İsa Qəmbərovun “İslam” partiyası ilə əlaqələri aşkarlanır
Müsavat olduqca acınacaqlı və biabırçı proseslərin cəngində məhv olub gedir. İsa Qəmbərov partiyadakı rüsvayçı hadisələrə müdaxilə və fikrini ifadə bilmir.
Müsavatda bir neçə funksionerin istefasından sonra artıq bütün rayon təşkilatlarında dağıdıcı və vəhşi ab-hava yaranıb.Belə ki, Müsavatın Gəncə və Yevlax rayon təşklatlarının sədrləri və onların tərəfdarları kütləvi şəkildə İ.Qəmbərova istefaları barədə müraciət ediblər. Onlar partiya sədrindən tələb edirlər ki, təxribatçı və aldadıcı addımlarından əl çəksin və ən yaxşı halda "başqan"lıqdan istefa versin. Əks təqdirdə, onun bir sıra rayon təşkilat sədrləri ilə gizli əlaqələri barədə bəyanatla çıxış edəcəklər. Etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən Azərabaycan "İslam" partiyasının Gəncə şəhər təşkilatının fəal üzvü İ.Qəmbərovun göstərişi ilə Müsavatdan istefa verərək, "AİP"-in sıralarına qatılmışdır. Lakin həmin şəxsin adı açıqlanmır. Ortaya maraqlı məqamlar çıxır. Azərbaycan "İslam" partiyasının Gəncə şəhər təşkilatının sədrinin evindən külli miqdarda silah-sursat aşkarlandı. Çox güman ki, evindən silah-sursat tapılan bu şəxs İ.Qəmbərovun Müsavatdan "AİP"-ə gəndərdiyi şəxsdir. Bu İ.Qəmbərova qarşı istifadə oluna biləcək əsas faktlardandır. O özü də bunu şox gözəl bilir.Ona görə də əl-yağa düşüb və nə elədiyini bilmir. Başqa bir məlumat görə, Müsavatın Gəncə və Yevlax şəhər təşkilatlarının sədrlərinin "AİP"-in Gəncə şəhər təşkilatının evində silah-sursat tapılaraq həbs olunan sədri ilə əlaqəli olublar. Buna görə də həmin şəxslər ciddi istintaq aparılacağı təqdirdə həbs olunacaqlarını bildikləri üçün istefa verəcəklər. Hətta onların bəyanatında o da bildirilir ki. İ.Qəmbərovun onların əleyhinə hər hansı çirkin addım atacağı təqdirdə, onun haqqında həm bu, həm də digər faktlarlar barədə bəyanatla çıxış edəcək və hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Hal-hazırda İ.Qəmbərov bu məsələyə görə gecə-gündüz təşviş keçirir. O da bildirilir ki, bu məsələ həddindən artıq ciddi olduğuna görə, İ.Qəmbərov Arif Hacıyevi Gəncə və Yevlax şəhərlərinə göndərib.