PDF Oxu

Müxalifət

  • 16

Mirmahmud Fəttayev Əhməd Oruca qapı göstərdi

Mirmahmud Fəttayev Əhməd Oruca qapı göstərdi

Müxalifət düşərgəsində görünməmiş ilginc olaylar, hələ də, səbəbi açıqlanmayan proseslər davam edir. Artıq bir neçə qütbə bölünmüş müxalifət cəbhəsində, demək olar ki, sabitlik tamamilə pozulub. Müsavat partiyası daxilindən başlanan istefa qığılcımları, bütövlükdə, müxalifəti öz ağuşuna alıb. Son günlər "Azadlıq" partiyasının sədri Əhməd Orucun Azərbaycan Xalq Partiyasının qurucusu Pənah Hüseynovla qarşıdurmaya getməsi birincinin üzvü olduğu "Demokratiya Uğrunda İttifaq"da da narazılıqları artırmaqla müxaliftdəki münaqişələr menyüsünə yeniləri də əlavə olunub. Artıq "Azadlıq" partiyasının sədri Ə.Orucun baş verən məsələlərlə bağlı öz kəskin açıqlamalarını verib. Ə.Oruc açıq şəkildə bəyantlarının sırf müttəfiqlərini ona qarşı yönəlmiş təxribatlarını alt-üst etməyə hesablandığını deyib.
Qeyd edək ki, Ə.Orucun bu cür sərt açıqlamaları və müttəfiqlərini belə hədəfə alması təmsil olunduğu "DUİ" sədrlər şurasında da müzakirə olunub: "Həm Pənah Hüseynovun ünvanına çox kəskin ifadələr işlətməsi, həm də "İctimai Palata"ya qoşulan "KXCP" üzvlərinin addımlarına sərt mövqe ortaya qoyması "DUİ"-də ona olan münasibəti pisləşdirib. Demək olar ki, "DUİ"-də "Böyük Azərbaycan Partiyası"nın sədri Elşad Musayevdən başqa hər kəsin Ə.Oruca münasibəti dəyişib. Artıq "DUİ" rəhbərliyi Ə.Orucla bağlı konkret qərar qəbul etmək fikrindədir. Əgər partiya sədri müttəfiqləri ilə münasibətləri yoluna qoymasa, ittifaqdan kənarlaşdırıla bilər". Ə.Oruc isə növbəti dəfə mətbuata açıqlamasında bu informasiyanı təkzib edib. Bildirib ki, bu cür xəbərlər məqsədli şəkildə yayılır. Qeyd edib ki, bu cür şayiələri yayanlar iki məqsəd güdür. "Həm məni qıcıqlandırmaq, həm də "DUİ" daxilində intriqa yaratmaq istəyirlər. "DUİ" sədrlər şurası son iclasında mənə qarşı aparılan kampaniyanı pisləyən rəsmi mövqe bildirib. Məni müdafiə etdiyini bəyan edib. Bu mövqeyini mətbuatda yayıb. Bu da bir daha təsdiq edir ki, müttəfiqlərimin guya məni "DUİ"-dən uzaqlaşdırmağa hazırlaşdıqları haqda yayılan xəbər yalandır və qurumun daxilində intriqa salmağa yönəlib. "DUİ"-dən kiminsə çıxarılması yox, yeni partiyaların qəbulu planlaşdırılıb. Hazırda bu istiqamətdə müzakirələr gedir. Həmçinin, "DUİ"-nin məclisinin yaradılması istiqamətində iş aparılır". Ə.Orucun "DUİ"-dən uzaqlaşdırlması P.Hüseynovla onlar arasında yaşanan gərginliyə münasibət bildirən M.Fəttayev bəzən ailə üzvləri arasında da belə halların baş verdiyini bildirib. "Məncə, buna ciddi diqqət yetirmək lazım deyil. Bu, həm də onların öz işləridir" deyən - M.Fəttayev "DUİ"-də heç kəsin bir-birini ittiham etmək və söz demək hüququnun olduğunu bildirib.

