dustaqlığını "ev dustaqlığı" ilə əvəz olunmağını istəyirsə, bu fakt özü-özlüyündə, avtomatik olaraq, onun törətdiyi cinayətləri özü tərəfindən etiraf etməyi deməkdir. Yəni, Eynulla Fətullayevə qarşı yönəlmiş ittihamlar onun tərəfindən qəbul edilir ki, məhz o da həbs müddətini evində keçirmək istəyir, özü də polis nəzarəti altında. Bu fakt da öz yerində...
Qaldı ki, Eynullanın başından böyük ifadələr səsləndirməsinə, onun böyük qələtlər səviyyəsində "dövlət başçısı jurnalistlərin dostudur və mən də jurnalistəm" motivli ifadəsinə, bu zaman mütləq və mühəqqəq deyilməlidir ki, ay millət, ay xalq, Eynulla Fətullayev jurnalist-murnalist deyil, o, "jurnalist" pərdəsi arxasında birbaşa mənfur erməniyə işləyən, erməniyə nəinki dayı, eləcə də, əmi, hətta ata deyən satqın, bişərəf agentdir!!!
Bu gün onun cibindən çıxan narkotiklərin pul-parasını belə erməni qardaşları, Qukasyan dayısı, Sarkisyan əmisi və digər yan sonluqlu, iyrənc soyadlı erməni çaqqalları ödəyib. İndi bu şərəfsizlik simvolunun durub satdığı, xəyanət etdiyi ölkənin Ali Məqamına özünü "dost" kimi təqdim etməsi bu ləyaqətsiz fərdin tülkülüyüdür. Və belə tülkülər nə yazıq ki, bir deyil, iki deyil. Lakin çox da deyil. Ruslan Bəşirli və ondan öncələr də ortaya çıxan, lakin xalqın, ictimaiyyətin nifrət hədəfinə tuş gələn rəhim qazıyevlər, əlikram hümbətovlar, mahir cavadovlar, rəsul quliyevlər də Eynulla kimi şərəf və ləyaqətlərini xarici düşmən qüvvələrə bir neçə dollara satmışdılar və onların da aqibətləri məlum həqiqətlərdir. Məlum həqiqət isə, onların və onlar kimilərin xalqı, milləti "düşmən" gözündə görmələridir. Bu, eləcə də, Eynulla Fətullayev başda olmaqla şərəfsizlik simvolunun ləyaqətsizlik etalonudur...

Digər xəbərlər