Fikirlərimə təsadüfən bu cümlə ilə başlamadım. Çünki gözlərini varlanmaq və məşhurlaşmaq ehtirası bürüyən və bu yolda mənliyini, vətənini, millətini satmaqdan çəkinməyən Eynulla Fətullayevə hər hansı bir harayla və ya çağırışla səhv, yanlış yolda olduğunu anlatmaq olmaz.
Ona görə ki, özünün azərbaycanlı olduğunu iddia edən, lakin qanında azərbaycanlı qanı olmayan və ümumiyyətlə, Azərbaycana zərrə qədər də məhəbbətlə yanaşmayan Eynulla Fətullayev özünün düşündüyü yeni-yeni iddialarla çıxış etməkdən hələ də utanmır. Bu insan öz simasını, öz mənliyini, insanlığını, düşüncəsini, abrını-həyasını tamamilə itirib. Eynullanın artıq insan kimi düşünmə qabiliyyəti də qalmayıb. Ona görə ki, E.Fətullayev öz çirkin işləri və vətənə xəyanəti ilə özünü insan səviyyəsindən çox-çox aşağı salıb.
Baş redaktoru olduğu "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərində ən alçaldıcı, insanlığa yaraşmayan təhqirləri ilə yazılar dərc edən, özünü bu cür iyrənc yollarla reklam etməkdən çəkinməyən Eynulla, necə ola bilər ki, insanlıqdan, insan anlayışından danışsın? O, heç düşünmürmü ki, Allahın ona verdiyi insanlıq şərəfini o, artıq uzun illərdi ki, vətəninə - millətinə xəyanətlə və həmçinin, təhqirləri ilə itirib? Məhz öz iyrənc hərəkətlərini düşünməməsi, özünə kənardan qiymət verə bilməməsi onun gözlərini kor, qulaqlarını isə kar edib.
Son zamanlar Avropa İnsan Haqları Məhkəməsi (AİHM) E.Fətullayevə təzminat verməklə məşğul olur. Burada isə bir sual çox ciddi şəkildə ortaya çıxır və bu sual AİHM-ə yönəlir ki, əgər Avropa ölkələrindən hansısa birində vətənini - millətini sataraq, xəyanət edən insan tutularsa, ona təzminat ödəyərlərmi? Avropalılar xəyanətkarları beləmi qiymətləndirir? Bəlkə Avropada vətənə xəyanət edənə orden də verirlər, xəbərimiz yoxdur? Utanmasalar Eynullaya medal da verəcəklər. Yəqin ki, onlar öz ölkələrinə xəyanət edənlərə qarşı başqa sərt mövqedən yanaşarlar. Məhz bunları nəzərə alaraq, qeyd etmək lazımdır ki, AİHM-in Eynullaya təzminat verməsi yanlış qərardır və yolverilməzdir.
Bir məsələ də məlumdur ki, E.Fətullayevin külli miqdarda borcları var. AİHM-in verdiyi təzminatı alsa belə, bu, onun borclarını ödəmir. Ümumiyyətlə, Eynulla şərəfsizlik edərək, heç borclarını ödəmək də istəmir. Lakin istəsə də, istəməsə də mütləq dövlətə olan borclarını ödəməlidir. Dövlətin ona heç bir borcu yoxdur, lakin hər zaman olduğu kimi, onun dövlətə külli miqdarda borcu var. Son günlərdə isə E.Fətullayevin atası Emin Fətullayev oğlunun təzminatını almaq üçün bankları gəzməklə məşğuldur. Bu insanlar anlamırlar ki, Eynulla öz çirkin əməllərinə görə həbs olunub və həbs olunduğuna görə də bank hesabları dondurulub. Qanunun nə olduğunu bilmədikləri üçün bu Eynulla və atası qanunsuz yollarla təzminatı almaq istəyirlər. Amma qanunsuzluğa dövlətimiz icazə verməyəcək.
Bir məsələni, xüsusilə, qeyd etmək lazımdır ki, Eynulla öncəki və son çıxışlarının hamısında Avropaya müraciət edir və onlardan kömək istədiyini bildirir. Son dəfə də o, avropalılardan özünün fikirlərinə diqqət yetirmələrini və münasibət bildirmələrini istəyib. Yəqin ki, o, bu müraciətləri ilə Avropada yaşayan erməni dostlarını və həmçinin, Azərbaycanın əleyhinə olan qüvvələri köməyə çağırır. Axı məlum olduğu kimi, E.Fətullayev ermənilərlə çox sıx dostluq münasibəti qurub və bu dostluqlarından ölkəmizin, millətimizin əleyhinə istifadə edib. Axı hamı çox yaxşı bilir ki, E.Fətullayev Xocalıda xalqımıza qarşı soyqırımı törədən ermənilərlə, həmçinin, həmin soyqırımda istifadə etdikləri və neçə-neçə soydaşlarımızın üzərinə keçərək, onları param-parça edən tanklarla şəkil çəkdirib. Ermənilərdən alıb yediyi pullar onun gözündən gəlsin ən azı ona görə ki, ermənilər bu ölkənin 20 faiz torpağını işğal altında saxlayıb, 1 milyon insanı yurdundan-yuvasından didərgin edib. Ermənilər millətimizin başına misli görünməyən bəlalar gətirib. Bəs bütün bunları bilərək, Eynulla onlarla necə dostluq edir və necə onların çörəklərini yeyir? O, bütün bunları şərəfsiz, qeyrətsiz, simasız, əxlaqsız olduğu üçün çox asanlıqla edir.
Sonda isə qeyd edim ki, ar olsun Eynullaya və onu müdafiə edən hər kəsə!