"İctimai Palata"nın "palatkası" müxalifətin başına uçdu

Ötən gün "İctimai Palata"nın koordinasiya şurasının toplantısı keçirildiyi barədə məlumatlar artıq öz təsdiqini tapıb. Belə ki, koordinasiya şurasının üzvü P.Hüseynov verdiyi məlumatda bu iclasda "İctimai Palata"nın 29 yanvarda keçiriləcək sessiyasına hazırlıq işləri müzakirə edilib.

Əhməd Oruc: ""İctimai Palata"ya üzv olmaq üçün kiməsə xahiş-minnət edənin atasına lənət"

Pənah Hüseynov: "Əhməd Oruc çox qələt eləyir və başını daşdan-daşa döyür. Cəsarəti varsa, orda-burda əleyhimə şər-şəbədə ilə məşğul olmasın, zənglərimə cavab versin"

Maraqlı məqamlardan biri də, ondan ibarətdir ki, AXP-nin qurucusu P.Hüseynov "Azadlıq" partiyasının sədri Ə.Orucun ittihamlarına cavab verərkən səsləndirdiyi arqumentlər üzrə də qarşı tərəfə öz mesajlarını gönədirib. O bildirir ki, Əhməd Oruc çox qələt eləyir və başını daşdan-daşa döyür. "Cəsarəti varsa, orda-burda əleyhimə şər-şəbədə ilə məşğul olmasın, zənglərimə cavab versin. Qorxusundan telefon zənglərimə cavab vermir" deyən P.Hüseynov onunla daha sonra haqq-hesab çəkəcəyini də dilə gətirib.
Ə.Oruc isə, öz növbəsində, yenidən mətbuata açıqlamasında P.Hüseynovun ünvanına sərt ifadələr işlədib. Bildirib ki, Pənah Hüseynov onsuz da, artıq dayanıqlığını itirib. "Göründüyü kimi, dediklərim doğru çıxdı. Pənah Hüseynov tərbiyəsizlik etdi. Bu adam birinci dəfə deyil belə edir. İclaslarda da həmişə isterik davranırdı. Mən bir daha deyirəm ki, o, dayanıqlığını itirmiş adamdır".
Müxalifətin "İctimai Palata"sının əleyhinə çıxışlar edən Ə.Orucun yanaşmaları Müsavat partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin də onun cavabını verməsi ilə nəticələnib. A.Səmədbəyli bildirib ki, Ə.Oruc "İctimai Palata"ya üzv olmaq üçün xahiş-minnət edib: "İctimai Palata"nın koordinasiya şurasına üzv olmaq istəyi baş tutmayandan sonra qurumun əleyhinə çıxışlar edir. Buradan da görünür ki, o, qərəzlidir".
"KXCP" Ali Məclisinin üzvü Aydın Şükürov da bildirib ki, Ə.Oruc koordinasiya şurasına üzv ola bilmədiyi üçün qarşısına keçəni ittiham edir: "Ə.Oruc hissə qapılıb. Mən onu heç vaxt siyasi-ideoloji fiqur hesab etməmişəm. Onunla normal polemika aparmaq da mümkün deyil. Çünki o, hissə qapılaraq danışır. "İctimai Palata"ya üzv ola bilmədiyinə görə, qəzəbini bu quruma qarşı danışmaqla büruzə verir".
"Azadlıq" sədri isə "İctimai Palata"nın koordinasiya şurasına üzv olmağa çalışdığı haqda deyilənlərin doğru olmadığını yenidən təkrar edib. Bildirib ki, "İctimai Palata"ya üzv olmaq üçün kiməsə xahiş-minnət edənin atasına lənət. "Arzu Səmədbəyli ilə Pənah Hüseynov mənə qarşı kampaniya aparır və burada da iki məqsəd güdülür. Birinci məqsəd odur ki, bu adamlar AXCP (i) ilə Müsavatın birləşə bilməməsi ilə bağlı məsələni gündəmdən çıxarmaq istəyirlər. Yəni öz günahlarını ört-basdır etmək istəyirlər. İkinci məqsəd isə odur ki, bu adamların hər ikisi deputat olub və hakimiyyətə yarınıb. İndi də demokratik fikirli insanlara hücum etməklə hakimiyyətə göstərirlər ki, yenə də onların işinə yarıya bilərlər".

Digər xəbərlər